Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Şanxay Əməkdaşlıq Təşkilatının müşahidə missiyası Azərbaycanda fəaliyyətə başlayıb

Şanxay Əməkdaşlıq Təşkilatının müşahidə missiyası Azərbaycanda fəaliyyətə başlayıb

05.02.2020 [09:38]

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəvəti ilə fevralın 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidə missiyası Azərbaycan parlamentinə 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərə hazırlıq və onların keçirilməsinin gedişinin müşahidəsi üzrə fəaliyyətə başlayıb.
AZƏRTAC ŞƏT-in katibliyinə istinadla xəbər verir ki, missiyanın rəhbəri təşkilatın baş katibinin müavini Şerali Consondur. Onun tərkibinə ŞƏT-ə üzv dövlətlərin qanunverici, icra və seçki orqanlarının nümayəndələri, həmçinin təşkilatın katibliyinin vəzifəli şəxsləri daxildir.
Missiyanın üzvləri Bakı, Abşeron yarımadasının yaşayış məntəqələri, Sumqayıt, Şirvan şəhərləri və onlara bitişik ərazilərdə seçki prosesini müşahidə edəcəklər.
Missiyasının fəaliyyəti seçki məntəqələrinin hazırlığının öyrənilməsi, səsvermənin gedişinin müşahidə edilməsi, seçkiqabağı kampaniyanın təşkili, səslərin sayılması, habelə səs vermiş seçicilərin, namizədlərin nümayəndələrinin və digər müşahidəçilərin sorğusu məsələlərinə yönələcək.
Azərbaycan ərazisində ŞƏT-in missiyası fevralın 3-dən 10-dək “Prezident və ya parlament seçkilərində, həmçinin referendumlarda ŞƏT-in müşahidə missiyası haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir.

Paylaş:
Baxılıb: 451 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31