Azərbaycan Prezidenti həkimlərin əməyini yüksək qiymətləndirib
19.03.2020 [09:24]
Dövlət başçısının yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalaması respublikamızda yeni sosial qayğı nümunəsidir
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 mart 2020-ci il tarixində “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” müvafiq Sərəncam imzalayıb. Sənədə əsasən, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilir. Nazirlər Kabinetinə bu Sərəncamla müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etmək, COVİD-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etmək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Məlumat üçün bildirək ki, ilk dəfə ötən ilin dekabrında Çində baş qaldırmış yeni koronavirus artıq 160-dan çox ölkəyə yayılıb. Hazırda ÜST, eləcə də ayrı-ayrı ölkələr qlobal səciyyə daşıyan pandemiyaya qarşı zəruri fövqəladə tədbirlər görürlər. Bir sıra Avropa dövlətləri qonşu ölkələrlə quru sərhədlərini bağlayıblar, hava nəqliyyatı ilə uçuşlar məhdudlaşdırılıb və yaxud tamam ləğv olunub. Eyni zamanda, ayrı-ayrı ölkələr COVİD-19-un yayılma arealının genişlənməsinin qarşısını almaq məqsədilə öz sərhədləri daxilində də sərt məhdudlaşdırıcı tədbirlər görürlər .
ÜST-ün və dünya ölkələrinin koronavirusun yeni növü ilə bağlı narahatlığı heç də təsadüfi deyil. Qeyd edək ki, xəstəliyin müalicəsi yoxdur, hətta dünyanın inkişaf etmiş ölkələri belə virusun qarşısını ala bilmirlər. Təhlükənin miqyası genişlənib, risklər artıb. Bununla belə, hansı ölkələr ki epidemiyaya qarşı səmərəli qabaqlayıcı tədbirlər görürlər, həmin ölkələrdə vəziyət nisbətən daha qənaətbəxşdir.
Təəssüf doğuran haldır ki, Azərbaycan da təhlükəli infeksiyanın yayıldığı ölkələr sırasında yer alır. Nazirlər Kabineti yanında Operativ Qərərgahdan verilən məlumata əsasən hazırda respublikamızda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
Ümumiyyətlə, Azərbaycan hökuməti COVİD - 19-un yayılmasının qarşısının alınmasında həssas yanaşma ortaya qoyaraq şəffaf və açıq fəaliyyət göstərir. Respublikamızda bütün mümkün qabaqlayıcı və operativ tədbirlır həyata keçirilir. Bu baxımdan Azərbaycan hətta bir çox ölkələri qabaqlayır. Azərbaycan qonşu Gürcüstan, İran, Türkiyə və Rusiya ilə sərhədlərini müvəqqəti olaraq bağlayaraq gediş-gəlişi məhdudlaşdırıb. Xüsusilə İranla olan sərhəd bölgəsində ciddi nəzarət tədbirləri həyata keçirilir.
Respublikamızda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasında ölkənin müvafiq qurumları koordinasiya olunmuş şəkildə fəaliyyət göstərirlər. Ölkəmizdə təhlükəli pandemiyanın qarşısının alınması istiqamətində görülən tədbirlərin miqyası kifayət qədər genişdir. Nazirlər Kabineti yanında Operativ Qərərgahın Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınmaqla müəyyənlədirdiyi tədbirlərin reallaşdırılmasında tibb işçiləri xüsusi fəallıq və peşəkarlıq nümayiş etdirirlər. Qeyd edək ki, respublikamızda COVİD-19-un yayılmasının qarşısını almaq məqsədilə bölgələrdə və paytaxt Bakıda bir neçə xüsusi tibb müəssisəsi müəyyənləşdirilib. İndiyədək sərhəd bölgələrinə müvafiq heyətlər göndərilib, orada mobil laboratoriyalar qurulub, tibb işçiləri ciddi şəkildə prosesə cəlb olunublar. Respublikamızda karantin və xəstəlik aşkar olunan insanların müalicəsi üçün nəzərdə tutulan xəstəxanalar lazımi avadanlıqlarla, tibbi ləvazimatlarla təmin edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilir ki, xüsusi ayrılmış tibb müəssisələrindəki laboratoriyalar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi bütün biotəhlükəsizlik və digər keyfiyyət standartlarına tam uyğun qurulub, analizlər yüksək ixtisaslı kadrlar tərəfindən icra olunur, test nəticələrinin düzgünlüyünə xüsusi proqramlarla nəzarət edilir.
Yaranmış vəziyyətdə tibb işçiləri həmçinin əhali arasında geniş maarifləndirmə işi aparırlar. Respublikamızın tanınmış həkimləri KİV-ə verdikləri açıqlamalarda təhlükəli pandemiyaya qarşı mübarizədə ümumi və şəxsi gigiyena qaydalarına əməl edilməsinin vacibliyini xüsusi vurğulayırlar. Qeyd etmək yerinə düşər ki, elə bu günlərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “1542” nömrəli “Çağrı” mərkəzi istifadəyə verilib. “Çağrı” mərkəzinin koronavirusla bağlı xətti (1542-0) 7 gün 24 saat, digər xətləri isə iş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. “Çağrı” mərkəzi Novruz Bayramı ilə bağlı qeyri-iş günlərində də işləyəcək.
Azərbaycanın çoxsaylı həkimlər ordusunun yaranmış vəziyyətlə əlaqədar öz səylərini artırmaları və yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirmələri təqdirəlayiqdir. Qeyd edək ki, Azərbaycan Prezidenti həkimlərin əməyini yüksək qiymətləndirib. Dövlət başçısının imzaladığı müvafiq Sərəncam çətin və təhlükəli şəraitdə öz peşə borclarını vicdanla yerinə yetirən tibb işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi daşıyır. Ölkə Prezidentinin imzaladığı sözügedən Sərəncama əsasən dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilməsi, həmçinin Nazirlər Kabinetinə verilən digər tapşırıqlar respublikamızda yeni sosial qayğı nümunəsidir.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

