Azərbaycan regionda strateji nəqliyyat qovşağına çevrilib
28.01.2020 [09:31]
Prezident İlham Əliyev: Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi təkcə kapital hesabına olmayıb, burada əməkdaşlıq da önəmli rol oynayıb
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq miqyasda böyük nüfuza malik Davos İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasında işgüzar səfər edib. Dövlət başçımızın səfəri olduqca məhsuldar keçib. Prezident İlham Əliyev Davosda bir sıra ölkələrin dövlət və hökumət başçıları, bütün dünyada tanınan ayrı-ayrı şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlər keçirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya üçün yeni baxış - dayanıqlı inkişaf üçün tərəfdaşlıq” mövzusunda iclasda, “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edib. Prezident İlham Əliyevin İsveçrə Konfederasiyasına səfəri və Davosda keçirdiyi görüşlər Azərbaycanın xarici əlaqələrinin inkişafı, dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlığın gücləndirilməsi, nəhəng şirkətlərin respublikamıza investisiya yatırmaq imkanlarının genişlənməsi, ölkəmizin regional mərkəz, dünyada nüfuzlu dövlət imicinin möhkəmlənməsi baxımından böyük aktuallıq daşıyır. Bəhs olunan görüşlərdə və müzakirələrdə Azərbaycanın digər reallıqları ilə yanaşı, ölkəmizin regionda mühüm nəqliyyat habına çevrildiyinə də xüsusi diqqət çəkilib.
Böyük uğurla icra edilən layihələr sayəsində Azərbaycanın nəqliyyat-tranzit imkanları əhəmiyyətli dərəcədə genişlənib
Açıq dənizə çıxışı olmayan Azərbaycanın qısa müddətdə regionun mühüm nəqliyyat qovşağına çevrilməsi çox böyük uğurdur. Ölkəmiz yol-nəqliyyat infrastrukturunu inkişaf etdirmək üçün müxtəlif layihələrin icrasına böyükhəcmli yerli və xarici investisiyaların cəlb edilməsinə nail olub. Yüksək səviyyədə icra edilən layihələr sayəsində respublikamızın nəqliyyat-tranzit imkanları əhəmiyyətli dərəcədə genişlənib. Prezident İlham Əliyevin Davos İqtisadi Forumunun rəsmi saytında yerləşdirilən “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsində qeyd etdiyi kimi, burada əməkdaşlıq da önəmli rol oynayıb. “Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi təkcə kapital hesabına olmayıb, burada əməkdaşlıq da önəmli rol oynayıb. Forum çərçivəsində əməkdaşlıq Azərbaycanı Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin önəmli aktoruna, beynəlxalq nəqliyyat qovşağına çevirib”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Son 16 ildə respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsi siyasətində həm daxili, həm də beynəlxalq əməkdaşlıq tələb edən layihələrin icrası diqqət mərkəzində saxlanılıb. Bəhs olunan dövrdə respublika boyunca reallaşdırılan yol-nəqliyyat layihələrinin əhatə dairəsi kifayət qədər genişdir. Yeri gəlmişkən, Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında son 16 ildə ölkəmizdə reallaşdırılan infrastruktur layihələrinə xüsusi diqqət çəkib. Dövlət başçısı nəzərə çatdırıb ki, ölkəmizdə əvvəllər əsasən infrastruktur layihələrinə sərmayə yatırılıb. Buna görə yenə də Davos Forumuna əsasən Azərbaycan bu gün elektrik enerjisinə çıxış imkanı baxımından dünyada ikinci yerdədir. Azərbaycanda qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir. Bəhs olunan dövrdə respublikamızda 3 mindən çox məktəb və 700 xəstəxana inşa edilib. Dövlət başçısı respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsini də nəzərə çatdıraraq ölkə boyunca 16 min kilometr yolun çəkilməsini məmnunluq hissi ilə vurğulayıb. Mühüm məqamlardan biri də ondan ibarətdir ki, respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsi kompleks şəkildə həyata keçirilib və müxtəlif seqmentləri əhatə edib. Bu gün Azərbaycanın çox böyük yük təyyarəsi parkı var. Ölkə ərazisi o qədər böyük olmasa da, respublikamız yeddi beynəlxalq hava limanına malikdir və bunların hər biri işlək vəziyyətdədir. Hava limanlarının altısında beynəlxalq uçuşlar da həyata keçirilir. Respublikamız Xəzərdə ən güclü dəniz donanması qurub - 260 gəmidən ibarət donanma dənizdə yükdaşımaların təşkili üçün xüsusi rol oynayır.
Ölkəmizin tranzit imkanlarını genişləndirən yeni infrastruktur layihələri sırasında inşası 2017-ci ildə tamamlanan Bakı-Tbilisi-Qars dəmir yolunun önəmini xüsusi vurğulamaq lazımdır. Əvvəla, bu yol Azərbaycanla qardaş Türkiyə arasında dəmir yolu bağlantısı yaradıb. Digər tərəfdən, BTQ Avropa ilə Asiya arasında ən qısa və səmərəli yoldur. Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsi ilə respublikamız nəinki Şərq istiqamətindən, eyni zamanda, Cənub və Şimal istiqamətlərindən də bu yola yükləri cəlb edə bilib. Mütəxəssislər çox doğru olaraq BTC-ni Çin-Qazaxıstan-Xəzər-Azərbaycan-Gürcüstan-Türkiyə yolu kimi səciyyələndirirlər. Eyni zamanda, Türkmənistandan da BTC vasitəsilə yüklərin daşınmasına başlanıb. Qeyd edək ki, Azərbaycan Prezidentinin Türkmənistana səfəri çərçivəsində ancaq nəqliyyat sektoruna aid səkkiz sənəd imzalanıb. Əlamətdar haldır ki, artıq Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa dəmir yolu xətləri birləşib. Eyni zamanda, Rusiyadan da Azərbaycan üzərindən Türkiyəyə yüklərin daşınmasına start verilib. Şübhə yoxdur ki, bu yolla daşınan yüklərin həcmi getdikcə daha da artacaq.
Azərbaycanın dövlət başçısının Davos Forumunun rəsmi saytında yerləşdirilən məqaləsində diqqət çəkilən nəqliyyat layihələrindən biri də respublikamızın növbəti dəfə liderlik nümayiş etdirərək Xəzər sahilində - Ələtdə yaratdığı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksidir. Liman Xəzərdə beynəlxalq daşımalar üçün yeni imkanlar açıb. Yeni nəqliyyat infrastrukturu 400 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma qabiliyyəti 15 milyon tondur. Tranzit yüklərin həcmi artarsa, qısa müddət ərzində limanın yükaşırma imkanları 25 milyon tona çatdırıla bilər. Prezident İlham Əliyev bəhs olunan məqaləsində ölkəmizin təşəbbüsü və moderatorluğu ilə reallaşdırılan layihələrin önəminə diqqət çəkərək “Ölkəmizin təşəbbüsü ilə Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yollarını birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi reallaşaraq 2017-ci ilin oktyabr ayından istifadəyə verilib. Bu, Asiya ilə Avropanı ən qısa yolla birləşdirən davamlı nəqliyyat dəhlizidir. Bundan başqa, Xəzərdə ən böyük liman olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tikilərək 2018-ci ilin may ayında istifadəyə verilib”, - deyə vurğulayıb.
Vacib məqamlardan biri də ondan ibarətdir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin inşasında “Yaşıl iqtisadiyyat” prinsipinə yüksək səviyyədə əməl olunub. Prezident İlham Əliyev ekoloji tarazlığın qorunmasının vacibliyini bildirərək vurğulayıb ki, Azərbaycan daim ekoloji tarazlığı qoruyub saxlamaqla, yəni ətraf mühiti qorumaqla öz vətəndaşlarının sosial-iqtisadi inkişafına çalışır. Yerli və beynəlxalq daşımaların idarə olunmasının təkmilləşdirilməsi, o cümlədən təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi məqsədilə “Ağıllı şəhər” konsepsiyasına start verilib. Bu konsepsiyanın məqsədi resursların istehlakı, israfı və ümumi xərcləri azaltmaqla enerji, nəqliyyat və kommunal xidmətlər kimi şəhər xidmətlərinin keyfiyyətini artırmaqdır.
Hazırda respublikamız Gürcüstan, İran və Rusiya sərhədinədək olan magistral yolların yenidən qurulmasını uğurla davam etdirir. Gəncə-Gürcüstan yolunun Qırmızı Körpüyə qədər olan 131 kilometrlik hissəsinin tikintisinin başa çatdırılması 2022-ci ilə nəzərdə tutulsa da, inşaatçılar bütün işləri 2021-ci ilin sonunadək yüksək keyfiyyətlə təhvil verməyi qərarlaşdırıblar.
İran istiqamətində yeni yolun tikintisi də diqqət mərkəzində saxlanılır. Məlumdur ki, hazırda İran sərhədinə yol Astara şəhərinin içərisindən keçir ki, bu da narahatlıq yaradır. Buna görə də Prezident İlham Əliyev Astara rayonunun ərazisindən İran sərhədinə qədər yeni marşrut üzrə yol çəkilməsi ilə bağlı tapşırıq verib.
Hazırda Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi uğurla davam etdirilir. Prezident İlham Əliyev ötən il dekabrın 26-da bəhs olunan yolun tikintisi ilə tanış olub və Özünün dəyərli tövsiyələrini verib. 192 kilometrlik bu yolun inşası 4 lot üzrə aparılır. İndiyədək layihə çərçivəsində böyük iş həcmi yerinə yetirilib. Yeni yolun sayəsində Rusiya sərhədindən İrana qədər məsafə 45 kilometr qısalacaq.
Ölkə ərazisində müasir nəqliyyat infrastrukturu yaradılarkən keyfiyyət amilinə xüsusi diqqət göstərilir
Davos İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanda yol tikintisinin keyfiyyəti və xidmətlərin səmərəliliyi yüksək dəyərləndirilib. Buna diqqət çəkən Prezident İlham Əliyev “2019-cu ildə həmin hesabatda Azərbaycan 141 ölkə arasında “Dəmir yolu xidmətlərinin səmərəliliyi” üzrə 11-ci, “Hava yolları xidmətlərinin səmərəliliyi” üzrə 12-ci, “Dəniz limanları xidmətlərinin səmərəliliyi” üzrə 25-ci, “Yolların keyfiyyəti” üzrə 27-ci yerdə qərarlaşıb”, - deyə bildirib.
Dünyada böyük nüfuza malik olan Davos İqtisadi Forumunun hesabatında ölkəmizin yol-nəqliyyat infrastrukturuna belə yüksək qiymət verilməsi obyektiv reallığa əsaslanır. Qısa müddətdə infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksələn Azərbaycan bütün sahələrdə olduğu kimi, reallaşdırdığı yol-nəqliyyat layihələrində də, bir qayda olaraq, yüksək standartlar tətbiq edir. Belə ki, ölkə boyunca istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərı üzrə reallaşdırılan yol-nəqliyyat layihələri yalnız kəmiyyət baxımından deyil, həmçinin keyfiyyət nöqteyi-nəzərindən də diqqəti cəlb edir. Prezident İlham Əliyev respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsinə cəlb olunan podrat müəssisələrinin peşəkarlığının artırılması, onların maddi-texniki bazalarının möhkəmləndirilməsi kimi məsələləri çox ciddi vəzifə kimi qarşıya qoyub. Bu da öz bəhrəsini verir. Respublikamızda yeni yol-nəqliyyat layihələri ən yüksək dünya standartları səviyyəsində icra edilir. Əlamətdar haldır ki, artıq Azərbaycanın yol-nəqliyyat infrastrukturu quruculuğu ilə məşğul olan şirkətlərinin fəaliyyəti beynəlxalq səviyyədə də böyük maraqla izlənilir. Son vaxtlarda Azərbaycan şirkətlərinin ayrı-ayrı ölkələrdə yol tikintisinə cəlb olunmaları və respublikamızın hüdudlarından kənarda yeni layihələrin icrası üçün sifarişlər almaları deyilənləri bir daha təsdiqləyir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17

