Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ilə Bolqarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan ilə Bolqarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

11.01.2020 [11:15]

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 10-da Bolqarıstan Respublikasının ölkəmizdəki səfiri Nikolay Yankov ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti barədə müzakirələr aparılıb, işbirliyinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini və danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini vurğulayıb.
Diplomat Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını bildirərək Bolqarıstanın Azərbaycanı dost ölkə hesab etdiyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, hərbi-texniki, hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili, regional və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Paylaş:
Baxılıb: 447 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31