Avropanın nüfuzlu “EURACTIV” portalı Azərbaycan Prezidentinin köməkçisinin müsahibəsini yayıb
23.01.2020 [11:22]
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Belçikaya səfəri çərçivəsində Avropanın nüfuzlu “EURACTIV” xəbər portalına telemüsahibə verib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan: Qırmızı qərənfilləri xatırlayır və gələcəyə baxır” adlı müsahibədə Hikmət Hacıyev Dağlıq Qarabağ münaqişəsinin həllinin perspektivləri və Avropa İttifaqının münaqişə ilə bağlı mövqeyi barədə deyib: “Mənim Prezidentim tərəfindən də deyildiyi kimi, təəssüf ki, ötən il münaqişənin həlli baxımından itirilmiş il olmuşdur. Biz bu münaqişənin həlli üçün hər hansı bir xüsusi hərəkət görə bilmirik, əksinə, Ermənistanın destruktiv siyasətinin şahidi olduq. Danışıqlar prosesinin artıq təsis olunmuş formatının mövcudluğuna baxmayaraq, Ermənistan tərəfi bu formatı dəyişməyə cəhd etdi. Ermənistan və Azərbaycan bu münaqişənin tərəfləridir, ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəçilərdir. Daha sonra Ermənistan tərəfi çox yüksək səviyyədə “yeni ərazilər, yeni müharibələr” və “bir santimetr belə ərazinin qaytarılmayacağı” kimi fikirlər səsləndirdi. Nəhayət, Ermənistanın baş naziri Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində “Dağlıq Qarabağ Ermənistandır” dedi. Bu, suveren bir dövlətin ərazisinin digər ölkənin rəhbəri səviyyəsində açıq şəkildə ilhaq edilməsi deməkdir. Bu, tamamilə qəbuledilməzdir. Bu cür yanaşma nəinki danışıqlara zərbə vurur, bütövlükdə danışıqlar prosesini dağıdır. Biz həmsədr ölkələrə, beynəlxalq ictimaiyyətə ismarıc göndərdik ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”.
Avropa İttifaqı ilə yeni ticarət sazişi barədə fikirlərini bildirən Prezident Administrasiyasının rəsmisi danışıqlar prosesinin hələ də davam etdiyini, müəyyən fundamental məsələlərlə bağlı tərəflər arasında fərqli baxışların olduğunu qeyd edib: “Bununla belə, hər iki tərəf konstruktiv yanaşma göstərməklə, mövqeləri yaxınlaşdırmaq istiqamətində birgə iş aparır. Saziş layihəsinin demək olar ki doxsan faizi razılaşdırılıb. Lakin enerji və ticarətlə bağlı bir sıra məsələlər var ki, biz Avropa İttifaqının daha çevik yanaşma göstərməsini gözləyirik. Hesab edirik ki, Avropa İttifaqı sazişlə bağlı preferensial ticarət və ya digər ifadə ilə, aqressiv ticarət yanaşması göstərməməlidir. İnanırıq ki, bu anlayışı əsas tutmaqla biz danışıqlarda irəliləyişə nail ola bilərik. Çünki bu məsələlər Azərbaycan üçün də strateji əhəmiyyətə malikdir. Bizim öz daxili islahatlar prosesimiz, iqtisadi prioritet və təşəbbüslərimiz var. Bu səbəbdən qarşılıqlı faydalı yanaşma göstərilməli və saziş elə tərtib olunmalıdır ki, o hər iki tərəfin ehtiyaclarına cavab versin”.
Prezidentin köməkçisi NATO-Azərbaycan əlaqələrinin hazırkı vəziyyəti ilə bağlı danışarkən bildirib ki, “Azərbaycan NATO tərəfindən etibarlı və öz öhdəliklərinə sadiq bir tərəfdaş kimi qəbul edilir. Bu gün Azərbaycan əsgərləri NATO müttəfiq və tərəfdaş ölkələri ilə çiyin-çiyinə Əfqanıstanda terrorizmlə mübarizə aparır və bu ölkəyə sülh və əmin-amanlıq gətirməyə çalışır. Azərbaycan, həmçinin NATO müttəfiq və tərəfdaş ölkələri üçün həyati əhəmiyyətli yüklərin nəqliyyatında tranzit və logistik qovşaq kimi də mühüm rol oynayır. Brüsselə səfər çərçivəsində biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, ümumi siyasi və regional məsələlər üzrə “29+1” (NATO + Azərbaycan) formatında müzakirələr apardıq”.
Sonda “EURACTIV”in müxbiri Hikmət Hacıyevin yaxasına taxdığı nişanın nə olduğu ilə bağlı maraqlanıb. O isə cavabında bu nişanın Azərbaycanda baş vermiş Qara Yanvar hadisələrinin 30-cu ildönümünü simvolizə etdiyini bildirib. “Hələ sovet vaxtları idi və Sovet İttifaqının rəhbəri Mixail Qorbaçov Azərbaycanda fövqəladə vəziyyət elan edərək 26 min nəfərlik qoşunu Azərbaycana yeritdi. Yeganə məqsəd müstəqillik və azadlıq haqqında düşünən Azərbaycan xalqının iradəsini qırmaq, onu qorxutmaq idi. Tanklar və əsgərlər heç bir fərq qoymadan mülki etirazçılara qarşı gücdən istifadə etdi. Nəticədə 147 insan qətlə yetirildi, bir neçə yüz insan yaralandı. Onlar azadlıq, müstəqillik və ədalət istəyən günahsız mülki vətəndaşlar idi. Bu, sovet rəhbərliyi tərəfindən kütləvi cəzalandırmanın bir elementi idi. Bu, müharibə cinayəti və bəşəriyyətə qarşı cinayət idi”.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi müsahibəsində Şərq və Qərb arasında bağlantılar, Şimal-Cənub nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP və TAP kimi enerji layihələri və digər məsələlər haqqında da “EURACTIV”in oxucularına ətraflı məlumatlar verib.
Xəbər lenti
Hamısına baxİdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56

