Azərbaycanda həyata keçirilən siyasət konseptual xarakter daşıyır və ardıcıllıqla icra edilir
26.12.2019 [09:49]
Prezident İlham Əliyev: Kadr islahatları zamanında aparılır. Bəlkə beş il bundan əvvəl bu cür kadr islahatları aparmaq düzgün olmazdı, amma iki il bundan sonra da artıq gec olardı
Son 16 ildə dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycanın uğurlarını şərtləndirən əsas amillərdən biri ondan ibarətdir ki, ölkəmiz öz siyasətini bir qayda olaraq zamanın dəyişən tələblərinə uyğun müəyyənləşdirir. Belə ki, qlobal trendlər, meydana çıxan yeni çağırışlar ətraflı öyrənilir və qarşıya müvafiq hədəflər qoyulur. Təbii ki, bu zaman respublikamızın potensialı, imkanları da mütləq nəzərə alınır. Beləliklə, ölkəmizin inamlı və davamlı inkişafı təmin edilir. Yeri gəlmişkən, Prezident İlham Əliyev bu günlərdə yerli jurnalistlərə ilin yekunları ilə bağlı verdiyi geniş müsahibədə də ölkəmizi fərqləndirən bu amilə xüsusi diqqət çəkib. “Bütövlükdə deyə bilərəm ki, bizim siyasətimiz konseptual xarakter daşıyır və ardıcıllıqla icra edilir. Əgər son 16 ilin tarixinə geniş nəzər salsanız, görərsiniz ki, heç bir addım təsadüfi olmayıb. Hər bir addımın arxasında çox böyük təhlil və böyük məqsədlər dayanır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ölkədə idarəetmə strukturu çevik olmalıdır, eyni zamanda, kadrlar müasir çağırışlara cavab verməlidirlər
Azərbaycanın yeni inkişaf mərhələsinə yüksəlməsi, müasir dövrün trendləri qarşıya həmçinin idarəetmə strukturunun təkmilləşdirilməsi, kadr islahatları ilə bağlı ciddi tələblər qoyub. Bütövlükdə, ölkənin davamlı inkişafının təmin edilməsi məqsədi ilə aparılan sosial-iqtisadi islahatların dərinləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması və ixrac potensialının artırılması vəzifələri müvafiq sahələrdə struktur dəyişikliklərinin sürətləndirilməsini və dövlət idarəetmə strukturunun təkmilləşdirilməsini zəruri edir. Dünya təcrübəsindən də bəlli olduğu kimi, inkişafın ardıcıllığının təmin olunması böyük dərəcədə idarəetmə mexanizminin optimal qurulmasından, kadrların düzgün seçilib yerləşdirilməsindən asılıdır. Bu xüsusda fikirlərini nəzərə çatdıran dövlət başçımız vurğulayıb: “Yerli icra orqanlarında kadr dəyişikliyi aparılır və aparılacaq. Bu proses davam etdiriləcək. Bu, labüddür, çünki dayanıqlı inkişafı təmin etmək üçün həm struktur çevik olmalıdır və ağır olmamalıdır, eyni zamanda, kadrlar müasir çağırışlara cavab verməlidirlər. XXI əsrdə köhnə baqajla nailiyyət əldə etmək mümkün deyil. İslahatların əsas məqsədi ondan ibarətdir ki, ölkəmizdə mövcud olan ab-hava daha da sağlamlaşdırılsın, xoşagəlməz hallara yol verilməsin”.
Dövlət başçısı tərəfindən müəyyənləşdirilən bu strateji kursa uyğun olaraq ölkədə aparılan və bütün sahələri əhatə edən islahatlar arasında kadr və struktur islahatları xüsusi yer tutur. Respublikamızda cari ilin əvvəlindən daha aktiv fazaya daxil olan institusional islahatlar idarəetmədə səmərəliliyi və çevikliyi artırmağa hesablanıb. Qeyd etmək yerinə düşər ki, 2019-cu ilin əvvəlindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən struktur islahatları ilə bağlı mühüm qərarlar qəbul edilib və bu istiqamətdə işlər daha aktiv fazaya daxil olub. Ardıcıllıqla aparılan struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır.
Bu məqamda vurğulamaq yerinə düşər ki, son illərdə Azərbaycanın həyata keçirdiyi struktur islahatları, ölkədə idarəetmə mexanizminin daha da təkmilləşdirilməsi beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Xəbər verildiyi kimi, 2019-cu ilin iyun ayında Bakıda Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu keçirilib. Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi belə bir mötəbər forumun Bakıda keçirilməsi Azərbaycanın təcrübəsinin dünyada böyük maraqla izlənildiyini bir daha təsdiqləyir. Azərbaycanda dövlət xidmətlərinin çox təkmil və yüksək səviyyədə həyata keçirildiyi BMT-nin Bakıda baş tutan Dövlət Xidmətləri Forumunda da xüsusi vurğulanıb. Forum çərçivəsində ölkəmiz BMT-nin xüsusi mükafatına layiq görülüb. BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatını Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təqdim edib.
Ölkəmizdə yeni mərhələdə institusional islahatların davamı olaraq kadr siyasəti də keyfiyyətcə yeni mərhələyə qaldırılıb. Ölkə Prezidenti dövlət orqanlarında, icra strukturlarında islahatları dərinləşdirmək istəyir. Kadrlar da məhz qarşıya qoyulan tələblərə uyğun işləməlidirlər, islahatların dərinləşməsinə öz töhfələrini verməlidirlər. Dövlət başçısının vurğuladığı kimi, kadr islahatları zamanında aparılır. Bəlkə beş il bundan əvvəl bu cür kadr islahatları aparmaq düzgün olmazdı, amma iki il bundan sonra da artıq gec olardı.
Yeni kadrlar yeni yanaşma, yeni düşüncə tərzi gətirirlər
Ölkəmizdə indiki mərhələdə institusional islahatların davamı olaraq kadr siyasəti də keyfiyyətcə yeni mərhələyə yüksəlir - idarəetməyə daha gənc və çevik kadrlar cəlb olunur. Bu da respublikada aparılan siyasətin dinamizmi ilə bağlıdır. Prezident İlham Əliyev ölkəmizin perspektiv inkişafı ilə bağlı yeni hədəflər müəyyənləşdirib. Məqsəd ona yönəlib ki, respublikamız indiyə qədər yaradılan baza üzərində bundan sonra daha iti sürətlə inkişaf etsin, insanların rifah halı daha da yaxşılaşsın. Prezident İlham Əliyev ölkədə islahatlar çərçivəsində əslində idarəetməyə yeni nəfəs, daha güclü enerji gətirmək istəyir. Məsələn, zamanında vergilər sistemində həyata keçirilən kadr dəyişikliyi öz müsbət nəticəsini verib. Əvvəllər bu sahədə islahatların aparılması bir növ mümkünsüz görünürdü. Ancaq dövlət başçısı qəti qərar verdi və qısa müddətdə burada vəziyyət dəyişdi. İrəli çəkilən kadrların təmiz və prinsipial işləməsi, işi düzgün qurmaları sayəsində vergi orqanlarının xətti ilə dövlət büdcəsinə yüz milyonlarla əlavə vəsait cəlb olunur. Və yaxud götürək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini. Nazirlikdə aparılan kadr dəyişikliyi sayəsində əvvəllər mövcud olan nöqsanlar üzə çıxarıldı və hazırda nazirlik sistemində çox ciddi islahatlar aparılır. Prezident İlham Əliyev idarəetməyə cəlb olunan kadrların fəaliyyətindən razılığını bildirərək vurğulayıb: “Yeni kadrlar yeni yanaşma gətirirlər, yeni düşüncə tərzi gətirirlər və mən onların fəaliyyətini yüksək qiymətləndirirəm”.
Eyni zamanda, vəzifəyə yeni təyin olunan kadrların qarşısında çox ciddi tələblər qoyulur. Artıq yeni kadrların köhnə metodlarla işləmələri mümkün deyil. Azərbaycan yeniləşir. Müasir dövrə, cəmiyyətimizin gözləntilərinə və müəyyənləşdirilən yeni inkişaf strategiyamıza uyğun olaraq Azərbaycanın yeni siması formalaşır ki, burada da kadrların rolu əvəzsizdir. Dövlət başçısının vurğuladığı kimi, o kadrlar ki, bu məsuliyyəti dərk etmirlər, onlar, əlbəttə, ən yaxşı halda vəzifədən uzaqlaşdırılırlar. Yaxud da onlara qarşı daha ciddi tədbirlər görülür və görüləcək. Azərbaycan məmurları üçün yaxşı nümunə də var. Onlar Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyətini, dövlətə və xalqa bağlılığını özləri üçün deviz müəyyənləşdirə bilərlər. Bəhs olunan müsahibədə də bildirildiyi kimi, Prezident İlham Əliyevin iş qrafikində fasilə yoxdur, o hətta bazar günlərində də iş başında olur. Azərbaycanın dövlət başçısı mütəmadi qaydada regionlara səfərlərə gedir, ictimaiyyətin nümayəndələri ilə görüşür. Bu səfərlər və görüşlər izsiz ötüşmür. Dövlət başçısı bir tərəfdən əvvəllər verdiyi tapşırıqların icra vəziyyətini öyrənir, digər tərəfdən isə gələcək fəaliyyət üçün zəruri olan yeni məlumatları, necə deyərlər, ilk mənbədən alır. Prezident İlham Əliyevi fərqləndirən, Ona olan inamı artıran amillər də məhz Öz işinə peşəkar yanaşmasıdır, Öz missiyasını xalqa xidmət etməkdə görməsidir. Vəzifəyə təyin olunan kadrlar da Prezident İlham Əliyevin iş üslubunu mənimsəməlidirlər. Onların işi heç bir halda kabinet işi olmamalıdır. Bu xüsusda fikirlərini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib: “Mənim kameralar qarşısında yeni təyin edilmiş icra başçılarına dediyim sözlər onlara verilən ən ciddi tapşırıqdır və onlar bu tapşırığı yerinə yetirməlidirlər. O cümlədən vətəndaşlara münasibətdə yekəxanalığa yer olmamalıdır, özlərini təkəbbürlü aparmamalıdırlar, vətəndaşlara yuxarıdan aşağıya baxmamalıdırlar, vətəndaşlara xidmət etməlidirlər, vətəndaşları incitməməlidirlər, hansısa abadlıq işlərinə sahibkarlardan qanunsuz pul tələb etməməlidirlər. İndi abadlıq adı ilə, bilirəm ki, sahibkarlardan vəsait yığırlar. Bu, qətiyyən qəbuledilməzdir. Belə abadlıq bizə lazım deyil. Rüşvət almamalıdırlar, əksinə, çalışmalıdırlar ki, investorları cəlb etsinlər”.
Bəhs olunan müsahibəsində Prezident İlham Əliyev mesajlarını çatdıraraq bildirib ki, biz ölkəmizdəki vəziyyəti daha da sağlamlaşdırmalıyıq və xoşagəlməz hallara qarşı mübarizə bundan sonra da aparılacaq. Yeni dövrdə, yeni çağırışlar qarşısında olan ölkədə vəzifəyə təyin olunan kadrlar dövlətə və xalqa vicdanla xidmət göstərməlidirlər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56

