Azərbaycan sabit və davamlı inkişafda olan ölkədir
24.01.2020 [09:48]
Prezident İlham Əliyev: Ölkədə bizim daxili risklərimiz yoxdur, istər siyasi risklər olsun, istər iqtisadi. Ölkə sabitdir, inkişaf davamlıdır
Müstəqil Azərbaycanın həyata keçirdiyi siyasət ardıcıl və məqsədyönlü səciyyə daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən belə praqmatik yanaşmalara əsaslanan siyasət isə Azərbaycanın beynəlxalq miqyasda güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verən dövlət kimi tanınması və qəbul olunmasını təmin edib. Bunu Prezident İlham Əliyevin bu günlərdə Davos Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına baş tutan işgüzar səfəri çərçivəsində keçirdiyi çoxsaylı görüşlərdə, həmçinin qatıldığı müzakirələrdə ölkəmizə göstərilən maraq və diqqət bir daha təsdiqləyir. Əlamətdar haldır ki, dövlətimizin başçısı ilə görüşlərdə dünyada məşhur olan şirkətlərin yüksəkvəzifəli rəsmiləri Azərbaycanın iqtisadi sahədə qazandığı uğurları, respublikamızın investisiya cəlbediciliyini, ölkəmizdəki biznes mühitini yüksək dəyərləndiriblər və bundan sonra da respublikamıza böyük həcmlərdə sərmayə yönəltmək istədiklərini bildiriblər. Öz növbəsində Prezident İlham Əliyev Davosda keçirdiyi görüşlərdə və qatıldığı müzakirələrdə Azərbaycanın müstəqillik illərində aparılan məqsədyönlü siyasət sayəsində iqtisadi inkişaf, infrastruktur quruculuğu istiqamətində, sosial sferada və digər sahələrdə böyük uğurlara imza atdığını, eləcə də ölkəmizin bundan sonrakı prioritetlərini nəzərə çatdırıb.
Dövlətimizin başçısı yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında tədbirin moderatorunun suallarını cavablandırarkən ölkəmizin uğurlarını şərtləndirən amillərə xüsusi diqqət çəkib. “Müstəqillik illəri ərzində əldə etdiyimiz bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatları həyata keçirdiyimizə görə əldə olunmuşdur. Bizim nailiyyətlər Davos Dünya İqtisadi Forumunun illik qiymətləndirmələrində də öz əksini tapmışdır. İnfrastruktur sahəsi çox yüksək səviyyədə inkişaf edib. Yolların inşası və keyfiyyətinə gəldikdə, biz dünyada iyirmi yeddinci yerdə qərarlaşmışıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycanın qazandığı uğurlar Davos İqtisadi Forumunun illik hesabatlarında yüksək qiymətləndirilir
Dünyada və regionda müşahidə edilən kataklizmlər, mənfi proseslər fonunda Azərbaycandakı vəziyyət müsbət rakursdan diqqəti cəlb edir. Ölkəmiz sabitlik və inkişaf adası kimi fərqlənir. Respublikamızın reallıqlarına diqqət çəkən Prezident İlham Əliyev bildirib: “Mən düşünürəm ki, xüsusən regional vəziyyəti və yeni yaranmaqda olan münaqişə zonalarını nəzərə alaraq hazırda ən vacib olan məsələ regional sabitlikdir. Ölkədə bizim daxili risklərimiz yoxdur, istər siyasi risklər olsun, istər iqtisadi. Ölkə sabitdir, inkişaf davamlıdır. Bizim həyata keçirilməkdə olan və xalqımız üçün böyük imkanlar yaradan çox geniş islahatlar gündəliyimiz var”.
Qısa müstəqillik tarixində ölkəmiz məhz zamanın çağırışları ilə səsləşən islahatları uğurla həyata keçirməklə iqtisadi sahədə dinamik inkişafa nail olub. Respublikamızda dövlətin güclü siyasi iradəsi sayəsində iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib. Son 16 ildə milli iqtisadiyyatımız 3,3 dəfə genişlənib ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Hazırda Azərbaycan iqtisadi baxımdan tam müstəqil dövlətdir. Respublikamız heç bir kənar gücdən, kredit təşkilatından asılı deyil. Əksinə, Azərbaycan investor ölkəyə çevrilib. Ölkəmiz indiyədək bir sıra transmilli enerji və nəqliyyat layihələrinə moderatorluq etməklə regional və qlobal əməkdaşlığa sanballı töhfələr verib. Bu gün respublikamız qonşu dövlətlərdə, həmçinin bir sıra Avropa ölkələrində böyük investisiya tutumuna malik layihələr reallaşdırır.
Yeni şəraitdə ölkəmiz neft sektorunda ənənələrin daha da möhkəmləndirilməsi ilə yanaşı, postneft dövrünün iqtisadiyyatının qurulmasını diqqət mərkəzində saxlayır. Belə ki, transmilli şirkətlərlə bağlanan neft müqavilələri çərçivəsində ölkəmizə gələn gəlirlərin müəyyən hissəsi məqsədyönlü şəkildə qeyri-neft sektorunda yeni istehsal sahələrinin yaradılmasına yönəldilir. Təkcə son illərdə qeyri-neft sektorunda istifadəyə verilən nəhəng sənaye müəssisələri milli iqtisadiyyatımızın gücünü, o cümlədən də ölkəmizin ixrac imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Həmçinin respublikamızda qeyri-neft sektorunun mühüm bir qolu olan kənd təsərrüfatı yeni yanaşmalar əsasında inkişaf etdirilir və burada da yaxşı nəticələr əldə olunur.
O cümlədən Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb. Davos Dünya İqtisadi Forumu siyasətçiləri, biznes adamlarını, ictimai təşkilatları bir araya gətirən və qlobal miqyasda müşahidə edilən iqtisadi proseslərin, dünyanın iqtisadi gündəliyinin, habelə aktual ictimai-siyasi çağırışların müzakirə olunduğu ən böyük beynəlxalq platformalardan biridir. Öz növbəsində məqsədyönlü siyasət sayəsində dünya iqtisadiyyatına inteqrasiya edən respublikamız da Davos İqtisadi Forumu ilə fəal əməkdaşlıq edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci ildən başlayaraq ardıcıl şəkildə Forumun illik toplantısına qatılır və bu platforma çərçivəsində məhsuldar görüşlər keçirərək ölkəmizin reallıqlarını, imkanlarını bütün dünyaya çatdırır. Ölkəmizin Davos İqtisadi Forumu ilə əməkdaşlığı kifayət qədər məhsuldar və faydalı olub. 2007-ci ilin əvvəli ilə müqayisədə 2019-cu ildə milli iqtisadiyyatımızın həcmi 80 faiz, o cümlədən qeyri-neft sektorunun həcmi 2,1 dəfə, strateji valyuta ehtiyatları 13 dəfə artıb, respublikamızda yoxsulluq səviyyəsi 4 dəfədən çox, işsizlik səviyyəsi isə əhəmiyyətli dərəcədə azalaraq 4,9 faizə çatıb.
Dinamik iqtisadi inkişaf sayəsində güclü maliyyə təminatına malik ölkəyə çevrillən Azərbaycan bütün ölkə boyunca həm iqtisadi aktivliyin daha da artırılması, həm də insanların həyat səviyyəsinin yüksəldilməsi baxımından böyük önəm daşıyan müasir infrastruktur quruculuğuna böyük diqqət göstərir. Dövlət əsaslı vəsait qoyuluşu hesabına reallaşdırılan layihələr sayəsində hazırda Azərbaycan infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Hazırda respublikamızda elektrik enerjisi ilə təminat 100 faiz səviyyəsindədir və ölkəmizin müəyyən həcmlərdə ixrac imkanları yaranıb. Ölkə üzrə qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir. Son 16 ildə respublikamızda 16 min kilometr yol, 443 körpü inşa olunub. Bəhs olunan dövrdə respublika miqyasında 3 mindən çox məktəb və 700 xəstəxana tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub.
Perspektiv inkişafla bağlı müəyyənləşdirilən hədəflərin miqyası da kifayət qədər böyükdür. Prezident İlham Əliyev strateji məqsədlərdən bəhs edərək vurğulayıb ki, hökumət əsas diqqətini artan əhalidən ibarət olan böyük çağırış üzərinə yönəldəcək. Buna görə də bizim iqtisadi artımımız əhalinin artımına uyğun gəlməlidir. “Bizim əhalimiz hər il 100 mindən çox artır. Bu isə o deməkdir ki, bizə ən azından ildə 100 min iş yeri lazımdır. Bu, asan deyil. Buna görə də hökumət bu məsələ ilə məşğul olacaq. Biz yoxsulluğu bugünkü səviyyədə - 5 faizdən aşağı səviyyədə saxlamağa çalışacağıq. Həmçinin bizim birbaşa xarici borcun azaldılması ilə bağlı uzunmüddətli strategiyamız var. Bu gün bu borc çox aşağıdır, ümumi daxili məhsulun 17 faizini təşkil edir. Lakin bizim hədəfimiz onu ümumi daxili məhsulun 10 faizinə qədər endirməkdir. Əlbəttə ki, inflyasiyanın keçən il olduğu kimi 2,5 faiz səviyyəsində, aşağı səviyyədə saxlanılması məsələsi üzərində də işləyəcəyik. İnsanların gəliri həmişə inflyasiyanı üstələməlidir, habelə iş yerlərinin yaradılması da demoqrafik artımdan daha çox olmalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Əlamətdar haldır ki, Azərbaycanın müsbət reallıqları beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Davos Forumunun müvafiq hesabatına əsasən Azərbaycan bu gün elektrik enerjisinə çıxış imkanına görə dünyada ikinci yerdədir. Davos Forumu Azərbaycan hökumətinin strateji baxışını 10-cu yerə, hökumətin sabitlik təmin etmək bacarığını isə dünyada 11-ci yerə layiq görüb.
Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir
Qısa müstəqillik tarixində Azərbaycanın dövlət siyasətində iqtisadi inkişafın prioritetliyinin təmin olunması heç də təsadüfi xarakter daşımayıb. Ölkəmiz özünün iqtisadi gücünü artırmaqla qarşıya strateji məqsədlər qoyub. Bunu bir daha nəzərə çatdıran Prezident İlham Əliyev “Düşünürəm ki, Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir. Prezident olaraq mənim hədəflərimdən biri Azərbaycanı özü-özünü təmin edən, heç kimdən asılı olmayan ölkəyə çevirmək idi. Başqa sözlə, iqtisadi müstəqillik əsas prioritet idi, çünki bu, siyasi müstəqillik üçün bünövrədir”, - deyə vurğulayıb.
Yuxarıda deyilənlərdən də bəlli olduğu kimi, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət sayəsində qarşıya qoyulan məqsədlərə çatıb. Belə ki, ölkənin iqtisadi müstəqilliyi yüksək səviyyədə təmin olunub. Bu isə öz növbəsində respublikamızın siyasi müstəqilliyini şərtləndirir. Hazırda dünyada gedən proseslər hər kəsə bəllidir. Qlobal miqyasdakı geosiyasi gərginliklər fonunda yalnız güclü dayaqlara malik dövlətlər ayaqda möhkəm dayanır və öz ölkələrinin, xalqlarının milli maraqlarına uyğun siyasət həyata keçirirlər. Biz iqtisadi tənəzzülün, maliyyə çatışmazlığının acı fəsadlarını Ermənistanın timsalında açıq şəkildə görürük. Bütünlüklə dalana dirənən, ianələr hesabına yaşayan Ermənistanın heç bir iqtisadi perspektivi yoxdur, insanlar yoxsulluq və səfalət üzündən bu ölkəni tərk edirlər. İqtisadiyyatının zəifləməsinin, asılılığın nəticəsidir ki, bu gün Ermənistan müstəqil siyasi qərarlar qəbul edə bilmir və forpost ölkə kimi tanınır. Güclü iqtisadi potensiala malik olan Azərbaycan isə sırf milli maraqlara əsaslanan siyasət həyata keçirir. Öz hesabına yaşayan respublikamız dünyada ləyaqətli ölkə kimi tanınır. Bu gün dünyada heç bir güc mərkəzi ölkəmizlə diktat dili ilə danışmır və danışa da bilməz.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48

