/ / Azərbaycanda yeni növ koronavirusun yayılmasına qarşı görülən tədbirlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
Azərbaycanda yeni növ koronavirusun yayılmasına qarşı görülən tədbirlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
05.04.2020 [20:47]
Prezident İlham Əliyev: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
Dünya ölkələrində yeni növ koronavirus infeksiyası - COVİD 19-un sürətlə yayılaraq pik həddə çatması günümüzün acı reallığına çevrilib. Təəssüflər olsun ki, ayrı-ayrı regionlarda və bütövlükdə dünya miqyasında dinamika artan xətt üzrə özünü göstərir, ümumi mənzərə qənaətbəxş deyil. Ölkələr bütün zəruri resurslarını səfərbər etməklə bu təhdidlə mübarizə aparır, vəziyyətin daha acınacaqlı olmaması üçün mövcud imkanlardan maksimum istifadə edirlər.
Ölkəmizdə koronavirusun yayılmasınının qarşısının alınması istiqamətində zəruri tədbirlər davam etdirilir
Eyni zamanda, ölkəmizdə də yeni növ koronavirus infeksiyasının yayılmasınının qarşısının alınması istiqamətində mühüm addımlar atılır. Belə ki, Prezident İlham Əliyevin müvafiq göstərişləri və tapşırığı əsasında bütün mümkün önləyici və operativ tədbirlər həyata keçirilir. Şübhəsiz ki, başlıca məqsədlərdən biri hökumətin infeksiyanın miqyasının genişlənəcəyi ehtimalına daha hazırlıqlı olmasını təmin etməkdir. Bunlarla yanaşı, əhalinin məlumatlandırılması ilə bağlı müvafiq işlər davam etdirilir, Nazirlər Kabineti yanında Operativ Qərargah hər gün mövcud vəziyyət və görülən işlərlə bağlı ictimaiyyətə məlumat verir. Yeri gəlmişkən, Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışı zamanı xəstəxananın kollektivi ilə görüşdə bu məqamlara toxunaraq deyib: "...Koronavirusla mübarizədə də biz qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində vəziyyəti nəzarət altında saxlayırıq. Halbuki bir daha demək istəyirəm, ən inkişaf etmiş ölkələrdə vəziyyət nəzarətdən çıxıbdır. Minlərlə insanın ölməsi və xəstəliyin demək olar ki, dünyada geniş yayılması bütün ölkələr üçün böyük sınaqdır, böyük çağırışdır. Biz elə işləməliyik, elə tədbirlər görməliyik ki, bu vəziyyətdən az itkilərlə çıxaq. Bu məqsədlə mənim göstərişimlə operativ qərargah yaradıldı. Qərargah 24 saat işləyir. Hesab edirəm ki, qərargahın fəaliyyəti nəticəsində biz çox önəmli addımlar ata bildik".
Göründüyü kimi, Azərbaycan dövləti tərəfindən sözügedən istiqamətdə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər əhalinin sağlamlığının qorunmasına, xalqımızım təhlükəsizliyinə xidmət edir. Məqsəd bu qlobal sınaqdan minimum itkilərlə çıxmaq və vətəndaşların təhlükəsizliyinin etibarlı təmin olunmasıdır. Dövlət başçısının qeyd etdiyi kimi: "Əlbəttə, ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq".
Beləliklə, dünyanı cənginə almış yeni növ koronavirusun infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin sağlamlığını daim diqqət mərkəzində saxladığını, həyata keçirilən siyasətin mərkəzində məhz vətəndaşların rifahı və mənafeyini dayandığını bir daha təsdiq edir. Dövlət başçısının qeyd etdiyi kimi: "...Karantində qalan insanların rahatlığı təmin edilib, dövlət bütün xərcləri öz üzərinə götürüb. Belə də olmalıdır. Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır və bu ağır günlərdə bir daha biz bunu nümayiş etdirdik".
ÜST-nin Baş direktoru COVID-19-un təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin siyasətini təqdir edir
Koronavirusun ölkə ərazisində geniş yayılmasına qarşı Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər beynəlxalq müstəvidə də olduqca yüksək qiymətləndirilir. Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və digər ölkələrin liderlərinə səmimi məktub ünvanlayıb. Sözügedən məktubda da vurğulandığı kimi, ÜST-nin Baş direktoru COVID-19 pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və atılan addımları təqdir edir.
Ümumiyyətlə, Tedros Qebreyesus beynəlxalq ictimaiyyətə müraciət edərək bir sıra fundamental addımların atılmasını xahiş edir. Bu addımlar sırasında dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, ictimai toplantıların dayandırılması, test, izolyasiya və karantinin həyata keçirilməsi üçün dövlət qurumlarının yeni şəraitə uyğunlaşdırılması, səhiyyə qurumlarının və ön sırada olan işçilərin müvafiq resurslarla təmin edilməsi, əhaliyə bu xəstəliyin ciddiliyinin izah olunması, əl gigiyenası, öskürək etiketi və sosial məsafənin vacibliyinin izah edilməsi, bütün şübhəlilərin təcrid olunması, pandemiyadan ən çox zərər çəkmiş insanlara iqtisadi yardımın göstərilməsi, dövlətlər arasında həmrəyliyin gücləndirilməsi, yoluxma halları və nəzarət tədbirləri barədə ÜST ilə operativ şəkildə informasiyanın paylaşılması və digərləri yer alır.
Yeri gəlmişkən, məktubda təklif edilən addımların artıq uzun müddətdir ki, Azərbaycanda tətbiq olunması bir daha koronavirusa qarşı ölkəmizdə aparılan mübarizənin düzgünlüyünü təsdiq edir. Bu mənada, Azərbaycanda həyata keçirilən siyasət bir sıra ölkələr üçün nümunə ola bilər.
Beləliklə, Azərbaycan infeksiyanın yayılmasına qarşı olduqca çevik reaksiya verib. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, dövlət qurumları arasında əlaqələndirmə təmin edilib, infeksiyadan qorunmaq üçün geniş maarifləndirmə işi aparılıb, quru sərhədləri bağlanıb, aviareyslərin sayı kəskin azaldılıb, məktəblər, uşaq bağçaları, ali məktəblər bağlanıb, məhdudlaşdırıcı qaydalar qüvvəyə minib, karantin rejimi tətbiq olunub. Xaricdən qayıdan çoxlu sayda insan karantinə alınıb. Ölkə üzrə 10-dan çox xəstəxana koronavirus xəstələrinin sərəncamına verilib. Eyni zamanda, COVID-19 xəstəliyinin iqtisadi-sosial fəsadlarının azaldılması məqsədilə dövlətimizin başçısının Sərəncamı ilə 1 milyard manat məbləğində maliyyə vəsaiti ayrılıb. Bundan başqa, Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilib. Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan COVID-19-a qarşı mübarizədə ilk günlərdən ÜST ilə əməkdaşlıq edib və onun ekspertlərini səfərə dəvət edib. Missiyanın hazırladığı hesabatda öz əksini tapmış tövsiyələr aidiyyəti dövlət qurumları tərəfindən nəzərə alınır. Digər tərəfdən, Azərbaycan koronavirusa qarşı qlobal mübarizədə ÜST-ə könüllü maliyyə yardımı ayırıb.
Yeri gəlmişkən, BMT-nin ölkəmizdəki İdarə Heyəti COVID-19-un yayılmasının qarşısının alınması istiqamətində Azərbaycan hökumətinin səylərini təqdir edir, həmçinin xüsusi karantin rejiminin tətbiqi barədə çağırışını və addımlarını dəstəkləyir. BMT-nin Azərbaycandakı nümayəndəliyinin yaydığı bəyanatda Azərbaycan hökumətinin qlobal səviyyədə keçirilən tədbirlərə töhfəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon ABŞ dolları həcmində dəstəyi də xüsusilə qeyd edilib: "Əlbəttə, gündəmdəki əsas məsələ ölkə daxilində pandemiya ilə mübarizədir. Evdə qalmaq, sosial məsafəni qorumaq, tez-tez əlləri yumaqla gigiyena qaydalarına riayət etmək, eləcə də hərarət və uzun müddət davam edən quru öskürək də daxil olmaqla qripə bənzər simptomların olduğu təqdirdə 103/113 “qaynar xətt”inə məlumat verməklə özümüzü, ailələrimizi və ölkəni qorumaq üçün atmalı olduğumuz zəruri addımlardır. Səhiyyə, ictimai məlumatlandırma, təhsilin davam etdirilməsi və ən həssas insanlar üçün sosial rifahın dəstəklənməsinə dair texniki məsləhəti, habelə həyati əhəmiyyətli tibbi və digər ləvazimatların alınmasında köməyi ilə BMT COVID-19 pandemiyasının səbəb olduğu təcili problemləri həll etmək üçün hökumət və digər tərəfdaşlarla sıx əməkdaşlıq edir. Bundan əlavə, BMT pandemiyanın daha uzunmüddətli sosial-iqtisadi təsirini qiymətləndirmək üçün hökumətlə müzakirələr aparır və COVID-19-un əhaliyə sosial-iqtisadi təsirini azaltmaq məqsədilə 2,5 milyard manat həcmində maliyyə vəsaitinin ayırmasını alqışlayır”.
Bəyanatda o da vurğulanıb ki, BMT-nin ölkəmizdəki nümayəndəliyi yoluxma hallarının erkən müəyyənləşdirilməsi və təcrid olunması, virusa yoluxmuş insanların başqaları ilə təmaslarının izlənməsi və səhiyyə sisteminin artan tələbata hazırlanması istiqamətində Azərbaycana dəstək verməyə hazırdır. “Əksəriyyəti Azərbaycan vətəndaşı olmaqla, BMT-nin Azərbaycan nümayəndəliyində çalışan hər kəs bu dönəmdə bizdən böyük fədakarlığın tələb olunduğunu qəbul edir. Azərbaycanın bu çətin sınaqdan alnıaçıq çıxmasına dəstək olmaq üçün əlimizdən gələni edəcəyik. Biz birlikdə daha güclüyük və birlikdə bu böhrana qalib gələcəyik”, - deyə bəyanatda qeyd olunub.
Hər bir şəxs vətəndaş məsuliyyəti nümayiş etdirməlidir
O da xüsusi olaraq qeyd edilməlidir ki, belə bir çətin mərhələ və mürəkkəb şəraitdə milli həmrəylik və ictimai məsuliyyət strateji əhəmiyyətə malik faktor kimi çıxış edir. Çünki yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə milli təhlükəsizlik məsələsidir, hər bir fərdin və bütövlükdə cəmiyyətin sağlamlığının qorunmasına xidmət edir. Ona görə də sosial izolyasiya qaydaları və digər tədbirlər xalqın təhlükəsizliyinin qorunması üçündür. Bu səbəbdən fərd və cəmiyyət olaraq məsələyə ciddi yanaşmalı, əhalinin sağlamlığını diqqət mərkəzində saxlayan hökumətin müəyyənləşdirdiyi qaydalara riayət etməklə mövcud tələb, tövsiyə və çağırışları mütləq surətdə nəzərə almalıyıq. Çünki bu prosesdə toplumun fərdlərinin müəyyən olunmuş qaydalara nə qədər və necə əməl etməsi çox önəmlidir. Bu, məhz sosial immunitetin gücləndirilməsi və bəhs olunan qlobal sınaqdan ciddi itkilərə məruz qalmadan çıxmaq baxımından olduqca əhəmiyyətlidir. Yeri gəlmişkən, Prezident İlham Əliyev bu məqamlara toxunaraq "Mən bir daha demək istəyirəm ki, dövlət nə lazımdırsa edir. Həkimlər əllərindən gələni edirlər. Xalqımız birlik, həmrəylik nümayiş etdirir. Ümid edirəm ki, məsuliyyət də lazımi səviyyədə olacaqdır. Belə olan halda, biz bu çətin sınaqdan az itkilərlə çıxa bilərik, öz vətəndaşlarımızın sağlamlığını qoruya bilərik. Bir daha həm özümüzə, həm bütün dünyaya nümayiş etdiririk ki, biz böyük xalqıq",-deyə vurğulayıb. Şübhəsiz ki, Azərbaycan xalqı yüksək həmrəylik şəraitində və dövlətin diqqəti, dəstəyi, həyata keçirilən zəruri, təxirəsalınmaz tədbirlər sayəsində bu qlobal çağırışın öhdəsindən gələcək.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

