Azərbaycan 2019-cu ildə uğurla inkişaf edib
25.12.2019 [09:50]
Prezident İlham Əliyev: İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr həyatda öz əksini tapıb
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Dövlət başçısı bəhs olunan müsahibəsində ölkəmizin 2019-cu ildə uğurlu inkişafı, Azərbaycanın daxili və xarici siyasəti, o cümlədən Avropa İttifaqı ilə əlaqələr, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, iqtisadi və sosial inkişaf, enerji və nəqliyyat-tranzit layihələri, milli və dini tolerantlıq, həyata keçirilən islahatlar, parlament seçkiləri və müxalifətlə bağlı cəmiyyət həyatının bütün sahələri üzrə aktual məsələlərə münasibət bildirib. Prezident İlham Əliyev ölkəmizin artıq sona çatmaqda olan 2019-cu ildə daxili və xarici siyasətdə böyük nailiyyətlər qazanmasından məmnunluğunu bildirib. “2019-cu il sona yaxınlaşır və əlbəttə ki, il ərzində görülmüş işlər, ölkəmizdə və regionda baş vermiş hadisələr çox ciddi təhlil tələb edir. Bir şeyi tam dəqiqliklə deyə bilərəm ki, ölkəmiz üçün bu il uğurlu olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr həyatda öz əksini tapıb. Azərbaycan 2019-cu ildə uğurla inkişaf edib. Bu inkişaf imkan verir ki, biz gələcək illərdə də öz addımlarımızı düzgün ataq və 2020-ci il də ölkəmiz üçün uğurlu olsun”, - deyə dövlətimizin başçısı vurğulayıb.
İqtisadi-maliyyə imkanlarının genişlənməsi ölkədə dərinməzmunlu sosial siyasət həyata keçirilməsi üçün real zəmin yaradıb
Azərbaycanın timsalında diqqəti çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, ölkəmiz özünün inamlı inkişafını sırf daxili imkanlar hesabına təmin edir. Bu gün güclü iqtisadiyyat Azərbaycanın hərtərəfli inkişafının, milli maraqlar üzərində qurulan prinsipial siyasətinin təməlində dayanan əsas amildir. Son 16 ildə Azərbaycanın dövlət siyasətində, bir qayda olaraq, iqtisadi inkişafla bağlı məsələlərin prioritetliyi təmin edilib. Bunun da nəticəsi olaraq respublikamızda yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyat formalaşıb. Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrinə görə artıq Azərbaycanın özü donor ölkəyə çevrilib. Son 16 ilin göstəriciləri ölkəmizin Prezident İlham Əliyev tərəfindən innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan strateji hədəfə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir. 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Qürurverici haldır ki, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib.
Azərbaycan özünün inamlı iqtisadi inkişafını, həmçinin artıq başa çatmaqda olan 2019-cu ildə də yüksək səviyyədə davam etdirib. Dövlət başçısının da vurğuladığı kimi, bir neçə il bundan əvvəl dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşdüyü dövrdə respublikamızda iqtisadi sahədə çox ciddi addımlar atıldı və beləliklə də ölkədə milli iqtisadiyyatda tarazlığa nail olundu. “Ancaq hesab edirəm ki, sabitləşmədən sonra ilkin inkişaf təzahürləri özünü keçən il büruzə verdi. Bu il isə artıq inkişaf daha genişmiqyaslıdır və bütün iqtisadi parametrlər bunu göstərir”, - deyə Prezident İlham Əliyev bildirib.
Məlumdur ki, respublikamız yeni şəraitdə dövlət başçısının siyasi iradəsinə uyğun olaraq neftdənkənar iqtisadiyyatın üstün inkişafının təmin olunmasını hədəfləyib. Respublikamızda qeyri-neft sektorunda istehsal və ixrac imkanlarının artırılması güclü şəkildə təşviq olunur. Məhz getdikcə artan siyasi və maddi dəstək tədbirlərinin məntiqi nəticəsidir ki, cari ildə iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri məhz qeyri-neft sektorunda qeydə alınıb. Belə ki, 2019-cu ildə qeyri-neft iqtisadiyyatımız təqribən 3,5 faiz artıb. O cümlədən kənd təsərrüfatında 7 faizdən çox artıma nail olunub. Qeyri-neft sənayesinin dinamik inkişafı xüsusilə sevindiricidir - ilin əvvəlindən bəri bu sahədə təxminən 14 faiz artıma nail olunub ki, bu da dünya rekordu sayıla bilər.
Eyni zamanda, Azərbaycan özünün strateji valyuta ehtiyatlarını getdikcə artırır. Cari ildə ölkəmizin strateji valyuta ehtiyatları daha 4,5 milyard artaraq 50 milyard dollara çatıb. Beləliklə, bu gün respublikamız xarici dövlət borcundan 5 dəfə artıq həcmdə strateji valyuta ehtiyatlarına malikdir ki, bu da dünya üzrə analoqu olmayan bir göstəricidir. Bu, o deməkdir ki, ölkəmiz istənilən vaxt özünün xarici borcunu bütünlüklə bağlaya bilər.
Respublikamızın iqtisadi-maliyyə imkanlarının genişlənməsi öz növbəsində ölkədə dərinməzmunlu sosial siyasət həyata keçirilməsi üçün real zəmin yaradıb. Cari ilin əvvəlindən ölkənin iqtisadi imkanlarının genişlənməsinə adekvat olaraq əhalinin rifah halının daha da yaxşılaşmasına hesablanan islahatların əhatə dairəsi daha da genişlənib. Belə ki, hələ ötən il keçirilən prezident seçkiləri ərəfəsində anonsu verilən və cari ildə iki mərhələdə reallaşdırılan sosial islahatlar bütövlükdə 4,2 milyon insanı əhatə edir. Uğurla reallaşdırılan sosial islahatların maliyyə yükü də kifayət qədər böyükdür. Hər iki sosial paketin dəyəri cari il üçün 2,3 milyard manat, növbəti il üçün isə 3 milyard manatdır. Bütövlükdə, cari ildə və perspektivdə reallaşdırılacaq sosial islahatların həyata keçirilməsinə 5,2 milyard manat vəsaitin sərf olunması nəzərdə tutulur.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev bir qədər bundan əvvəl 2020-ci ilin dövlət büdcəsi haqqında qanunu təsdiqləyib. Bəhs olunan sənəddə göstərildiyi kimi, gələn ilin büdcəsindən təhsilə 3 155 797 681,0, səhiyyəyə 1 369 011 949,0 manat ayrılacaq. Sosial müdafiə və sosial təminatla bağlı xərclər isə 3 244 591 912,0 manat həcmində müəyyənləşdirilib. 2020-ci ilin dövlət büdcəsinin xərclər bölümündə sosial sferaya kifayət qədər böyük həcmdə maliyyə vəsaitinin ayrılmasının hədəflənməsi ölkəmizdə həyata keçirilən siyasətin prioritetlərinə tam uyğundur. Respublikamızda bütün sosial məsələlərin kompleks şəkildə həllini tapdığına diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Problemli kreditlərin həll edilməsi bizdəki kimi heç yerdə olmayıbdır. Biz vətəndaşlar üçün ən məqbul variantı seçdik və bunu həll etdik.
Ondan sonra maaşların artırılması, pensiyaların, sosial müavinətlərin, tələbələrin təqaüdlərinin, yəni, bütün sosial sahədə olan məsələlər kompleks şəkildə öz həllini tapdı. Müavinətlər orta hesabla 50 faiz, yaxud da 2 dəfə, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artırıldı”.
Respublikamızda məcburi köçkünlər, şəhid ailələri, müharibə veteranları, əlillər üçün böyük sosial evlər paketi təqdim edilir. Təkcə cari ildə məcburi köçkünlər üçün 5 mindən çox ev və mənzil inşa olunub. İndiyədək 7 mindən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, 6 mindən çox müharibə əlilinə minik avtomobilləri təqdim olunub.
Ölkədə aparılan və bütün sahələri əhatə edən islahatlar arasında kadr və struktur islahatları xüsusi yer tutur
Son 16 ildə müstəqil Azərbaycanın həyatı müxtəlif istiqamətləri əhatə edən dərinməzmunlu islahatlarla səciyyələnib. Azərbaycan Prezidentinin qətiyyətlə həyata keçirdiyi islahatlar dayanıqlı iqtisadi inkişafın, ölkədə şəffaflığın, əlverişli biznes mühitinin təmin edilməsi, inkişafı əngəlləyən neqativ halların aradan qaldırılması məqsədini daşıyır.
Ölkədə aparılan və bütün sahələri əhatə edən islahatlar arasında kadr və struktur islahatları xüsusi yer tutur ki, bu da təsadüfi deyildir. Dünya təcrübəsindən də bəlli olduğu kimi, inkişafın ardıcıllığının təmin olunması böyük dərəcədə idarəetmə mexanizminin optimal qurulmasından, kadrların düzgün seçilib yerləşdirilməsindən asılıdır. Respublikamızda cari ilin əvvəlindən daha aktiv fazaya daxil olan institusional islahatlar da məhz idarəetmədə səmərəliliyi və çevikliyi artırmağa hesablanıb. Qeyd etmək yerinə düşər ki, 2019-cu ilin əvvəlindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən struktur islahatları ilə bağlı mühüm qərarlar qəbul edilib və bu istiqamətdə işlər daha aktiv fazaya daxil olub. Bütövlükdə, ölkənin davamlı inkişafının təmin edilməsi məqsədi ilə aparılan sosial-iqtisadi islahatların dərinləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması və ixrac potensialının artırılması vəzifələri müvafiq sahələrdə struktur dəyişikliklərinin sürətləndirilməsini və dövlət idarəetmə strukturunun təkmilləşdirilməsini zəruri edir. Ardıcıllıqla aparılan struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur. Zamanın dəyişən tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasında çox ciddi struktur islalahatları aparılıb, Nazirlər Kabineti əslində yenidən formalaşdırılıb.
Ölkəmizdə yeni mərhələdə institusional islahatların davamı olaraq kadr siyasəti də keyfiyyətcə yeni mərhələyə qaldırılıb. Ölkə Prezidenti dövlət orqanlarında, icra strukturlarında çevikliyi artırmaq, islahatları dərinləşdirmək istəyir. Kadrlar da məhz qarşıya qoyulan tələblərə uyğun işləməlidirlər, islahatların dərinləşməsinə öz töhfələrini verməlidirlər. Prezident İlham Əliyev idarəetməyə cəlb olunan kadrların fəaliyyətindən razılığını bildirərək vurğulayıb: “Həm vəzifələrə yeni simalar gətirildi, eyni zamanda, struktur dəyişikliyi edildi. Yerli icra orqanlarında kadr dəyişikliyi aparılır və aparılacaq. Bu proses davam etdiriləcək. Bu, labüddür, çünki dayanıqlı inkişafı təmin etmək üçün həm struktur çevik olmalıdır və ağır olmamalıdır, eyni zamanda, kadrlar müasir çağırışlara cavab verməlidirlər. XXI əsrdə köhnə baqajla nailiyyət əldə etmək mümkün deyil. İslahatların əsas məqsədi ondan ibarətdir ki, ölkəmizdə mövcud olan ab-hava daha da sağlamlaşdırılsın, xoşagəlməz hallara yol verilməsin. Yeni kadrlar yeni yanaşma gətirirlər, yeni düşüncə tərzi gətirirlər və mən onların fəaliyyətini yüksək qiymətləndirirəm”.
Beləliklə, qeyd etmək yerinə düşər ki, ölkəmizdə getdikcə daha geniş miqyas alan islahatlar zamanın tələbidir. Müsahibədə də vurğulandığı kimi, Azərbaycanın siyasəti konseptual xarakter daşıyır və ardıcıllıqla icra edilir. Deyilənlər baxımından kadr islahatları da istisna deyil. Dövlət başçısının vurğuladığı kimi, bəlkə, beş il bundan əvvəl bu cür kadr islahatları aparmaq düzgün olmazdı, amma iki il bundan sonra da artıq gec olardı.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35

