/ / Pandemiyaya qarşı mübarizə üzrə ölkəmizin təşəbbüsünə beynəlxalq dəstəyin ifadə edilməsi Azərbaycanın yüksək nüfuzunun göstəricisidir
Pandemiyaya qarşı mübarizə üzrə ölkəmizin təşəbbüsünə beynəlxalq dəstəyin ifadə edilməsi Azərbaycanın yüksək nüfuzunun göstəricisidir
09.05.2020 [10:54]
Abutalıb Səmədov: Dövlət və xalq naminə qətiyyətli addımların atıldığı bir vaxtda hər bir vətəndaş bu mübarizədə Prezidentin yanında olmalı, öz dəstəyini göstərməlidir
Məlum olduğu kimi, dünya miqyasında geniş yayılmış yeni növ koronavirus infeksiyası (COVİD-19) əksər dövlətlər üçün ciddi təhlükəyə çevrilib. Hazırda bu xəstəliyin qarşısını almaq üçün ölkələr tərəfindən müxtəlif tədbirlər görülür və məmnunluq hissi ilə qeyd edə bilərik ki, Azərbaycan bu məsələdə də nümunə göstərilir. Bu da səbəbsiz deyil. Belə ki, yeni növ koronavirus infeksiyasının ölkəmizdə qeydə alındığı ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda mühüm addımlar atılıb, bu təhlükənin qarşısını almaq üçün qabaqlayıcı və təxirəsalınmaz tədbirlər görülüb. Ümumiyyətlə, ölkəmizdə insanların sağlamlığının qorunması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımların miqyası daha böyükdür. Bütövlükdə, Azərbaycan dövləti pandemiya şəraitində də öz vətəndaşlarının yanında olmaq, onların qayğısına qalmaq nümunəsi göstərir. Onu da qeyd edək ki, Azərbaycan həmçinin koronavirus pandemiyası ilə mübarizədə qlobal həmrəylik təşəbbüsü ilə çıxış etməsi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının sədri kimi ölkəmizin təşəbbüsü ilə apreldə və mayda iki videokonfrans formatında Zirvə görüşünün keçirilməsi həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə yüksək dəyərləndirilir.
Qlobal liderliyə ehtiyac duyulduğu vaxtda Prezident İlham Əliyev beynəlxalq ictimaiyyəti “özünəqapanma sindromu”ndan xilas olmağa çağırdı
Öz növbəsində pandemiya şəraitində dövlət tərəfindən görülən işlərə münasibət bildirən Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib ki, koronavirus pandemiyası bütün dövlətlər və onların liderləri üçün ciddi sınaq oldu: “Bu sınaqdan uğurla çıxanların sırasında Azərbaycan və onun Prezidenti cənab İlham Əliyev öndə gəlir. Vaxtında və qətiyyətlə atılan addımlar sayəsində həm əhalinin sağlamlığını qorumaq mümkün oldu, həm də karantin şəraitində evdə qalmağa məcbur olan insanlara maddi dəstək verildi”.
A.Səmədovun sözlərinə görə, eyni zamanda, fəaliyyəti dayanan sahibkarlıq subyektlərinə də dövlət büdcəsindən vəsaitin ayırılması ilə onların iflasının qarşısının alınması təmin olundu: “Pandemiya dövründə bu addımların atılması dövlətimizin iqtisadi gücünü bir daha nümayiş etdirdi”.
Açıqlamasında koronavirusla mübarizə üzrə beynəlxalq müstəvidə Azərbaycanın təşəbbüslərinə də toxunan partiya sədri deyib ki, bir çox ölkənin özünə qapanaraq COVID-19 virusuna qarşı təkbaşına mübarizə apardığı və beynəlxalq təşkilatların fəallığının aşağı düşdüyü məqamda Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının videokonfrans formatında Zirvə görüşlərinin keçirilməsi çox mühüm əhəmiyyətə malikdir:“Xüsusilə, Qoşulmama Hərəkatına üzv ölkələrin ağır problemlərlə üz-üzə olduqları bir zamanda Təmas Qrupuna daxil olan dövlət rəhbərlərinin Prezidentimizin təşəbbüsünə yekdilliklə dəstək vermələri Azərbaycanın və onun rəhbərinin beynəlxalq miqyasda yüksək nüfuza malik olduğunu bir daha nümayiş etdirdi”.
Qlobal əməkdaşlığın vacib olduğu dövrdə bir çox dövlətlərin, beynəlxalq və regional təşkilatların çaşqınlıq nümayiş etdirməsindən təəssüfünü dilə gətirən A.Səmədovun dediyinə görə, sevindirici haldır ki, qlobal liderliyə ehtiyac duyulduğu vaxtda Prezident İlham Əliyev belə bir nümunə göstərdi və beynəlxalq ictimaiyyəti “özünəqapanma sindromu”ndan xilas olmağa çağırdı: “Qəbul olunmuş bəyannamədə dəyərli və vaxtında edilmiş təşəbbüsə görə Prezidentimizə təşəkkür edilməsi hər birimizi qürurlandırmalı və dövlət başçımızın ətrafında daha sıx birləşməyimizə stimul olmalıdır”.
Ölkəmizdə korrupsiyanın kökünü kəsmək üçün bundan sonra da qətiyyətli addımlar atılacaq
Məlum olduğu kimi, Prezidenti İlham Əliyevin rəhbərliyi ilə koromavirusa qarşı genişmiqyaslı tədbirlər həyata keçirildiyi, dünyada müharibə şəraitinə bərabər tutulduğu bu pandemiya dövründə bəzi məmurlar dövlət tərəfindən aparılan sosial dəstək siyasətinə zidd hərəkətlər edərək korrupsiyaya, rüşvətxorluğa yol veriblər və ifşa olunublar. Dövlət Təhlükəsizliyi Xidmətinin son vaxtlar həyata keçirdiyi xüsusi əməliyyatlar nəticəsində fəaliyyətində korrupsiya və rüşvətxorluq kimi mənfi hallara yol verən məmurların, o cümlədən beş rayonun - Ağstafa, Biləsuvar, Yevlax, Neftçala, İmişli rayonlarının icra hakimiyyəti başçılarının, həmçinin ayrı-ayrı icra nümayəndəliklərinin, bələdiyyələrin rəhbər şəxslərinin qanundankənar əməlləri ifşa edilərək həbs olunmaları dövlət tərəfindən korupsiya və rüşvətxorluğa qarşı mübarizənin davam etdirildiyini göstərir.
Öz növbəsində bu məsələyə də münasibət bildirən A.Səmədov “Dövlət başçısının dəfələrlə etdiyi xəbərdarlıqlardan nəticə çıxarmayan, qanunazidd hallara və əməllərə yol verən məmurların cəzalandırılması vacibdir. Fəaliyyətlərində korrupsiyaya və rüşvətxorluğa yol verən məmurların cinayət məsuliyyətinə cəlb edilməsi Prezident İlham Əliyevin dövlətin, xalqın maraqlarını hər şeydən üstün tutduğunu bir daha göstərdi” deyib.
Dövlət başçısı tərəfindən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəisi Kamran Əliyevin Baş prokuror təyin edilməsinə də münasibət bildirən partiya sədri deyib ki, bu addım da Azərbaycan Prezidentinin korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan mübarizədə qətiyyətini bir daha sübut edir: “Prezidentin Baş prokuror vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəisini təyin etməsi və videokonfrans formatında onu qəbul etdiyi zaman mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə son xəbərdarlığı onu deməyə əsas verir ki, ölkəmizdə korrupsiyanın kökünü kəsmək üçün bundan sonra da qətiyyətli addımlar atılacaq”.
A.Səmədov deyib ki, dövlət və xalq naminə qətiyyətli addımların atıldığı bir vaxtda hər bir vətəndaş bu mübarizədə Prezidentin yanında olmalı, öz dəstəyini göstərməlidir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

