/ / Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətləri bütün istiqamətlər üzrə uğurla inkişaf edir
Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətləri bütün istiqamətlər üzrə uğurla inkişaf edir
14.05.2020 [10:54]
Prezident İlham Əliyev: Rusiya ilə bizim münasibətlərimiz zamanın sınağından çıxıb. Hər iki tərəf bu münasibətləri strateji tərəfdaşlıq münasibətləri adlandırır
Azərbaycan özünün milli maraqlara əsaslanan xarici siyasətində regional əməkdaşlıq əlaqələrinin dərinləşməsinə və etimad mühitinin möhkəmlənməsinə xüsusi önəm verir. Bu strateji kursa uyğun olaraq ölkəmiz son illərdə Cənubi Qafqaz və Xəzər hövzəsi regionunda bir sıra irimiqyaslı nəqliyyat və enerji layihələrinin moderatoru rolunda çıxış edib. Eyni zamanda, respublikamız qısa müstəqillik tarixində işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə özündə qarşılıqlı maraqların geniş miqyasını əhatə edən sıx münasibətlər qurmağa və inkişaf etdirməyə nail olub.
Bu kontekstində Azərbaycan-Rusiya münasibətləri xüsusilə diqqəti cəlb edir. Bu gün Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu günlərdə həm Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana verdiyi eksklüziv müsahibəsində, həm dəbu ölkənin nüfuzlu "Natsionalnaya oborona" (“Milli müdafiə”) jurnalının may buraxılışında dərc olunan müsahibəsində ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etməsindən məmnunluğunu bildirib. “Rusiya ilə bizim münasibətlərimiz zamanın sınağından çıxıb. Hər iki tərəf bu münasibətləri strateji tərəfdaşlıq münasibətləri adlandırır. Bu, həqiqətən belədir. Biz həm qonşuyuq, həm də mehriban dostlar. Son dövrdə bizim münasibətlərimiz daha səmərəli və keyfiyyətli olub”, - deyə dövlətimizin başçısı "Natsionalnaya oborona" jurnalının may buraxılışında dərc olunan müsahibəsində bildirib.
Ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcuddur
Azərbaycanla Rusiya arasında müxtəlif istiqamətləri əhatə edən qarşılıqlı münasibətlərin yüksək səviyyəsi ilk növbədə hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi ilə şərtlənir. Bu amilə diqqət çəkən Prezident İlham Əliyev “Bu gün strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətləri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcuddur. Prezident Vladimir Vladimiroviç Putin ilə mənim çoxsaylı şəxsi görüşlərim ikitərəfli qarşılıqlı əlaqələrin inkişafına çox ciddi təkan verir, həmçinin bizim regionda vəziyyətə də müsbət təsir göstərir”, - deyə vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın və Rusiyanın prezidentləri həm ikitərəfli, həm də çoxtərəfli formatlarda görüşürlər. Dövlət başçılarının davamlı səciyyə daşıyan görüşlərində bir qayda olaraq qarşılıqlı əməkdaşlığın aktual məsələləri ətrafında geniş fikir mübadiləsi aparılır və perspektivlər müəyyənləşdirilir. Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin sonuncu görüşü ötən ilin sonlarında Peterburqda olub. Bundan əvvəl isə Azərbaycan Prezidenti Rusiyanın dövlət başçısının dəvəti ilə “Valday” Diskussiya Klubunun iclasında iştirak edib. Vurğulamaq yerinə düşər ki, hər il bütün dünyada siyasətçilərin, politoloqların, ekspertlərin və analitiklərin diqqətini cəlb edən bu tədbirə dəvət almış dörd dövlət başçısından biri məhz Azərbaycan Prezidenti olub. Bu, qonşu ölkənin dövlət başçısının Azərbaycan Prezidentinə inamının və böyük hörmətinin ifadəsidir. “Valday” Klubu dünya gündəliyindəki mühüm problemlərin müzakirəsi üçün ən vacib diskussiya platformalarından biri kimi özünü göstərib. Prezident İlham ƏliyevRusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində bildirib ki, bizim ünsiyyətimiz və görüşlərimiz qarşılıqlı əlaqələrimizin inkişafına çox müsbət təkan verir və tabeliyimizdə olanlara verdiyimiz göstərişlər, təlimatlar həyata keçirilir.
Ümumiyyətlə, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq Azərbaycanla Rusiya arasında formalaşan çoxtərəfli münasibətlərin mühüm istiqamətlərindən birini təşkil edir. "Natsionalnaya oborona" jurnalının may buraxılışında dərc olunan müsahibəsində hər iki dövlətin müxtəlif səviyyələrdə keçirilən beynəlxalq tədbirlərdə bir-birlərinə dəstək ifadə ediklərinə diqqət çəkən Prezident İlham Əliyev deyib: “Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, ən mühüm və ümdə məsələlərdə ənənəvi olaraq bir-birimizi dəstəkləyirik. Biz BMT, ATƏT və əlbəttə MDB məkanında sıx qarşılıqlı fəaliyyətdəyik”.
Azərbaycanla Rusiyanın sıx iqtisadi, ticarət münasibətləri var
Bu gün Azərbaycanla Rusiya arasında siyasi dialoqun səviyyəsinə uyğun olaraq iqtisadi və ticarət sahələrində də əlaqələr yüksələn xətlə inkişaf edir. Hər iki ölkə qarşılıqlı fəaliyyətin, demək olar ki, bütün sahələrini – ticarət, nəqliyyat, energetika, humanitar sahə və turizmi əhatə edən beş yol xəritəsi çərçivəsində proqramı fəal surətdə rellaşdırır. Ötən ilin sonunda bu yol xəritələrinə daha ikisi – innovasiyalar və gənclər siyasəti üzrə yol xəritələri də əlavə edilib. “Bizim çox sıx iqtisadi, ticari münasibətlərimiz var. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Həcmi milyard dollarlarla ölçülən qarşılıqlı investisiyalar həyata keçirilir.
Ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsi təqribən 20 faiz artıb və 3 milyard dollardan çox olub”, - deyə Prezident İlham Əliyev bildirib.
Burada belə bir məqamı qeyd etmək çox vacibdir ki, koronavirus pandemiyası ilə əlaqədar vəziyyətə baxmayaraq, cari ilin birinci rübündə ölkələrimiz arasında əmtəə dövriyyəsi 2 faiz artıb, eləcə də ixrac-idxal əməliyyatlarının həcmində də artım müşahidə olunub. Bu da çox vacib amildir ki, Şimal-Cənub nəqliyyat dəhlizi fəaliyyətini davam etdirir, o cümlədən bu dəhliz çərçivəsində yükdaşımalar və tranzit daşımaları həyata keçirilir. Azərbaycan ərazisindən keçməklə Rusiyadan Avropa istiqamətində Şimal-Qərb dəhlizi də işə salınıb. Ötən ilin sonunda Azərbaycanla Rusiyanın sərhədində Samur çayı üzərindən körpünün açılışı təkcə bu iki ölkə üçün deyil, bütövlükdə region üçün böyük əhəmiyyət kəsb edən hadisə olub. Ona görə ki, bu körpü beynəlxalq yükdaşımaların intensivləşdirilməsi, biznes əlaqələrinin genişlənməsi, habelə Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizlərinin inkişafı üçün yeni imkanlar yaradır. Keçən il Şimal-Cənub dəhlizi ilə yükdaşımaların həcmi 60 faiz artıb. Azərbaycan regionda əməkdaşlıq üçün yaxşı perspektivlər açan, Asiyadan Avropaya və əks istiqamətdə yüklərin daşınması məsafəsini və çatdırılması müddətlərini xeyli azaldacaq bu mühüm nəqliyyat layihəsinin reallaşdırılması ilə əlaqədar öz ərazisində bütün işi başa çatdırıb. Şübhə yoxdur ki, regionda mühüm nəqliyyat arteriyası kimi Şimal-Cənub dəhlizinə ehtiyac daha da artacaq.
Rusiyanın Şimal-Qərb nəqliyyat dəhlizinə qoşulması sevindirici haldır. Artıq Rusiyalı yükgöndərənlər Azərbaycandan Avropa istiqamətinə gedən marşrutdan bəhrələnirlər və öz yüklərini sifarişçilərə məhz resspublikamızdan keçən dəhliz vasitəsilə göndərməyə üstünlük verirlər. İqtisadi sahədə əməkdaşlığın mühüm bir istiqamətini elektroenergetika sektoru təşkil edir. İki ölkə arasında elektroenergetika sahəsində elektrik enerjisi mübadiləsi, habelə çoxtərəfli əməkdaşlıq baxımından böyük potensial var. Hər iki ölkə yüksəkgərginlikli elektrikötürmə xətləri ilə bir-birinə bağlanıb.
Məlum olduğu kimi, Azərbaycan müstəqillik illərində özünün yeni neft strategiyasının reallaşdırılması çərçivəsində nəqletmə marşrutlarının şaxələndirilməsinə nail olub. Belə ki, hazırda Azərbaycanın neft və qaz yataqlarından hasil olan karbohidrogen resursları müxtəlif marşrutlarla, o cümlədən Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum xətləri ilə dünya bazarlarına çıxardılır. Hazırda isə daha bir nəql marşrutunun – Cənub Qaz Dəhlizinin inşası da tamamlanmaq üzrədir. Yeni marşrutla Azərbaycan qazı qonşu Gürcüstan. Türkiyəyə, həmçinin Avropanın mərkəzi ölkələrinə çatdırılacaq. Belə geniş şaxələndirilmiş nəql marşrutları ölkəmizin müstəqil enerji siyasəti aparmasına imkan verir. Eyni zamanda, Azərbaycanın moderatorluğu ilə yaradılan şaxələndirilmiş nəql marşrutlarından Xəzər sahilində yerləşən digər dövlətlər, o cümlədən də Rusiya bəhrələnir. Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Neft-qaz sahəsində də vəziyyət yaxşıdır. Bəlkə də çoxları bilmir, lakin Xəzər dənizinin Rusiya sektorunda Rusiya şirkətləri tərəfindən hasil edilən neftin bir hissəsi Azərbaycanın nəqliyyat infrastrukturu vasitəsilə nəql edilir. Yəni, burada əməkdaşlıq yüksələn xətt üzrə davam edir”, - deyə vurğulayıb.
İki ölkə arasında hərbi-texniki əməkdaşlıq da fəal inkişaf edir. Rusiya və Azərbaycan prezidentlərinin birgə mətbuat konfranslarının birində deyildiyi kimi, Azərbaycanın Rusiyadan aldığı hərbi təyinatlı məhsulların həcmi 5 milyard dollara bərabərdir.
İki ölkə arasında humanitar sahədə əlaqələr yüksələn xətt üzrə inkişaf edir
Azərbaycanla Rusiya arasında humanitar sahədə əlaqələr də uğurla inkişaf edir. Artıq neçə ildir ki, Azərbaycanda Moskva Dövlət Universitetinin filialı, həmçinin Birinci Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyət göstərir. Azərbaycanın dövlətə məxsus bütün ali məktəblərində rus dilində bölmələr mövcuddur. Ölkəmizdə 25 min tələbə rus dilində oxuyur. Təhsilin rus dilində olduğu 338 məktəbdə 130 min şagird də rus dilində təhsil alır.
Turist axınının ilbəil artması da Rusiyada Azərbaycana olan inamın və rəğbətin təzahürüdür. Sirr deyil ki, turistlər hansısa bir ölkəyə təkcə görməli yerlərə baxmaq və yaxud milli mətbəx nümunələrini dadmaq üçün getmirlər, onlar elə yerlərə gedirlər ki, orada özlərini təhlükəsiz, rahat, öz evlərində olduğu kimi hiss etsinlər. Azərbaycan Rusiyadan olan turistlər üçün məhz belə bir məkandır. “Bizim münasibətlərimizin bir göstəricisi həm ölkələr, həm də xalqlar arasında münasibətlərin ruhuna və xarakterinə ən parlaq sübutdur. 2019-cu ildə Azərbaycana Rusiyadan rekord sayda – bir milyona yaxın turist səfər edib. Bu ilin əvvəlində də yaxşı dinamika müşahidə olunurdu, lakin koronavirus pandemiyası turist axınını dayandırdı. Ümidvarıq ki, pandemiya başa çatandan və sərhədlər açılandan sonra rusiyalı turistlərin ölkəmizə səfərləri bərpa olunacaq. Ona görə ki, rusiyalılar burada özlərini rahat, adi şəraitdə olduğu kimi hiss edir, dil baryeri ilə bağlı çətinliklərlə üzləşmirlər”, - deyə Prezident İlham Əliyev "Natsionalnaya oborona" jurnalının may buraxılışında dərc olunan müsahibəsində bildirib.
Azərbaycanla Rusiya arasında münasibətlərin yüksələn xətlə inkişafından söhbət açarkən daha bir mühüm məqamı da vurğulamaq yerinə düşər. Keçən il noyabrın 23-də Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində əsaslı bərpa işlərindən sonra “Azərbaycan” pavilyonunun açılışı baş tutdu. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun bərpadan sonra açılışı ölkələrimiz arasında münasibətlərin dostluq xarakterinin daha bir təzahürü oldu.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

