Azərbaycan enerji təhlükəsizliyinin möhkəmləndirilməsi siyasətini inamla davam etdirir
08.01.2020 [09:49]
2019-cu ildə TANAP-ın istifadəyə verilməsi ilə Azərbaycan qazının Avropa ölkələrinə çatdırılmasına real zəmin yaranıb
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən səmərəli enerji siyasəti müstəqil respublikamızın hərtərəfli dinamik inkişafını şərtləndirən çox mühüm amillərdən biri qismində çıxış edir. Məlumdur ki, müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyev zamanında respublikamızın yeni neft strategiyasını hazırlayarkən milli maraqların yüksək səviyyədə təmin olunmasını strateji məqsəd kimi qarşıya qoymuşdu. Bu strateji məqsədə uyğun olaraq Azərbaycanın 1994-cü ildə “Azəri”, “Çıraq”, “Günəşli” yatağının ehtiyatlarının işlənməsinə dair transmilli şirkətlərlə imzaladığı “Əsrin müqaviləsi” və digər layihələr çərçivəsində ölkəmizin qazandığı gəlirlər səmərəli şəkildə istifadə olunaraq prioritet sahələrə - irimiqyaslı infrastruktur layihələrinin icrasına, qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil şəraitinin yaxşılaşdırılmasına, qeyri-neft iqtisadiyyatının inkişafına və bu kimi digər prioritet sahələrə yönəldilir. Uğurlu enerji siyasəti nəticəsində qazanılan gəlirlərin bir qismi isə Dövlət Neft Fonduna toplanılaraq gələcək nəsillər üçün qorunub saxlanılır. Qeyd etmək yerinə düşər ki, 2019-cu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları artaraq 50 milyard dollar həcminə çatıb ki, bu da kifayət qədər böyük rəqəmdir.
Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələr regional və qlobal miqyasda enerji təhlükəsizliyi məsələlərinin həllinə sanballı töhfələr verir
Həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan özünün enerji təhlükəsizliyinin təmin olunmasında böyük uğurlara imza atıb. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasını inamla davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində Azərbaycanın liderliyi ilə həyata keçirilən yeni layihələr ölkəmizin iqtisadi qüdrətinin və dünya arenasında siyasi çəkisinin yüksəlməsini təmin edib. “Əsrin müqaviləsi”ndən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanıb. Ölkəmizin enerji təhlükəsizliyinin təmin olunması baxımından 2005-ci il mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi müstəsna əhəmiyyət daşıyır. 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanılıb. BTC-nin istifadəyə verilməsi ilə Azərbaycan ölkəmizin enerji siyasətinə yönələn təhdidlərə birdəfəlik son qoydu. Diversifikasiya edilmiş nəql marşrutları ölkəmizin müstəqil, milli maraqlara əsaslanan enerji siyasəti həyata keçirməsinə real zəmin yaradıb.
Biz yuxarıda “Əsrin müqaviləsi”nin müstəqillik illərində ölkəmizin inkişafında oynadığı mühüm rol barədə qısa söhbət açdıq. Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişdə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb.
Məqsədyönlü siyasət sayəsində enerji təhlükəsizliyini yüksək səviyyədə təmin edən Azərbaycan, eyni zamanda, öz imkanlarını təqdim edərək regional və qlobal səviyyədə əməkdaşlığın dərinləşməsinə, son vaxtlarda daha da aktuallaşan enerji təhlükəsizliyi ilə bağlı məsələlərin həllinə öz töhfələrini verməyə çalışır. Biz bunu ölkəmizin moderatorluğu ilə reallaşdırılan transmilli enerji layihələrinin timsalında aydın şəkildə görürük. Ümumiyyətlə, Azərbaycan özünün enerji siyasətində daim ədalət nümayiş etdirir. Ölkəmiz o mövqedən çıxış edir ki, enerji amili heç bir halda siyasi təzyiq vasitəsinə çevrilməməlidir. Halbuki biz son illərdə qlobal miqyasda istehsalçı və tranzit ölkələrin istehlakçılara qarşı belə təzyiqlərinin şahidi olmuşuq. Qürurverici haldır ki, bu gün respublikamız həm əlverişli coğrafi mövqeyindən, həm də şaxələndirilmiş nəql marşrutlarından bəhrələnməklə istehsalçı və istehlakçı ölkələrin mənafelərinin qorunmasında fəal şəkildə iştirak edir. Götürək elə Bakı-Tbilisi-Ceyhan neft kəmərini. Bəhs olunan ixrac boru kəmərinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. BTC 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istismara verilib. Hazırda bu kəmər yalnız Azərbaycan neftinin daşınmasına xidmət etmir, qonşu dövlətlər də bu ixrac marşrutundan bəhrələnirlər. İndiyədək Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına Azərbaycanın, eləcə də başqa dövlətlərin 450 milyon tondan çox nefti nəql edilib. Bunun böyük hissəsini - 400 milyon tondan çoxunu Azərbaycan, 27 milyon tonunu Türkmənistanın, 12 milyon tonunu Qazaxıstanın, 7 milyon tonunu isə Rusiya nefti təşkil edir.
Azərbaycan bundan əvvəlki enerji layihələrində olduğu kimi, Cənub Qaz Dəhlizində də xoş məram nümayiş etdirir. Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Təxminən 40 milyard dollar investisiya qoyuluşu tələb edən bu enerji dəhlizi Azərbaycanın zəngin “Şahdəniz” yatağından hasil edilən qazı Avropanın mərkəzi ölkələrinə çatdıracaq. Prezident İlham Əliyev yerli jurnalistlərə 2019-cu ilin yekunları ilə bağlı verdiyi geniş müsahibədə yeni enerji dəhlizinin yaradılmasında Azərbaycanın əsas rol oynadığına diqqət çəkərək bildirib: “Cənub Qaz Dəhlizinin təşəbbüskarı və əsas təşkilatçısı Azərbaycan olubdur. Cənub Qaz Dəhlizi dörd layihədən ibarətdir. “Şahdəniz-2”, Cənubi Qafqaz Kəməri, TANAP və TAP. Onların hər birində Azərbaycan iştirak edir. TANAP-da 58 faiz payla biz layihənin əsas səhmdarıyıq. TAP-da bizim 20 faiz payımız var və digər layihələrdə də. Ona görə bunun çox böyük tarixi əhəmiyyəti vardır”.
2019-cu ildə istifadəyə verilən TANAP Azərbaycanın strateji aktividir
Ötən il Azərbaycanın uğurlu enerji siyasətinin reallaşdırılması istiqamətində daha bir əlamətdar hadisə baş verib - 2019-cu il 30 noyabr tarixində Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Beləliklə, Azərbaycan qazının Avropa ölkələrinə çatdırılmasına real zəmin yaranıb.
Bəhs olunan müsahibədə Prezident İlham Əliyev Azərbaycan qazının Avopaya çatdırılması, eləcə də istehlakçılar üçün strateji önəm daşıyan bu layihənin icrasının heç də asan başa gəlmədiyinə diqqət çəkib. Başlanğıcda layihənin icrasına həm siyasi, həm də praktiki müstəvidə bir sıra əngəllər var idi. Layihə ətrafında müzakirələr bir neçə dəfə uğursuzluqla nəticələnmişdi. İnvestorlar az gəlirli “mavi yanacaq” layihələrinə sərmayələr yönəltməyə olduqca skeptik yanaşma ortaya qoyurdular. Belə olan halda qardaş ölkələr - Azərbaycan və Türkiyə bütün məsuliyyəti öz üzərlərinə götürüblər və həlledici qərarlar veriblər. Beləliklə, TANAP layihəsi ilə bağlı Azərbaycan ilə Türkiyə arasında anlaşma memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Layihə üzrə yekun investisiya qərarı isə 2013-cü il dekabrın 17-də qəbul edilib. 2015-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra boru kəmərinin inşasına başlanılıb. Prezident İlham Əliyev vurğulayıb ki, TANAP layihəsi bizim strateji aktivimizdir. Bu layihənin icra edilməsi üçün biz böyük səylər göstərmişik.
TANAP Türkiyənin Ərdahan vilayətinin Posof qəsəbəsindən başlayaraq bu ölkənin ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru kəməridir. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.
TANAP-ın inşasının tamamlanması ilə ildə ilkin mərhələdə 16 milyard kubmetr Azərbaycan təbii qazının Türkiyənin və Avropanın istifadəsinə verilməsi təmin olunacaq. Bu 16 milyard kubmetr qazın 6 milyard kubmetrini qardaş Türkiyə, yerdə qalan 10 milyard kubmetrini isə Avropa ölkələri alacaq. 2019-cu il noyabrın 18-dək TANAP vasitəsilə Türkiyəyə daşınan qazın həcmi 3,23 milyard kubmetrə çatıb. Qarşıdakı illərdə TANAP-ın nəqletmə qabiliyyətini əvvəlcə 24 milyard kubmetrə, daha sonra 31 milyard kubmetrə çatdırmaq nəzərdə tutulub. Azərbaycan qazı Avropa ölkələrinə TANAP-dan keçməklə Trans-Adriatik təbii qaz boru kəməri - TAP vasitəsilə çatdırılacaq. İndiyədək Cənub Qaz Dəhlizinin bu seqmenti üzrə işlərin 90 faizi icra edilib və onun inşasının 2020-ci ildə başa çatdırılması gözlənilir.
Perspektivdə isə respublikamızda yeni yataqların işlənməsi nəzərdə tutulub. “Abşeron” yatağından 300 milyard kubmetr qaz hasilatı gözlənilir. Ölkəmiz digər yataqlardan da “mavi yanacaq” hasil edir, eyni zamanda, səmt qazı alır. Bundan başqa, “Azəri-Çıraq-Günəşli” yatağında “dərin qaz” adlandırılan böyük qaz ehtiyatının işlənməsinə də hazırlıq görülür. Azərbaycanı Avropa ilə birləşdirən Cənub Qaz Dəhlizi və onun mühüm seqmentlərindən biri olan TANAP “Şahdəniz”lə yanaşı, digər yataqların da ehtiyatlarının işlənməsində və avropalı istehlakçılara çatdırılmasında mühüm rol oynayacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48

