Sinxua: Azərbaycanda hakim partiya parlamentdə üstünlüyünü qoruyub saxlayır
11.02.2020 [09:36]
Çin Xalq Respublikasının kütləvi informasiya vasitələri Azərbaycanda keçirilmiş parlament seçkilərinə geniş yer ayırıb.
AZƏRTAC xəbər verir ki, dünyanın ən nüfuzlu xəbər agentliklərindən biri olan Sinxuanın “Azərbaycanda hakim partiya parlamentdə üstünlüyünü qoruyub saxlayıb” sərlövhəli xəbərində Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə azı 65 yer qazandığı qeyd olunub. Bildirilib ki, budəfəki parlament seçkisində rekord sayda namizəd deputat mandatı uğrunda mübarizə aparıb. Seçkiləri 77 mindən çox yerli, 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edən 883 beynəlxalq müşahidəçi izləyib.
Rəsmi “Jenmin Jibao” qəzetində “Azərbaycanda növbədənkənar parlament seçkilərində səsvermə başlayıb” başlıqlı materialda ölkəmizdə 125 dairə üzrə 5573 məntəqədə səsvermə keçirildiyi, səsvermə hüququ olan vətəndaşların sayının 5 milyon 329 mindən çox olduğu bildirilib.
Çin Mərkəzi Televiziyasının (CCTV) internet səhifəsində yerləşdirilən “Azərbaycanın hakim partiyası növbədənkənar parlament seçkilərində liderlik edir” adlı geniş materialda Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisdə yerlərin əksəriyyətini qazandığı qeyd edilir. MSK-nın sədri Məzahir Pənahova istinadla bildirilir ki, ilkin nəticələrə əsasən 125 yerlik parlamentdə YAP ən azı 65 mandat qazanıb.
Azərbaycanda həyata keçirilən kadr islahatlarından da bəhs olunan məqalədə vurğulanır ki, parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi də dövlət başçısının islahatlar siyasətinə dəstəyi əks etdirir.
Dünya üzrə 100 milyon oxucusu olan nüfuzlu “China Daily” qəzetinin internet səhifəsində mövzu ilə bağlı materialda Azərbaycan tarixində ilk dəfə növbədənkənar parlament seçkilərinin keçirildiyi qeyd olunur. Bildirilir ki, Azərbaycan parlamenti ötən ilin dekabrında qanunverici orqanda çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvlərinin təşəbbüsü ilə Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı ölkə Prezidentinə müraciət olunması barədə qərar verib.
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45

