Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / MSK sədri: Çalışırıq ki, namizədliyini geri götürən şəxslərin adları seçki bülleteninə düşməsin

MSK sədri: Çalışırıq ki, namizədliyini geri götürən şəxslərin adları seçki bülleteninə düşməsin

28.01.2020 [10:25]

Hansısa namizəd seçki bülletenləri çap olunana qədər mübarizəni dayandırsa, həmin namizədin adının bülletendən çıxarılması üçün addımlar atılacaq.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib.
MSK sədri deyib ki, namizədin adının seçki bülletenindən çıxarılması mümkün olmasa, Seçki Məcəlləsinin tələbinə görə, onun adının üstündən xətt çəkiləcək. “Biz hər zaman çalışırıq ki, deputatlığa namizədliyini geri götürən şəxslərin adları seçki bülleteninə düşməsin”, - deyə M.Pənahov bildirib.
Qeyd edək ki, Milli Məclisə parlament seçkiləri fevralın 9-da keçiriləcək.

Paylaş:
Baxılıb: 499 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31