Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rafael Nektal: Sevindirici haldır ki, soyuq hava şəraitinə baxmayaraq seçicilər məntəqələrə gəlib səs veriblər

Rafael Nektal: Sevindirici haldır ki, soyuq hava şəraitinə baxmayaraq seçicilər məntəqələrə gəlib səs veriblər

10.02.2020 [11:24]

İlk dəfədir Azərbaycanda beynəlxalq müşahidəçi kimi seçkiləri izləyirəm. Mən Buxara Yəhudiləri Konqresini təmsil edirəm. Biz Bakıda məntəqələrdə olub, seçkiyə hazırlıq prosesi ilə maraqlanmışıq. Qeyd edim ki, olduğumuz məntəqələr seçkilərin qanunvericiliyə uyğun keçirilməsi üçün tam hazır vəziyyətdə idi. Bu gün (dünən - red.) isə Qubaya gəldik ki, tək paytaxtda yox, həm də bölgələrdə seçkinin təşkili ilə yerində tanış olaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Qubada seçki prosesini izləyən beynəlxalq müşahidəçi, Buxara Yəhudiləri Konqresinin ABŞ-Kanada üzrə koordinatoru Rafael Nektal söyləyib.
O, Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşdığını qeyd edib: “Mənim çox xoşuma gəldi ki, belə soyuq hava şəraitinə baxmayaraq seçicilər məntəqələrə gəlib səs verdilər. Seçkiyə gələn sadə vətəndaşlarla söhbət etdim. Burada insanlar öz vətəndaşlıq məsuliyyətlərini anlayırlar. Bilirlər ki, ölkənin gələcəyi onların səsverməsindən asılıdır. Söhbət etdiyim vətəndaşlar Prezident İlham Əliyevə və onun yürütdüyü siyasətə çox inamla yanaşırlar. Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşıb”.

Paylaş:
Baxılıb: 354 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31