Ölkəmizdə korrupsiyaya qarşı qətiyyətli mübarizə aparılır
16.05.2020 [12:29]
Dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları ardıcıl olaraq davam etdirilir
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də uğurlu islahatlar həyata keçirilir. Ötən ilin aprelin 3-də dövlət başçısı tərəfindən imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman isə bu sahədə islahatların genişləndirilməsi istiqamətində mühüm rol oynayır. Eyni zamanda, bu yaxınlarda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəisi Kamran Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru təyin edilməsi də əksər ekspertlər tərəfindən məhkəmə-hüquq sistemində aparılan islahatların yeni mərhələsi kimi xarakterizə olunur.
Daha dəqiq desək, məhkəmə-hüquq sistemində aparılan islahatların davamı kimi, dövlət başçısı tərəfindən yeni Baş prokurorun təyinatı, eyni zamanda, ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan genişmiqyaslı mübarizənin davamlı xarakter alması cəmiyyətimizdə rəğbətlə qarşılanır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli islahatların ən əsas elementlərindən biri də korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsidir. Onun sözlərinə görə, bu məqsədlə milli səviyyədə həm inzibati, həm də institusional üsullardan geniş istifadə olunur: “Korrupsiya və rüşvətxorluğun davamlı inkişafa dağıdıcı təsiri danılmaz bir faktdır. Bu gün ölkəmizdə korrupsiya və rüşvətxorluğun mövcudluğu ilk növbədə həyata keçirilən əhatəli iqtisadi və sosial proqramların nəticəliliyinə, habelə ədalətli cəmiyyətin qurulmasına mənfi təsir göstərir. Eyni zamanda, son illər cənab Prezidentin bilavasitə rəhbərliyi ilə həyata keçirilən və bütün sahələri əhatə edən mərhələli islahatların səmərəliliyini artırmaq üçün korrupsiya və rüşvətxorluq hallarına son qoyulmalıdır. Ötən aylar korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarizə ilə xarakterizə olundu. Bir sözlə, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatların davamıdır. Bütün bunlar daha təminatlı, davamlı və uğurlu gələcəyimizin qurulmasına xidmət edəcək”.
M.Əfəndiyev qeyd edib ki, regional idarəçiliyə gətirilmiş yeni təfəkkürlü kadrların sayəsində innovativ inkişaf modellərinin də tətbiqi üçün münbit imkanlar yaradılacaq. “Korrupsiya və rüşvətxorluğun davamlı inkişafa destruktiv təsirləri qlobal səviyyədə müşahidə olunan bir haldır. Bunu nəzərə alaraq, “2030-cu ilədək Davamlı İnkişaf sahəsində Gündəliyin” 16-cı Məqsədinin əsas hədəflərindən biri korrupsiya və rüşvətxorluq hallarını əhəmiyyətli dərəcədə azaldaraq, səmərəli idarəçilik mexanizminin yaradılmasıdır. Bu gün milli səviyyədə aparılan mübarizədə məhz bu inkişaf qarşıda duran məqsədlərin reallaşdırılmasına xidmət etməkdədir və regionlarımızın müasir çağırışlara cavab verən iqtisadi dayanıqlılığını, sosial rifahını və ən başlıca olaraq şəffaf idarəçiliyini möhkəmləndirəcək”, - deyə deputat vurğulayıb.
“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar ciddi nəticələr verməkdədir. Dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları ardıcıl olaraq davam etdirilir”. Bu fikirləri isə Milli Məclisin deputatı Ramil Həsən deyib.
R.Həsən bildirib ki, ötən il bu sahədə geniş vüsət almış islahatlar müsbət nəticələrlə ifadə edilir və bu il də proses pozitiv tendensiya ilə müşayiət olunur: “Təbii ki, islahatların əsas məqsədlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bu sahədə dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması yönündə müəyyən uğurlar var. Amma təəssüf ki, uğurlarla yanaşı, insanların narazılığına səbəb olan bəzi neqativ hallara da rast gəlinir. Ona görə də, ölkəmizdə korrupsiyaya qarşı güclü mübarizə aparılır”.
Millət vəkili qeyd edib ki, qanunsuz əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara əməl etməyən, ifşa olunmuş məmurların aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zərurətə çevrilib. Onun sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi buna sübutdur. R.Həsən söyləyib ki, dövlətimizin başçısı İlham Əliyev Baş prokuror Kamran Əliyevi qəbul edərkən ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparılması ilə bağlı qətiyyətli mövqeyini bir daha diqqətə çatdırıb: “Cənab Prezident vurğuladı ki, tətbiq edilən məsuliyyət tədbirləri təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcək, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcək. Artıq bu istiqamətdə konkret addımlar atılmaqdadır”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

