/ / Koronavairusla bağlı karantin rejiminin tətbiq olunmağa başlamasından bu günə qədər siyasi qüvvələrin özünü necə aparması, xüsusilə müxalifətin davranışlarından hakimiyyətin razı qalıb-qalmadığı maraq doğurur.
Koronavairusla bağlı karantin rejiminin tətbiq olunmağa başlamasından bu günə qədər siyasi qüvvələrin özünü necə aparması, xüsusilə müxalifətin davranışlarından hakimiyyətin razı qalıb-qalmadığı maraq doğurur.
24.04.2020 [12:24]
Bu mövzuda Musavat.com-un sualına cavabında hakim Yeni Azərbaycan Partiyasının deputatı Hikmət Babaoğlu bildirdi ki, Azərbaycanda geniş platformada müxalifət palitrası, müxalifət düşərgəsi var. Əgər müxalifətin fəaliyyətini, onların siyasi dəyərləri mənimsəmək keyfiyyətlərini səciyyələndirsək, görəcəyik ki, ayrı-ayrı qruplarda, mövqedə formalaşan müxalifətçilik var. Ona görə də müxalifətçilik deyəndə bunu ilk növbədə kateqoriyalara bölə bilərik.
Parlamentdə təmsil olunan müxalifət var, konstruktiv müxalifət var, iqtidarla əməkdaşlıq edən normal müxalifət var və özünü müxalifət adlandıran radikal qruplaşmalar var: “İndiki mərhələdə ölkəmizdə islahatlar həyata keçirilir. Bu islahatlar həm də sosial və siyasi islahatlardır. Çünki Azərbaycan prezidenti bu ilin birinci kvartalının yekunlarına həsr olunan videokonfransda bir daha bu məsələyə toxundu və islahatların həm də siyasi islahatlar olduğunu dilə gətirdi. Hazırda cəmiyyətdə yaxşı dialoq ənənəsi formalaşmaqdadır. Prezident Administrasiyasında yeni yaradılan və Ədalət Vəliyevin rəhbərlik etdiyi Siyasi partiyalar və parlamentlə iş üzrə şöbə ölkəmizdəki siyasi partiyaların demək olar ki, hamısı ilə görüşüb. Bu görüşdən, dialoqdan özünü cəmi bir-iki radikal müxalif qruplaşma kənarda qoyub. Hazırda yeni düzəninin yarandığına doğru getdiyimiz bu mürəkkəb tarixi mərhələdə milli gücün konsolidasiyası növbəti dünya nizamında Azərbaycanın yerini və rolunu müəyyən edəcək faktorlardan biri kimi çıxış eləyəcək. Ona görə də təqdir olunası haldır ki, çoxsaylı müxalifət partiyaları bu gün iqtidar tərəfindən uzadılan dialoq əlini tutur, ümumi milli mənafelərimizə töhfə verməyi bacarırlar. Biz onların dialoqu yüksək qiymətləndirdiklərini müşahidə edirik. Bu, şübhəsiz ki, indiki mərhələdə geniş siyasi çətir altında milli gücümüzün təmərküzləşməsi prosesindən xəbər verir. Düşünürəm ki, bu, yüksək qiymətləndirilməlidir. Siyasi sistemimizin həm siyasi rəng palitrası zənginləşir, həm də milli gücün milli maraqlar ətrafında səfərbər edilməsi hadisəsi baş verir. Bu, hər bir Azərbaycan vətəndaşının lehinədir. Bütövlükdə isə milli maraqlarımızın lehinədir. Cəmiyyətin geniş auditoriyasına müraciət etməyi bacaran və milli maraqları öndə görən müxalifət bu gün yaradılmış dialoq mühitinin fəal siyasi faktorlarına çevrilib. Məhz bu müxalifətin fəaliyyəti təqdir olunmalıdır. İndiki vəziyyətdə dialoqda iştirak edən müxalifətin xalqımız və tarix qarşısında öz siyasi məsuliyyətini dərk etməsindən irəli gəlir”.
Deputat qeyd etdi ki, xüsusi siyasi çəkisi olmayan radikal qruplaşmalar isə karantin rejimi günlərində də milli maraqları arxa plana keçirən marginal qrup olduğunu ortaya qoydu: “Dünyada pandemiya təhlükəsi bütün xalqları və cəmiyyətləri ekstremal vəziyyətdə yaşamağa məhkum edib. Şübhəsiz ki, pandemiya Azərbaycanda da yayılıb, amma görülən tədbirlər nəticəsində onu nəzarət altında saxlamaq mümkündür. Əldə olunan nəticələri başqa dövlətlərin təcrübəsi ilə müqayisə etsək görəcəyik ki, Azərbaycanda əslində pandemiyanı nəzarət altında saxlamaq üçün görülən tədbirlər öz nəticəsini verib. Bunun üçün şübhəsiz ki, hər şeydən öncə Azərbaycan hakimiyyətinin aldığı qəti qərarlar və effektiv tədbirlər böyük rol oynayıb. Bundan sonra isə Azərbaycan vətəndaşlarının, cəmiyyətin karantin rejiminin tələblərinə əməl etməsi öz təsirini göstərib. Yəni hakimiyyətin qərarları ilə Azərbaycan cəmiyyətinin bu qərarları icra etməsi arasında bir düz mütənasiblik var. Bu da mübarizəmizi milli səviyyədə, milli maraqlarımız kontekstində effektiv edib. Çox təəssüf ki, bəzi hallarda Azərbaycanda mövcud olan marginal qruplar və Milli Şura adlandırılan qurum bu tədbirləri ilk başdan tənqid edir. Bəzən karantin rejiminin tələblərini sosial izolyasiyanı, bizim hərəkət məhdudiyyətlərimizi insan hüquqlarının pozulması kimi göstərməyə çalışırlar ki, bu qətiyyən belə deyil. Tam əksinə, sosial izolyasiya da, hərəkətin məhdudlaşdırılması da hamısı ümumi mənafeyimizə hesablanmış və ümumi təhlükəsizliyimizi qorumaq üçün atılan addımlardır. Təəssüf ki, radikal müxalifət bunu manipulyasiya edərək hüquq pozuntusu kimi təqdim etməyə çalışır. İkincisi, karantin rejiminin tələblərini pozan və yaxud karantin rejimi şəraitində ümumiyyətlə qanunları pozan ayrı-ayrı vətəndaşların cəzalandırılmasını yenə hakimiyyətin yaranmış vəziyyətdən sui-istifadə etməsi kimi qiymətləndirirlər. Bu da qətiyyən belə deyil, əsla yolverilməzdir. Çünki istənilən şəraitdə, vəziyyətdə, xüsusən indiki kimi fars-major hallarda qanunun tələblərini daha diqqətlə yerinə yetirmək lazımdır ki, bu, ümumi milli mənafelərimiz baxımından, ümumi vətəndaş təhlükəsizliyimiz baxımından izah oluna bilsin. Ancaq qeyri-sağlam müxalifətin hadisələrə indiki kritik vəziyyətdə bu cür manipulyativ yanaşması bir daha onların iç üzünü açmış olur”.
H.Babaoğlu dedi ki, həmin qruplar üçün məqsədin, fəaliyyətin, müxalifətçliyin fəlsəfəsinin Azərbaycan xalqının mənafeyi lehinə fəaliyyət olmadığı görünür: “Qeyd edim ki, bu, Azərbaycan cəmiyyətinin gözündən yayınmır. Çünki hazırkı vəziyyətdə soyuqqanlı və rasional düşünməyi bacaran hər bir Azərbaycan vətəndaşı, cəmiyyətin hər bir fərdi dövlət tərəfindən atılan addımları yüksək qiymətləndirir. Biz bunun ən bariz nümunəsini vətəndaşlarımızın Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür məktublarında da görürük. Eyni zamanda cəmiyyət onun mənafelərinə qarşı radikal müxalifət qruplaşmaları tərəfindən atılan addımları da görür və qınayır. Bu günlər arxada qalacaq və bu imtahandan çıxa bilməyən radikal qruplar yenə siyasi sistemimizin autsayderi kimi özlərini görəcəklər”.
Etibar Seyidağa
Musavat.com
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25

