Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
25.01.2020 [10:08]
Prezident İlham Əliyev: Dünya İqtisadi Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır
Artıq bir neçə gündür ki, beynəlxalq birliyin siyasi, iqtisadi və maliyyə dairələrinin diqqəti növbəti dəfə Davos Dünya İqtisadi Forumunun tədbirlərinə yönəlib. Qeyd edək ki, Davos Dünya İqtisadi Forumu siyasətçiləri, biznes adamlarını, ictimai təşkilatları bir araya gətirən və qlobal miqyasda müşahidə edilən iqtisadi proseslərin, dünyanın iqtisadi gündəliyinin, habelə aktual ictimai-siyasi çağırışların müzakirə olunduğu ən böyük beynəlxalq platformalardan biridir. Öz növbəsində məqsədyönlü siyasət sayəsində dünya birliyi ilə sıx inteqrasiya edən respublikamız da Davos İqtisadi Forumu ilə fəal əməkdaşlıq edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci ildən başlayaraq ardıcıl şəkildə Forumun illik toplantısına qatılır və bu platforma çərçivəsində məhsuldar görüşlər keçirərək ölkəmizin reallıqlarını, imkanlarını bütün dünyaya çatdırır. Yeri gəlmişkən, cari il yanvarın 20-də Azərbaycanın dövlət başçısı Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfərə gedib.
Davosda Prezident İlham Əliyevin keçirdiyi görüşlərdə və qatıldığı müzakirələrdə Azərbaycana böyük maraq ifadə olunub
Azərbaycanın dövlət başçısı İlham Əliyev İsveçrə Konfederasiyasına səfəri çərçivəsində ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, dünyanın aparıcı maliyyə-iqtisadi qurumlarının, şirkətlərinin rəhbərləri ilə çoxsaylı görüşlər keçirib və qlobal iqtisadi inkişaf trendləri ilə bağlı aktual müzakirələrə qatılıb ki, bütün bunlar da beynəlxalq miqyasda Azərbaycana və şəxsən dövlətimizin başçısına böyük maraq və diqqət göstərildiyini bir daha təsdiqləyir. Prezident İlham Əliyevin bəhs olunan səfərinin gündəliyi kifayət qədər zəngindir. Belə ki, dövlət başçımız səfər çərçivəsində İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqa, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa, Polşa Respublikasının Prezidenti Andjey Duda, Davos Dünya İqtisadi Forumunun prezidenti Borge Brende, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo, Pakistan İslam Respublikasının Baş Naziri İmran Xan, Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç, Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu, “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat, “Carlsberg Group” şirkətinin baş icraçı direktoru Cees’t Hart, “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubenşteyn, “VTB Bank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostin, Gürcüstanın Baş Naziri Giorgi Qaxariya, “Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel, “Swiss Re” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, “SUEZ Group”un yeni baş icraçı direktoru Bertran Kamus, İsveçrənin Montrö şəhərinin meri, Azərbaycan-İsveçrə Dostluq Qrupunun həmsədri Loran Verli, “Equinor” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya üçün yeni baxış - dayanıqlı inkişaf üçün tərəfdaşlıq” mövzusunda iclasda, “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edib. Görüşlərdə və müzakirələrdə ölkəmizin regionda iqtisadiyyat, nəqliyyat, infrastruktur sahələrində oynadığı rolun vacibliyi xüsusi vurğulanıb. Əlamətdar haldır ki, dünyada məşhur olan şirkətlərin yüksəkvəzifəli rəsmiləri Azərbaycanın investisiya cəlbediciliyini, ölkəmizdəki biznes mühitini yüksək dəyərləndiriblər və bundan sonra respublikamıza böyük həcmlərdə sərmayə yönəltmək istədiklərini bildiriblər.
Öz növbəsində Prezident İlham Əliyev keçirdiyi çoxsaylı görüşlərdə və qatıldığı müzakirələrdə Azərbaycanın müstəqillik illərində qazandığı uğurları, ölkəmizin bugünkü reallıqlarını diqqətə çatdırıb.
Bu məqamda qeyd edək ki, dinamik iqtisadi inkişaf sayəsində güclü maliyyə təminatına malik ölkəyə çevrillən Azərbaycan bütün ölkə boyunca həm iqtisadi aktivliyin daha da artırılması, həm də insanların həyat səviyyəsinin yüksəldilməsi baxımından ciddi önəm daşıyan müasir infrastruktur quruculuğuna böyük diqqət göstərir. Dövlət əsaslı vəsait qoyuluşu hesabına reallaşdırılan layihələr sayəsində Azərbaycan infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Hazırda respublikamızda elektrik enerjisi ilə təminat 100 faiz səviyyəsindədir və ölkəmizin müəyyən həcmlərdə ixrac imkanları yaranıb. Ölkə üzrə qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir. Son 16 ildə respublikamızda 16 min kilometr yol, 443 körpü inşa olunub. Bəhs olunan dövrdə respublika miqyasında 3 mindən çox məktəb və 700 xəstəxana tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub. Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında tədbirin moderatorunun suallarını cavablandırarkən ölkəmizin uğurlarının beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyinə diqqət çəkərək vurğulayıb: “Bizim nailiyyətlər Davos Dünya İqtisadi Forumunun illik qiymətləndirmələrində də öz əksini tapmışdır. İnfrastruktur sahəsi çox yüksək səviyyədə inkişaf edib. Yolların inşası və keyfiyyətinə gəldikdə, biz dünyada iyirmi yeddinci yerdə qərarlaşmışıq”.
Sözügedən paneldə Prezident İlham Əliyev həmçinin Azərbaycan hökumətinin perspektiv fəaliyyət istiqamətləri barədə də ətrafli bəhs edib. Məlum olduğu kimi, reallaşdırılan uğurlu siyasətin məntiqi nəticəsi olaraq respublikamızda əhali hər il təxminən 100 min nəfər artır. Müstəqillik illərində ölkəmizin əhalisinin sayı 7 milyondan 10 milyona qədər artıb. Əhali artımı özlüyündə müsbət göstəricidir, ancaq eyni zamanda, qarşıya yeni çağırışlar qoyur. İnfrastruktur quruculuğu, iş yerlərinin yaradılması və digər məsələlər əhali artımına adekvat olaraq həllini tapmalıdır. “Yeni hökumət əsas diqqətini artan əhalidən ibarət olan böyük çağırış üzərinə yönəldəcək. Buna görə də bizim iqtisadi artımımız əhalinin artımına uyğun gəlməlidir”, - deyə Prezident İlham Əliyev bildirib.
Davosda əldə olunan iqtisadi razılaşmalar dünyanın nəhəng şirkətlərinin Azərbaycana investisiya yatırmaq imkanlarını genişləndirir
Ötən dövrdə Azərbaycanın Davos İqtisadi Forumu ilə əməkdaşlığı kifayət qədər məhsuldar olub. Belə ki, ölkədə reallaşdırılan islahatlar nəticəsində 2007-ci ilin əvvəli ilə müqayisədə 2019-cu ildə milli iqtisadiyyatımızın həcmi 80 faiz, o cümlədən qeyri-neft sektorunun həcmi 2,1 dəfə, strateji valyuta ehtiyatları 13 dəfə artıb, respublikamızda yoxsuluq səviyyəsi 4 dəfədən çox, işsizlik səviyyəsi isə əhəmiyyətli dərəcədə azalaraq 4,9 faizə çatıb. Bu dövrdə ölkəmiz iki dəfə - “Doing Business 2009” və “Doing Business 2019” hesabatlarında dünyanın lider islahatçı ölkəsi olaraq tanınıb. Prezident İlham Əliyev Davos İqtisadi Forumunun rəsmi saytında yerləşdirilmiş “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsində ölkəmizlə Davos İqtisadi Forumu arasında formalaşmış fəal əməkdaşlıq əlaqələrini yüksək dəyərləndirib. “Dünya İqtisadi Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Yaranmış ənənələr davam edir. Azərbaycanın dövlət başçısı İlham Əliyevin Dünya İqtisadi Forumu çərçivəsində Davosda çoxsaylı dövlət və hökumat başçıları, dünyanın aparıcı maliyyə-iqtisadi qurumlarının, şirkətlərinin rəhbərləri ilə keçirdiyi budəfəki görüşlər, qatıldığı müzakirələr də öz məhsuldar nəticələri ilə yadda qalıb. Mütəxəssislərin qənaəti belədir ki, Davosda əldə olunan razılaşmalar əməkdaşlığın perspektivləri üçün yeni imkanlar açır.
Xəbər verildiyi kimi, Azərbaycan Prezidentinin İsveçrə Konfederasiyasına növbəti səfəri çərçivəsində Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb. Sənədi Prezident İlham Əliyev və Forumun prezidenti Borge Brende imzalayıblar. Qeyd edək ki, bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.
Davosda Azərbaycan Prezidentinin “Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel ilə görüşündə isə qurumun özünün regional mərkəzini yaratmaq üçün Bakını seçdiyi nəzərə çatdırılıb. Dünyada məşhur olan “Procter and Gamble Europe” şirkəti fəaliyyətini Orta Asiya və Uzaq Şərqə doğru genişləndirmək niyyətindədir və regional mərkəz olaraq məhz Bakı şəhəri seçilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və Azərbaycanda yaradılan biznes mühiti şirkətin ölkəmizdəki ofisi vasitəsilə Şərqə doğru genişlənməsinə əlverişli imkan yaradacaq.
Perspektivdə Azərbaycanın “Naxçıvan”, “Qoşadaş” yataqları Rusiyanın “LUKOIL” şirkəti ilə birgə işlənəcək. Bu barədə qərar da məhz Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşündə qəbul edilib.
Davosda keçirilən görüşlərdə həmçinin “Signify” şirkətinin Azərbaycana yeni texnologiyalar gətirməsi məsələsi müzakirə olunub, “Carlsberg Group” şirkətinin rəsmisi təmsil etdiyi qurumun Azərbaycana yönəltdiyi investisiyaların həcmini artırmaq niyyətini ifadə edib. Bundan başqa, Davosda Azərbaycanda sığorta bazarının inkişafı üçün “Swiss Re” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub. Deyilənlərdən də göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Davosda keçirdiyi görüşlərdə müzakirə olunan məsələlərin əhatə dairəsi kifayət qədər genişdir. Bütövlükdə, respublikamızın dövlət başçısının İsveçrə Konfederasiyasına səfəri və Davosda keçirdiyi görüşlər Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, regional mərkəz kimi qəbul edilməsi, dünyada nüfuzlu ölkə imicinin möhkəmlənməsi və digər parametrlər baxımından böyük əhəmiyyət daşıyır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

