Azərbaycan İkinci Dünya müharibəsində qələbəyə sanballı töhfələr verib
09.05.2020 [13:17]
Xalqımız keçmiş sovet dövləti tərəfindən Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən 123 igid döyüşçüsü ilə fəxr edir
Bu gün 1941-1945-ci illəri əhatə edən İkinci Dünya müharibəsində qələbənin 75-ci ildönümüdür. Müharibələr və onların ağır fəsadları heç vaxt unudulmur. İnsanlar müharibə qəhrəmanlarının xatirələrini həmişə minnətdarlıq hissi ilə yad edirlər. Faşizm üzərində qazanılan qələbə də xalqımız üçün unudulmazdır. Hər il ölkəmizdə 9 May - Qələbə Günü böyük təntənə ilə qeyd olunub. Builiki Qələbə Günü isə yeni növ koronavirus pandemiyası ilə mübarizə dövrünə təsadüf edir. Bu il də Böyük Vətən müharibəsi veteranları unudulmurlar, onlar yenə də dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunublar. Yeri gəlmişkən, Prezident İlham Əliyev 24 aprel 2020-ci il tarixində “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında”, eləcə də 1 may 2020-ci il tarixində “Böyük Vətən müharibəsi iştirakçılarının “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında” sərəncamlar imzalayıb.
Müharibə illərində Azərbaycan cəbhənin yanacaqla ən mühüm təchizatçısı olub
Azərbaycanda İkinci Dünya müharibəsində qələbənin hər il təntənəli şəkildə qeyd olunması heç də təsadüfi deyil. Respublikamız bu müharibədə fəal iştirak edib və faşizm üzərində qələbənin təmin olunmasında mühüm rol oynayıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində respublikamızın İkinci Dünya müharibəsində iştirakına xüsusi diqqət çəkərək bildirib ki, Azərbaycan bizim ümumi qələbəmizə sanballı töhfə verib.
Məlum olduğu kimi, müharibənin ilk illərində Azərbaycanın da daxil olduğu keçmiş ittifaqın bir sıra iri sənaye müəssisələri, o cümlədən də silah-sursat zavodları işğal altında qalmışdı. Belə şəraitdə respublikamızdakı sənaye müəssisələri gecə-gündüz fəaliyyət göstərərək cəbhə üçün zəruri olan müxtəlif məhsullar, həmçinin silah istehsal edirdi. Müharibə illərində Azərbaycan cəbhənin yanacaqla ən mühüm təchizatçısı olub. O vaxt hələ Sibirdəki neft yataqları kəşf edilməmişdi. Buna görə yanacaq-sürtkü materiallarının əsas bazası Azərbaycan idi. Döyüş maşınlarının, tankların, təyyarələrin, gəmilərin istifadə etdiyi bütün yanacağın 80 faizi Azərbaycan mədənlərində, respublikamızın zavodlarında istehsal edilirdi. Bu da təsadüfi deyil ki, faşist Almaniyası məhz Bakını tutmaq niyyətində olub. “Bu məşhur kadrlar dəfələrlə nümayiş etdirilib: Hitlerə təqdim edilən bayram tortunun üzərində “Xəzər dənizi” sözləri yazılmışdı. Hətta belə bir forma məxsusi olaraq Xəzər dənizinin sərhədlərini göstərirdi, Hitler də svastikanı həmin nöqtəyə qoymuşdu. Əgər bu niyyət baş tutsaydı, əlbəttə, müharibənin yekunu tamam fərqli ola bilərdi”, - deyə dövlətimizin başçısı bildirib.
İkinci Dünya müharibəsində Azərbaycan xalqının mərd oğul və qızlarının göstərdikləri fədakarlıqlar, qəhrəmanlıqlar hər cür yüksək qiymətə layiqdir. Dövlət başçımızın vurğuladığı kimi, biz sovet dövləti tərəfindən layiqincə qiymətləndirilən qəhrəmanlarımızla fəxr edirik. 123 Sovet İttifaqı Qəhrəmanı bizim fəxr etdiyimiz insanlardır, indiki nəsil də, gələcək nəsillər də bu insanlarla fəxr etməlidirlər.
Əlbəttə, Azərbaycanın müstəqilliyinin ilk illərində respublikamızda 9 May – Qələbə Gününə münasibət tamam fərqli idi. O dövrdə qeyri-qanuni yolla hakimiyyətə gələn AXC-“Müsavat” cütlüyü 9 May – Qələbə Gününün bayram təqvimindən silinməsinə cəhdlər edirdi. Təəssüf doğuran haldır ki, həmin dövrdə müharibə veteranları mənəvi terrora məruz qalırdı, kütləvi informasiya vasitələrində onlara qarşı qəddar kampaniya aparılırdı. Yalnız Ulu Öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ölkənin siyasi rəhbərliyinə gəldikdən sonar 9 May Günü bayram təqvimində bərpa olundu. O vaxtdan həmin gün respublikamızda dövlət bayramı kimi qeyd olunur.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənə son 16 ildə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Hər il ölkəmizdə veteranlar üçün mükafatlar ayrılır, onların problemləri həll olunur. Yuxarıda bəhs olunan Sərəncama əsasən, 2020-ci ildə veteranlar üçün nəzərdə tutulan mükafatın məbləği 1500 manat müəyyənləşdirilib.
Böyük Vətən müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmi və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdləri qətiyyətlə pislənməlidir
O da təəssüf doğuran haldır ki, son vaxtlarda bir sıra dairələrdə tarixin təhrif olunmasına uğursuz cəhdlər göstərilir. Belə cəhdlər həmçinin İkinci Dünya müharibəsinə münasibətdə təzahür edir. Biz qeyd olunan dairələrin ciddi-cəhdlə tarixi həqiqəti təhrif etmək, İkinci Dünya müharibəsində Qələbədə Sovet İttifaqının rolunu azaltmaq və faşizmi qəhrəmanlaşdırmaq üçün səylərin şahidi oluruq. Yuxarıda bəhs olunan müsahibədə də bildirildiyi kimi, bəzi ölkələrdə baş verənlər, İkinci Dünya müharibəsi iştirakçılarının abidələrinə qarşı vandalizm aktı, faşistlərə heykəllər qoyulması nifrət və ikrah hissi oyadır. Bunu keçmiş SSRİ məkanında, MDB məkanında görmək xüsusilə xoşagəlməzdir. Bu kimi meyillər pislənməli, belə cəhdlərə son qoyulmalı və dünya liderləri bu barədə daha açıq danışmalıdırlar. Böyük Vətən müharibəsi dövründə baş vermiş hadisələr haqqında həqiqətlər gənc nəsilə olduğu kimi çatdırılmalıdır. Onlar baş verənlərin əsl mahiyyətini bilməlidirlər, vətənpərvərlik, əcdadlarının qəhrəmanlığı ruhunda tərbiyə olunmalıdırlar. İkinci Dünya müharibəsi ilə bağlı həqiqətlərin təhrif olunmasına münasibətdə ölkəmizin mövqeyi birmənalıdır. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Biz tarixi yenidən yazmaq, Böyük Vətən müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmi və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyirik. Azərbaycan bir sıra forumlarda bu mövzuda açıq çıxış edib, o cümlədən mən dəfələrlə öz mövqeyimi bildirmişəm. Deməliyəm ki, Azərbaycan cəmiyyəti bu mövqeyə tam şərikdir”, - deyə vurğulayıb.
Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir
Faşizmə qarşı müharibədə qazanılan böyük qələbənin gözdən salınması cəhdləri Ermənistanda daha çox hiss olunur. Forpost ölkədə faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir. Bir neçə il bundan əvvəl Ermənistanda faşist cəllad və cani, Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyulub, heykəlin açılışında bu ölkənin keçmiş prezidenti iştirak edib. Ermənistanın yeni, özünü demokratik kimi göstərməyə çalışan rəhbərliyinin bu canini müdafiə etməsi göstərdi ki, bu ölkədə hakimiyyət dəyişə bilər, lakin rejimin mahiyyəti əvvəlki kimi qalır. Sual yaranır: Məgər Ermənistanda Böyük Vətən müharibəsi qəhrəmanları olmayıbmı? Bəs Armavirdə erməni kilsəsinin yaxınlığında nə üçün onlara yox, faşist caniyə xatirə lövhəsi vurulub? Prezident İlham Əliyevin bildirdiyi kimi, hər bir ölkə bu məsələyə öz münasibətini selektivlik, siyasi korrektlik mülahizələrinə görə deyil, birbaşa və açıq şəkildə bildirməlidir. Ermənistanda bir tərəfdən deyirlər ki, onlar Qələbənin yubileyini bayram edəcəklər, amma digər tərəfdən faşistin abidəsi önünə gül qoyurlar. Bu, ən azı, ziddiyyət, əslində isə, riyakarlığın təzahürüdür.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

