Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Viktor Quminski: Azərbaycan MSK seçkilərin şəffaf, azad və demokratik formada keçməsi sahəsində böyük işlər görüb

Viktor Quminski: Azərbaycan MSK seçkilərin şəffaf, azad və demokratik formada keçməsi sahəsində böyük işlər görüb

10.02.2020 [11:19]

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin şəffaf, azad və demokratik formada keçməsi sahəsində böyük işlər görüb.
AZƏRTAC xəbər verir ki, bu sözləri MDB müşahidəçilər missiyasının başçısı Viktor Quminski söyləyib.
O deyib: “Bizim uzunmüddətli missiyamız fevralın 19-da fəaliyyətə başlayıb. Missiyanın tərkibində 8 ölkədən bütövlükdə 252 müşahidəçi, habelə MDB Parlamentlərarası Assambleyasının, Belarus-Rusiya İttifaqı Parlament Məclisinin, MDB İcraiyyə Komitəsinin nümayəndələri təmsil olunub. Seçkilərdə xeyli sayda deputatlığa namizəd iştirak edib ki, bu da əvvəlki seçkilərlə müqayisədə qat-qat çoxdur. Parlament seçkiləri ilə bağlı namizədlərə hər cür şərait yaradılıb. Yerli və beynəlxalq müşahidəçilərlə yanaşı, yerli və xarici kütləvi informasiya vasitələrinin və digər aşkarlıq təsisatlarının azad fəaliyyəti üçün bütün imkanlar yaradılıb. Biz regionlara səfər edərkən, məntəqənin açılışında və səsvermədə iştirak edərkən buna əmin olduq”.
MDB müşahidəçilər missiyasının başçısı onu da əlavə edib ki, aşağı komissiyaların, sahə komissiyalarının üzvlərinin hazırlığı istiqamətində böyük işlər görülüb.

Paylaş:
Baxılıb: 375 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31