Qaradağ rayonunda da seçkilər azad və demokratik şəraitdə baş tutub
24.12.2019 [09:29]
Seçicilər və səsverməni izləyən müşahidəçilər prosesin gedişindən razı qaldıqlarını ifadə ediblər
Dünən Azərbaycanda növbəti - beşinci bələdiyyə seçkiləri keçirilib. Qaradağ rayonunda da bələdiyyə seçkiləri, o cümlədən səsvermə prosesi tam ədalətli və şəffaf olub. Səsverməni izlədiyimiz 15-dən artıq məntəqədə istər seçicilər, istərsə də komissiya üzvləri və müşahidəçilər seçkilərin təşkilindən razılıqlarını ifadə ediblər və bu seçkilərin azad, ədalətli, demokratik keçirilməsi üçün hər cür şərait yaradıldığını vurğulayıblar.
Seçkiləri müşahidə edərkən Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon Seçki Qərargahında da olduq. Qərargahda işgüzar mühit, yüksək əhval-ruhiyyə hökm sürürdü. Seçkilərin gedişi ilə bağlı mütəmadi məlumatlar aldıqlarını deyən YAP Qaradağ rayon təşkilatı Seçki Qərargahının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirib ki, müşahidələr onu göstərir ki, bələdiyyə seçkilərinin yüksək demokratik standartlara uyğun, qanunvericiliyin tələblərinə müvafiq şəkildə keçirilməsi üçün hər cür şərait yaradılıb. O, bundan əvvəlki seçkilərdə olduğu kimi, rayon seçicilərinin məntəqələrə gələrək öz iradələrini ifadə etdiklərini, istədikləri namizədə səs verdiklərini vurğulayıb. Seçici fəallığının da qənaətbəxş olduğunu söyləyən Aydın Hüseynov vətəndaşların bələdiyyələrin fəaliyyəti və ümumiyyətlə, yerli özünüidarəetmə strukturlarının dövlətin inkişafındakı rolu haqqında əvvəlki dövrlərdən daha çox məlumatlı olduğunu deyib. Onun sözlərinə görə, bu faktor bələdiyyə seçkilərində xalqımızın daha fəal olmasını şərtləndirib.
Aydın Hüseynov YAP-ın bu seçkilərə ciddi hazırlaşdığını, uğurlu təbliğat və təşviqat kampaniyası həyata keçirdiyini xatırladaraq, görülən işlərin seçkilərin nəticələrində öz əksini tapacağına əminliyini ifadə edib.
Qaradağ rayonunda seçkiləri müşahidə edən millət vəkili, professor Elman Nəsirov bir neçə seçki məntəqəsində olduğunu bildirib. Qeyd edib ki, ölkəmizdə formalaşan demokratik şəraitə uyğun olaraq xalqımız növbəti dəfə öz seçimini edir: “11 saylı Qaradağ və 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 19, 20, 25 və 26-cı seçki məntəqələrində seçki prosesinin gedişatı ilə yerində tanış olduq. Seçicilərin fəallığı, şəffaflığa riayət olunması, məntəqələrin təhlükəsizliyinin yüksək səviyyədə qorunması diqqətimizi xüsusilə cəlb etdi”.
Qaradağda seçkilərin gedişini müşahidə edən Milli Məclisin deputatları Mixail Zabelin və Xanlar Fətiyev də səsvermə prosesinin gedişindən razılıqlarını bildiriblər. Baş çəkdikləri məntəqələrin heç birində hansısa narazılığa rast gəlmədiklərini bildirən millət vəkillərinin fikrincə, bu, ölkəmizdə demokratik seçki mühitinin formalaşdığını bir daha təsdiqləyir.
Seçkilərin gedişini müşahidə edən müşahidəçilər - Şahin Kazımov, Etibar Xəlilov, İlham Mustafayev, Hidayət Qurbanov da bizimlə söhbətlərində bildiriblər ki, səsvermənin gedişi zamanı heç bir qanun pozuntusu müşahidə edilməyib, seçici fəallığı qənaətbəxş səviyyədə olub. Müşahidəçilər seçkilərin yüksək səviyyədə təşkil olunması üçün hər cür şəraitin yaradıldığını vurğulayıblar.
11 saylı Qaradağ seçki dairəsi üzrə 18 saylı seçki məntəqəsinin MnSK sədri Nəriman Mürsəliyev, məntəqə seçki komissiyanın katibləri Elmira Şükürova və Nigar Hüseynzadə, komissiyanın üzvləri Kamil Rzayev, Yusif Səfərəliyev və Mərcan Vəliyeva da bu məntəqədə prosesin tam qanunauyğun şəkildə və demokratik prinsiplərə müvafiq həyata keçirildiyini və heç bir qanun pozuntusu baş vermədiyini bildiriblər.
Biz məntəqələrdə olarkən rastlaşdığımız seçicilər də prosesin gedişindən razılıqlarını ifadə ediblər. Seçicilər - İslam Qasımov, Hikmət Kazımov, Fərrux Adıgözəlov, Maarif Qurbanov, Azad Rzazadə və Validə Heydərova qeyd ediblər ki, seçki məntəqələrində səsvermənin demokratik və şəffaf keçirilməsi üçün hər bir şərait yaradılıb.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27

