Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mingəçevir şəhərində bələdiyyə seçkiləri yüksək səviyyədə baş tutub

Mingəçevir şəhərində bələdiyyə seçkiləri yüksək səviyyədə baş tutub

24.12.2019 [09:24]

23 dekabrda ölkəmizdə keçirilən bələdiyyə seçkiləri Mingəçevir şəhərində də yüksək səviyyədə baş tutub.
Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov bildirib ki, mingəçevirli seçicilər 47 saylı Mingəçevir və 49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsi üzrə səs veriblər: “Mingəçevir şəhəri üzrə iki seçki dairəsi mövcuddur. Belə ki, 47 saylı Mingəçevir Seçki Dairəsi üzrə 30 məntəqə və 37 min 732 seçici, 49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsi üzrə isə Mingəçevirə aid 12 məntəqə və 12 min 675 seçici var. Seçicilər məntəqələrə gələrək istədikləri namizədə səs veriblər”.
YAP Mingəçevir şəhər təşkilatının sədri söyləyib ki, səsvermə zamanı hər hansı qanun pozuntusu haqda məlumat yoxdur. C.Yusubov deyib ki, hər məntəqə üzrə YAP-ın müşahidəçiləri ayrılıb və onlardan mütəmadi olaraq məlumatlar alınıb. Bu məlumatlarda isə seçici fəallığının yüksək olduğu, hər hansı ciddi qanun pozuntusuna rast gəlinmədiyi bildirilib. Ümumiyyətlə, seçici fəallığı bütün seçki məntəqələrində müşahidə olunub. Məntəqələrdə səsvermə prosesinin normal şəkildə getməsi üçün bütün şərait yaradılıb. Seçicilər öz mövqelərini sərbəst şəkildə ifadə ediblər.
Seçicilərdən Natiq Əliyev, Nurlanə Xabarova və başqaları səsvermə prosesinin təşkilindən razılığını bildiriblər. Onlar bələdiyyələrin sosial-iqtisadi məsələlərinin həllində rolunu vurğulayaraq Mingəçevir bələdiyyəsinin yeni tərkibinin daha səmərəli fəaliyyət göstərəcəyinə inamlarını ifadə ediblər.

Paylaş:
Baxılıb: 408 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31