Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sumqayıt şəhərində bələdiyyə seçkiləri yüksək seçici fəallığı şəraitində keçib

Sumqayıt şəhərində bələdiyyə seçkiləri yüksək seçici fəallığı şəraitində keçib

24.12.2019 [09:27]

Dünən Azərbaycan Respublikasının ərazisində növbəti dəfə bələdiyyə seçkiləri keçirilib. Böyük seçici aktivliyi ilə müşahidə olunan bələdiyyə seçkiləri yüksək demokratik prinsiplər əsasında baş tutub. 41 saylı Sumqayıt birinci Seçki Dairəsinin 1 saylı məntəqəsində proses olduqca şəffaf şəkildə keçirilib. Məntəqədə vətəndaşlara azad şəkildə səs vermək üçün hər bir şərait yaradılıb. Seçkini müşahidə edən siyasi partiyaların nümayəndələri də bildiriblər ki, seçki prosesinə heç bir kənar müdaxilə edilməyib və qanundan kənar addımlar atılmayıb. Məntəqə Seçki Komissiyasının (MnSK) sədri Mehdi Ağayev bildirib ki, seçici aktivliyi kifayət qədər yüksəkdir. Müşahidəçi qismində seçkini izləyən Nuranə Zeynalova və Şakir Adıgözəlov bildirib ki, seçki azad və ədalətli şəraitdə keçir. MnSK üzvü Akif Cabbarov qeyd edib ki, seçicilərin azad şəkildə səs verməsi üçün bütün şərait yaradılıb.
42 saylı Sumqayıt ikinci Seçki Dairəsinin 32 saylı seçki məntəqəsində də bələdiyyə seçkiləri uğurla keçib. MnSK sədri Adilə Süleymanova bildirib ki, seçicilər azad şəkildə səsvermədə iştirak edib, öz namizədlərinə səs verirlər. O, insanların fəallığını xüsusilə vurğulayıb. Seçkilərin gedişini izləyən ADİP-dən olan müşahidəçi Vəfa Hüseynli, BAXCP-dən olan müşahidəçi Vüsalə Əhmədova və YAP-dan olan müşahidəçi Sadiq Məmmədov qeyd ediblər ki, gün ərzində yüksək seçici fəallığı müşahidə edilib və seçkilərin gedişinə heç bir müdaxilə olunmayıb. Həmin məntəqədə səs verən seçici Teymur Mirzəyev hər zaman ölkə Prezidentini və Onun sədri olduğu Yeni Azərbaycan Partiyasını dəstəklədiyini bildirib.
42 saylı Sumqayıt ikinci Seçki Dairəsinin 27 saylı məntəqəsinin MnSK sədri Xanım Həsənova və Sosial Rifah Partiyasından olan müşahidəçi İlkin Əliyev də qeyd edib ki, məntəqədə səhər saatlarından aktivlik nümayiş etdirilib. Vurğulanıb ki, seçkilər ədalətli və şəffaf formada gedib.
43 saylı Sumqayıt üçüncü Seçki Dairəsinin 2 saylı seçki məntəqəsində də seçkilər uğurla keçirilib. MnSK sədri Maya Abdulova bildirib ki, gün ərzində yüksək seçici fəallığı nümayiş etdirilib və vətəndaşlar sərbəst şəkildə öz seçimlərini ediblər. Həmin seçki məntəqəsinin MnSK üzvü Ülkər Rzayeva, Gülnarə Ağayeva seçicilərin azad, şəffaf və ədalətli şəkildə bələdiyyə üzvləri seçmələri üçün şərait yaradıldığını deyiblər.
43 saylı Sumqayıt üçüncü Seçki Dairəsinin 19 saylı seçki məntəqəsində də yüksək seçici fəallığı nümayiş etdirilib. MnSK sədri İlahə Kazımzadə səsvermədə heç bir qanun pozuntusuna yol verilmədiyini bildirib. MnSK sədri seçkilərin qanun çərçivəsində inkişaf etdiyini diqqətə çatdırıb.
44 saylı Sumqayıt-Xızı Seçki Dairəsinin 2 saylı məntəqəsinin MnSK sədri Nizami Əhmədov vurğulayıb ki, seçicilərin azad və şəffaf seçim etmələri üçün bütün şərait yaradılıb. Səhər saatlarından seçici aktivliyinin müşahidə edildiyini vurğulayan müşahidəçilər Anar Tahirov, Mehman Vəliyev səsvermə zamanı heç bir qanun pozuntusuna yol verilmədiyini önə çəkiblər.
44 saylı Sumqayıt-Xızı Seçki Dairəsinin 1 saylı məntəqəsinin MnSK sədri Qasım Qasımov məntəqənin səhər saatlarından seçicilərin üzünə açıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, proses müşahidəçilərin nəzarəti altında gedir və heç bir qanun pozuntusu qeydə alınmayıb. Həmin məntəqədə seçkiləri müşahidə edən Nadir Həşimov, Vasif Mikayılov prosesə heç bir kənar müdaxilə olunmadığını bildirib. Həmin məntəqədə səs verən seçici Dilman Məmmədov deyib ki, ölkəmizdə bələdiyyələr tərəfindən qısa zaman ərzində böyük işlər görülüb.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 448 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31