/ / Ermənistanda faşizm ideologiyasının və terrorizmin dövlət siyasətinə çevrildiyini təsdiqləyən çoxsaylı faktlar mövcuddur
Ermənistanda faşizm ideologiyasının və terrorizmin dövlət siyasətinə çevrildiyini təsdiqləyən çoxsaylı faktlar mövcuddur
15.05.2020 [12:00]
Babasının bir vaxtlar dünyaya hökmranlıq etmək istəyən faşistlərə xidmət etməsi faktı da Nikol Paşınyanın işğalçılıq siyasətinin mahiyyətini bir daha ortaya qoyur
Məlum olduğu kimi, mayın 9-da bəşəriyyət faşizm üzərində qələbənin 75 illiyini qeyd etdi, bir çox dünya ölkələrində faşizmin qurbanlarının xatirəsi yad olundu. Bununla belə, təəssüflə qeyd edilməlidir ki, hazırda dünyanın bəzi ölkələrində, o cümlədən MDB məkanında faşizmin təbliği və faşizmə xidmət edənlərin qəhrəmanlaşdırılması məsələsi mövcuddur. Faşizmə rəğbət bəsləyən bəzi ölkələrdən fərqli olaraq Azərbaycanın bu məsələ ilə bağlı qətiyyətli mövqeyi isə aydın və birmənalıdır: Böyük Vətən müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmi və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdləri yolverilməzdir və qətiyyətlə pislənilməlidir.
Yeri gəlmişkən qeyd edək ki, ötən il “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, habelə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən paneldə Azərbaycan Prezidenti İlham Əliyev MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer olmadığını bildirmişdi. Bugünlərdə dövlətimizin başçısı Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində, həmçinin Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" (“Milli müdafiə”) jurnalının may buraxılışındakı müsahibəsində də bu barədə mühüm məqamlar öz əksini tapıb. Prezident İlham Əliyev faşistləri qəhrəmanlaşdırmaq, tarixi həqiqəti təhrif etmək kimi təhlükəli meyillərə qarşı həm Rusiyanın, həm də Azərbaycanın mövqelərinin tamamilə eyni olduğunu diqqətə çatdırıb.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Ermənistanda faşizm ideologiyasının, etnik təmizləmə və terrorizmin dövlət siyasətinə çevrildiyini təsdiqləyən saysız-hesabsız faktlar mövcuddur. Onun sözlərinə görə, dövlətimizin başçısı İlham Əliyev istər beynəlxalq səviyyəli tədbirlərdə, istərsə də dünyanın nüfuzlu mətbu orqanlarına verdiyi müsahibələrdə daim bu məsələyə xüsusi diqqət yönəldir: “Prezident İlham Əliyev bu günlərdə Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində də ermənilər İkinci Dünya müharibəsində faşistlərlə yaxından əməkdaşlıq etdiyini bildirib. Yəni reallıq budur ki, Ermənistan açıq-aşkar şəkildə faşizm təlimlərini yayır, faşist cəlladları qəhrəmanlaşdırır. “Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir”, - söyləyən Prezident İlham Əliyev onu da vurğulayıb ki, bir neçə il bundan əvvəl Ermənistanda faşist cəllad və cani, Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyulub. Bu adamın cinayətləri sübut olunub. Qələbənin 75 illiyi ərəfəsində həm Rusiya Federasiyası Xarici İşlər Nazirliyi, həm də Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən dərc edilmiş sənədlər də buna sübutdur. Bu adam müharibə dövründə bildirmişdi ki, Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur. Njdenin təxribatçılıq fəaliyyəti çoxsaylı insanın ölümünə gətirib çıxarıb”.
Millət vəkili deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın babasının bir vaxtlar dünyaya hökmranlıq etmək istəyən faşistlərə xidmət etməsi faktı da onun işğalçılıq siyasətinin mahiyyətini ortaya qoyur: “Demək ki, bu, gendən gələn bir məsələdir. Təcavüzkar, işğalçı ölkənin baş naziri və onun əlaltıları nə qədər maskalansalar da, onların iç üzləri bir gün açılmalıydı. İndi Paşinyan baş sındırır ki, bu biabırçılığı necə ört-basdır etsin. Amma tarixi faktları təhrif etmək, gizlətmək o qədər də asan deyil. Etdiklərinin cavabını bir gün vermək lazım gəlir”.
“Ermənistanın baş naziri Nikol Paşinyanın babasının faşistlərə xidmət etməsinə dair ciddi faktların ortaya çıxması bir sıra məqamlardan xəbər verir. Bu, o deməkdir ki, Ermənistanda faşizm ideologiyasının kök salması yeni məsələ deyil”. Bu fikirləri isə Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
F.Yıldırım bildirib ki, Ermənistanda faşizm, terror dövlət siyasəti səviyyəsindədir. Onun sözlərinə görə, N.Paşinyanın babasının da faşistlərə xidmət etməsi bu gerçəkliyin göstəricidir: “Azərbaycan erməni terrorundan əziyyət çəkən ölkələrdən biridir. Eyni zamanda, ermənilərin terror təşkilatlarının dünyada, o cümlədən Avropada terror aktları törətdikləri beynəlxalq ictimaiyyətə məlumdur. Bütövlükdə isə, Ermənistan dövlətinin əsasında faşizm ideologiyasının dayanmasına əyani fakt kimi Xocalı soyqırımını göstərmək də kifayətdir. Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımı qəddarlığın, vandalizmin miqyası baxımından çox dəhşətlidir. Hətta nasistlər də ermənilərlə müqayisədə bu dərəcədə qəddarlıq, amansızlıq, vəhşilik etməyiblər”.
“Məlumdur ki, bir neçə gün öncə bütün dünyada faşizm üzərində qələbənin 75-ci ildönümü qeyd olundu. Belə bir vaxtda Ermənistanın baş nazirinin babasının faşistlərə xidmət göstərməsi haqqında faktların üzə çıxması işğalçı ölkənin rəhbərinin də simasını açır. Bu gün N.Paşınyanın işğalçılıq mövqeyini davam etdirməsi bu amilin genetik məqamlarla da bağlı olduğunu təsdiqləyir. Vaxtilə baba Nikol Paşinyan alman faşistlərinə xidmət edib, nəvə Nikol Paşinyan isə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını davam etdirir, heç bir halda sülhə gəlmək istəmir. Bütövlükdə, bu gün faşistləri qəhrəman kimi təqdim etmək cəhdlərində işğalçı Ermənistanın xüsusi rolu var. Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilib. Bir neçə il bundan əvvəl Ermənistanda Njde ləqəbi ilə məşhur olan faşist cəlladı Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyulub, heykəlin açılışında bu ölkənin keçmiş prezidenti iştirak edib. İş burasındadır ki, Sarkisyanı devirib Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyan da hər vəchlə Njdeyə abidə qoyulmasını dəstəkləyir, onu qəhrəman kimi təqdim edir. Mən şübhə etmirəm ki, əgər ciddi araşdırmalar aparılarsa, baba Paşinyanın məhz Njdenin başçılığı altında faşistlərə xidmət göstərməsi sübuta yetirilər. Yəqin ki, baş nazir N.Paşinyanın Njdeni ciddi cəhdlə müdafiə etməsinin əsasında da bu fakt dayanır”-deyə, deputat vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

