Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Konstitusiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Strasburqda səfərdə olub

Konstitusiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Strasburqda səfərdə olub

04.02.2020 [10:10]

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti beynəlxalq məhkəmə-hüquq seminarında, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2020-ci il üzrə məhkəmə ilinin açılışına həsr olunan rəsmi tədbirlərdə iştirak etmək üçün Strasburqda səfərdə olub.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Avropa ölkələrinin Konstitusiya və Ali məhkəmələrinin sədr və hakimlərinin iştirakı ilə keçirilmiş beynəlxalq məhkəmə-hüquq seminarında gender bərabərliyi, sosial imtiyazlardan istifadə etmək hüququ, elm və texnologiya, şəxsi məlumatın saxlanılması, biotexnologiya və digər hüquqi məsələlərlə bağlı çıxışlar edilib, müzakirələr aparılıb. 2020-ci il üzrə məhkəmə ilinin açılışına həsr olunan tədbirdə isə Avropa Məhkəməsinin sədri Linos-Aleksandr Sisilianos Avropa Məhkəməsinin ötən il qəbul etdiyi qərarların icmalını təqdim edib.
Səfər çərçivəsində bir sıra ölkələrin Konstitusiya məhkəmələrinin sədrləri ilə görüşlər keçirilib, hüquqi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 410 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31