Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tərtərlilər budəfəki seçkidə də böyük fəallıq nümayiş etdiriblər

Tərtərlilər budəfəki seçkidə də böyük fəallıq nümayiş etdiriblər

24.12.2019 [09:26]

Ölkəmizin hər yerində olduğu kimi, Tərtər rayonunun seçiciləri də növbəti bələdiyyə seçkilərində böyük fəallıq nümayiş etdiriblər.
Bunu deyən Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının sədri Ramiz Şabanovun sözlərinə görə, Tərtər rayonu üzrə ümumilikdə 25 bələdiyyəyə seçki keçirilib ki, onlardan 1-i şəhər, 24-ü isə kənd bələdiyyələridir. Bu 25 bələdiyyə üzrə (şəhər bələdiyyəsi üzrə 13, kənd bələdiyyələrinin hər biri üzrə isə 9 nəfər) seçkilərdə iştirak etmək üçün ümumilikdə 229 nəfər Yeni Azərbaycan Partiyası üzvünün namizədliyi irəli sürülüb.
Beləliklə, Tərtərdə bələdiyyə seçkiləri beynəlxalq standartlara uyğun, demokratik şəkildə keçirilib. Səhər erkən saatlarında seçki məntəqələrinə üz tutan tərtərli seçicilər azad şəkildə öz seçimlərini ediblər. Elə baş çəkdiyimiz 95 saylı Tərtər Seçki Dairəsinin 3 saylı seçki məntəqəsinin sədri Gülarə Əkbərova, 19 saylı Evoğlu kənd məntəqə seçki komissiyasının sədri Şaiq Hüseynov, 24 saylı Buruc kənd məntəqə seçki komissiyasının sədri Asif Alıkişiyev, 27 saylı Seydimli kənd məntəqə seçki komissiyasının sədri Nurəddin İbrahimov seçki prosesində heç bir qanun pozuntusunun qeydə alınmadığını, seçicilərin fəallıq göstərdiklərini və sərbəst şəkildə istədikləri namizədlərə səs verdiklərini bildiriblər.
Öz növbəsində istər seçicilər, istərsə də seçkiləri izləyən müşahidəçilər prosesin gedişindən razılıqlarını bildiriblər. Məsələn, 95 saylı Tərtər Seçki Dairəsinin 4 saylı seçki məntəqəsində müstəqil müşahidəçi Namiq Fərəcov, 7 saylı seçki məntəqəsində müşahidəçi Nəzakət Şirvanova, 16 saylı Hüsənli seçki məntəqəsində müşahidəçi Vasif Əhmədov, 25 saylı Hacıqərvənd kənd seçki məntəqəsi üzrə müşahidəçi Famil Məmmədov və başqaları seçkilərdə hər hansı müdaxilənin, yaxud arzuolunmaz halların baş vermədiyini, prosesin demokratik dəyərlərə cavab verdiyini vurğulayıblar.

Paylaş:
Baxılıb: 405 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31