Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xələf Xələfov: Azərbaycan bütün sahələrdə Ukrayna ilə əməkdaşlığı dərinləşdirir

Xələf Xələfov: Azərbaycan bütün sahələrdə Ukrayna ilə əməkdaşlığı dərinləşdirir

01.02.2020 [11:19]

Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavini İqor Jovkva Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfovla görüşüb.
AZƏRTAC xəbər verir ki, tərəflər Ukrayna Prezidenti Vladimir Zelenskinin ötən ilin dekabrında Azərbaycana rəsmi səfərinin yekunlarını yüksək qiymətləndiriblər. Görüşdə yaxın gələcəkdə ikitərəfli dialoqun prioritet istiqamətləri müzakirə edilib.
İqor Jovkva Ukrayna və Azərbaycanın birgə layihələr həyata keçirməsinin əhəmiyyətini qeyd edib. Əlavə edib ki, infrastruktur və energetika sahələrində həyata keçirilən layihələr daha mühümdür.
Xələf Xələfov Azərbaycanın qarşılıqlı maraq kəsb edən bütün sahələrdə Ukrayna ilə əməkdaşlığın dərinləşdirilməsi niyyətini təsdiq edib. O, həmçinin iki dövlətin beynəlxalq platformada fəal əməkdaşlığını yüksək qiymətləndirib.
Görüşdə 2020-ci il yanvarın 30-31-də Kiyevdə keçirilən Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq Məsələləri üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclasının gələcək nəticələrinə xüsusi diqqət yetirilib.

Paylaş:
Baxılıb: 451 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31