/ / Görülən mühüm işlərin nəticəsidir ki, Azərbaycan xalqı öz Prezidentinin fəaliyyətini yüksək qiymətləndirir
Görülən mühüm işlərin nəticəsidir ki, Azərbaycan xalqı öz Prezidentinin fəaliyyətini yüksək qiymətləndirir
26.12.2019 [09:57]
Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 23-də yerli jurnalistlərə verdiyi müsahibə 2019-cu ilin 9 ayının yekunları ilə bağlı olsa da, ümumilikdə dövlət başçısının fikirlərində 2003-cü ildən bu günə kimi həyata keçirilən siyasətin əsas paradiqmaları öz əksini tapdı. Prezident müsahibə zamanı bir sıra mühüm məsələlərə toxundu. Bu məsələlər içərisində Azərbaycanın xarici siyasəti ilə bağlı mühüm tezislər, beynəlxalq münasibətlərdə rolu və bugünkü nüfuzunu təmin edən fəaliyyətinin istiqaməti ilə bağlı fikirlər var. Eyni zamanda, burada regional və qlobal çağırışlar kontekstində beynəlxalq münasibətlərin nüfuzlu aktoru kimi Azərbaycanın davranışlarının əsas istiqamətləri də yer alıb. Azərbaycan Prezidenti qeyd etdi ki, bizim siyasətimiz konseptual xarakter daşıyır və ardıcıl olaraq həyata keçirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
H.Babaoğlu qeyd edib ki, 2003-cü ildən bu günə qədər həyata keçirilən siyasətə diqqət yetirdikdə görmək olar ki, heç nə təsadüfi baş verməyib. Bu illər ərzində həyata keçirilən siyasət əvvəlcədən düşünülmüş, strateji məqsədlərə və milli maraqlara hədəflənmiş intensiv fəaliyyət proqramı kimi nəzərdən keçirilə bilər. Bunun nəticəsidir ki, bu gün Azərbaycan inkişaf edib, qüdrətlənib. Həm xarici, həm daxili siyasət komponentləri milli maraqlar çərçivəsində uzlaşdırılaraq bugünkü qüdrətli Azərbaycan yaradılıb. Prezident ölkəmizdə həyata keçirilən sosial siyasət və iqtisadi uğurlar üzərində xüsusi dayandı. Çünki hər iki komponent bir-birindən asılı olan vahid tamın iki ayrılmaz hissəsidir. İqtisadiyyat olmasa, sosial problemləri həll etmək olmaz və sosial problemlərin həlli birbaşa iqtisadiyyatla bağlıdır. Sosial dövlət olma öhdəliklərini yerinə yetirmək üçün, ilk növbədə, güclü iqtisadi gücə malik ölkə olmaq lazımdır. Prezident İlham Əliyev bu məsələlərə toxunaraq ölkəmizdə həyata keçirilən sosial siyasətdən danışdı. Eyni zamanda, 9 ay ərzində görülən işlərin, həyata keçirilən islahatların, nəticə etibarilə, Azərbaycan vətəndaşının rifahına yönəlmiş olduğunu diqqətə çatdırdı. Şübhəsiz ki, bütün bunlar bir daha onu sübut edir ki, Azərbaycan Prezidentinin fəaliyyətinin əsasında vətəndaşların rifahı durur. Azərbaycanın inkişafı başlıca prioritet hədəfdir. Ölkənin hərbi gücü və siyasi nüfuzunun artması Qarabağ probleminin ərazi bütövlüyümüz çərçivəsində həll olunmasına imkan verəcək.
Deputat bildirib ki, müsahibədə səsləndirilən fikirlər həm də Bakı Dövlət Universitetinin 100 illik yubileyində Azərbaycan Prezidentinin nitqinin davamı kimi qiymətləndirilə bilər. Biz burada bir qədər detallı məlumatlar almış olduq ki, bu da mühüm məlumatlar idi. İlk dəfə idi ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın ayrı-ayrı beynəlxalq təşkilatlar ilə münasibətlərinə aydınlıq gətirildi. Eyni zamanda, Avropa İttifaqı ilə imzalanacaq ikitərəfli sazişin detallarına toxunuldu. Bəzi hallarda müxalif qüvvələr tərəfindən manipulyasiya edilən bu mövzunun əsasında nəyin durduğunu bildirən dövlət başçısı qeyd etdi ki, əgər biz beynəlxalq sazişi indiki şərtlərlə qəbul etsək, o zaman Azərbaycan vətəndaşlarına satılan enerji daşıyıcıları, xüsusilə də qazın qiyməti 7-10 dəfə arta bilər. Bu fikirlərdən aydın oldu ki, istər beynəlxalq təşkilatlarla əməkdaşlıqda, istərsə də xarici siyasətdə başlıca vəzifə Azərbaycanın dövlət və vətəndaşların maraqlarının qorunmasıdır. Bunlar vacib məsələlərdir. Görülən mühüm işlərin nəticəsidir ki, Azərbaycan xalqı öz Prezidentinin fəaliyyətini yüksək qiymətləndirir.
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25

