AŞPA-nın Azərbaycanda keçiriləcək parlament seçkilərinə qərəzli münasibəti qəbuledilməzdir
07.02.2020 [09:45]
Seçki prosesi çərçivəsində atılan addımları, tərəqqini və müsbət reallıqları bir kənara qoyaraq ölkəmizə qarşı iftiralar atmaq bu təşkilatın açıq-aşkar qərəzli olmasından xəbər verir
Məlum olduğu kimi, Azərbaycan çox mühüm siyasi kampaniya ərəfəsindədir - fevralın 9-da ölkəmizdə parlament seçkiləri keçiriləcək. Təbii ki, ölkəmiz bu seçkilərə müsbət reallıqların fonunda gedir. O mənada ki, seçkiöncəsi mühiti dəyərləndirən ekspertlər öncəliklə sabitlik amilini irəli çəkirlər. Qeyd olunur ki, mövcud ictimai-siyasi sabitlik demokratik seçkilərin keçirilməsini, seçicilərin öz iradə və rəylərini ifadə etmələrini şərtləndirən mühüm strateji amildir. Digər tərəfdən, ölkəmizdə mükəmməl - müasir tələblərə və beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyinin mövcud olması, seçki kampaniyasında hər kəs üçün bərabər şərait yaradılması xüsusi olaraq vurğulanır. Müvafiq seçki qurumlarının yüksək səviyyədə hazırlıq işlərini həyata keçirməsi, seçki komissiyalarının fəaliyyətinin müasir normalara uyğun qurulması da prosesin təşkili ilə bağlı olduqca müsbət qiymətə layiqdir. Bunlarla yanaşı, mövcud demokratik və plüralist şərait fonunda seçki marafonunda rekord sayda namizədin iştirak etməsi də parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu və prosesə böyük ictimai marağı bariz şəkildə əks etdirir. Bütün bunlar isə nəticə etibarilə söyləməyə əsas verir ki, Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun qaydada keçirilməsi üçün bütün tədbirlər həyata keçirilib və bu seçkilər azad, demokratik və şəffaf şəkildə baş tutacaq.
Bu addım AŞPA-nın siyasi cəhətdən yetişməməsindən və ictimai rəyə neqativ təsir göstərmək cəhdindən xəbər verir
Təəssüflər olsun ki, müəyyən dairələr seçkilərə münasibətdə qeyri-obyektiv və qərəzli mövqe ortaya qoymaqla yuxarıda sadalanan reallıqları təhrif etməyə, ictimai rəyə neqativ təsir göstərməyə çalışırlar. Bu kontekstdə AŞPA-nın Azərbaycanda keçiriləcək parlament seçkilərinə qərəzli münasibət sərgiləməsi xüsusilə vurğulanmalıdır. Şübhəsiz ki, bu, anlaşılmaz və qəbuledilməzdir. Ona görə ki, bütün seçki prosesini, atılan addımları, tərəqqini və müsbət reallıqları gözardı etmək - kənara qoymaq, diqqəti İlqar Məmmədov kimi bir neçə nəfərin üzərinə cəmləmək yolverilməzdir. Bu, Azərbaycana qarşı iftiralar atmağın ifadəsi olmaqla yanaşı, qərəzdən xəbər verir.
Eyni zamanda, bu ilin yanvar ayının 30-da AŞPA-da Azərbaycanda mifik “siyasi məhbus”larla bağlı qəbul edilmiş qətnamənin məzmunundan əlavə, belə bir addımın vaxtı da aşkar suallar doğurur. Bu kontekstdə bir neçə nüansa xüsusi nəzər salmaq gərəkdir. Birincisi, ölkəmizdə keçiriləcək parlament seçkilərinə az zaman qaldığı bir vaxtda AŞPA-nın belə bir destruktiv addım atması onun siyasi cəhətdən yetişməməsindən xəbər verir. İkincisi, niyyət məsələsinə xüsusi diqqət yetirilməlidir. Bəllidir ki, qurumun belə bir addımı onun “Azərbaycan sevgisi”ndən qaynaqlanmır, yaxud xalqımızın və dövlətimizin “mənafeyini müdafiə etmək” məramından irəli gəlmir. Çünki burada məqsəd, qeyd etdiyimiz kimi, seçki prosesi fonunda müsbət reallıqların üzərinə kölgə salmaqla ictimai rəyə neqativ təsir göstərməkdir.
AŞPA nə üçün Azərbaycan ərazilərinin işğal olunması nəticəsində məcburi köçkünə çevrilmiş yüzminlərlə azərbaycanlının taleyinə biganə qalır?!
Digər tərəfdən, əgər AŞPA üçün Azərbaycanın mənafeyi üstün olsa və insan hüquqları məsələsi əsas götürülsəydi, o zaman bu qurum ölkəmizin ərazilərinin işğal olunması nəticəsində məcburi köçkünə çevrilmiş yüzminlərlə azərbaycanlının taleyinə biganə qalmazdı.
Məlumdur ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bir milyondan çox insan - soydaşımız doğma torpaqlarından didərgin düşüb. Onlar öz torpaqlarında yaşamaq kimi fundamental hüquqlarından məhrum olublar. AŞPA insan hüquqlarını əsas tutduğunu iddia edirsə, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsini, 250 mindən çox soydaşımızın öz tarixi torpaqlarından qovulmasını, minlərlə insanın xüsusi qəddarlıq və vəhşiliklərə məruz qalmasını niyə diqqətə çatdırmır? Yaxud Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin yeni bir mərhələsi olan, Azərbaycan xalqının başına gətirilmiş qanlı faciələrdən biri - Xocalı soyqırımı haqqında gerçəkliklər nəyə görə tənqid obyektinə çevrilmir?
Sirr deyil ki, AŞPA-da 2005-ci ildə “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı 1416 (2005) saylı qətnamə qəbul edilib. Bu, çox yüksək əhəmiyyətə malik sənəddir. Bu sənəddən irəli gələrək yaradılmış Dağlıq Qarabağ münaqişəsi üzrə alt-komitə Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv yanaşması ilə fəaliyyətini dayandırıb. Bu xüsusda, AŞPA tərəfindən qeyd edilən qətnamənin icrası istiqamətində qətiyyətin və Ermənistanın sərgilədiyi bu mövqeyə görə sərt qınanmasının şahidi olmamışıq. Beləliklə, daha bir sual: AŞPA nəyə görə öz qərarına Ermənistan tərəfindən məhəl qoyulmamasına reaksiya vermir?!
Görünən odur ki, AŞPA deputatları, həqiqətən də, insan hüquqları təəssübkeşi olsaydılar, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, həmçinin adi insani hüquqlarının pozulması, işğal altında olan ərazilərdə etnik təmizləmə siyasətinin aparılması və s. bu kimi faktları əsas götürərək Ermənistana təzyiq göstərməyə çalışardılar.
Əlbəttə, bütün azadlıqların təmin olunduğu, müasir demokratik Azərbaycana qarşı zaman-zaman bu cür qərəzli - əsassız ittihamların səsləndirilməsinin şahidi olmuşuq. Və belə addımlar, “qara piar” kampaniyası hər zaman iflasa məhkum olub. Çünki müstəqil siyasətini davam etdirən Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir və bu cür cəhdlərlə ölkəmizi öz yolundan döndərmək mümkün deyil. Sabitlik adası, inkişaf məkanı olan Azərbaycan müsbət beynəlxalq imicə - pozitiv reputasiyaya malikdir, hansısa qərəzli iddialar və “qara piar” kampaniyası vasitəsilə ölkəmizin nüfuzuna kölgə salmaq, konkret reallıqları gözardı etmək mümkün deyil.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxAnalitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53

