Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir

ABŞ Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir

16.05.2020 [12:31]

Donald Trampın dövlətimizin başçısına ünvanlandığı məktubda əksini tapan məsələlər Birləşmiş Ştatların iki ölkə arasında müxtəlif sahələri əhatə edən çoxşaxəli, səmərəli əlaqələri və güclü tərəfdaşlığı yüksək qiymətləndirdiyini ifadə edir

Cənubi Qafqaz regionunun lider dövləti olan, bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan dünyada böyük etimad qazanıb və müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Milli maraqlara əsaslanan müstəqil, praqmatik və çoxvektorlu xarici siyasət kursuna malik olan ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Başqa sözlə, Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.

Dünyada böyük etimad qazanan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır

Xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Ümumiyyətlə, ölkəmiz ilə əməkdaşlıq geosiyasi və geoiqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir. Bu kontekstdə bir sıra mühüm məqamlar xüsusilə diqqəti cəlb edir. Əvvəla, Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal işbirliyinə, beynəlxalq təhlükəsizliyə xidmət edən yeni əməkdaşlıq platformalarının yaranmasını şərtləndirir. Bu gün Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan aparıcı dövlətlərdəndir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə milli dövlətlərin, o cümlədən güc mərkəzlərinin uzunmüddətli perspektiv üçün əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir. Bütövlükdə, Azərbaycan nəinki yerləşdiyi regionda, həm də Avrasiya geosiyasi məkanında işbirliyinə, təhlükəsizliyə xidmət edən strateji əhəmiyyətli layihələrin reallaşdırılmasında aparıcı rola malikdir. Ölkəmizin təşəbbüsü və liderliyi ilə gerçəkləşdirilən geostrateji layihələrin əhəmiyyəti və nəticələri deyilənləri təsdiq edir. Respublikamız hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir.

Nəticə etibarilə, ekspertlərin də vurğuladıqları kimi, ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, azad bazar iqtisadiyyatına malik olması, xarici investorların fəaliyyətinə geniş şərait yaratması, beynəlxalq nüfuzunun davamlı olaraq artması, praqmatik xarici siyasət həyata keçirməsi və digər amillər dünya dövlətlərini respublikamızla əməkdaşlığa cəlb edən mühüm strateji faktorlar sırasında yer alır. Və şübhəsiz ki, hazırda ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən ölkələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına xüsusi əhəmiyyət verilir. Bu kontekstdə qeyd edə bilərik ki, Azərbaycanla münasibətlərin inkişafı ABŞ üçün də xüsusi strateji əhəmiyyətə malikdir.

Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir

Yeri gəlmişkən, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə ünvanlandığı təbrik məktubunda əksini tapan məqamlar da bu reallıqları bir daha təsdiq edir. Məktubda qeyd edilib ki, Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir. Bununla yanaşı, Birləşmiş Ştatlar və Azərbaycanın beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq etdikləri də diqqətə çatdırılıb. Bu sahədə Azərbaycanın mühüm töhfələrinin dəyərləndirildiyi vurğulanıb. Eyni zamanda, məktubda “Biz Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik”,-deyə vurğulanıb.

Təbii ki, ifadə edilən fikirlər ABŞ-Azərbaycan əlaqələrinin yüksək səviyyəsini, Vaşinqtonun Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini aydın göstərir. Bütün bunlar isə pespektivdə də siyasi, iqtisadi, enerji, təhlükəsizlik və digər sahələri əhatə edən bu tərəfdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişafına real zəmin yaradır.

Ümumiyyətlə, Birləşmiş Ştatların Prezidenti Donald Trampın bəhs olunan məktubunda əks olunan məqamlar ABŞ ilə Azərbaycan arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlığın mövcud olduğunu bir daha nümayiş etdirir. Nəticə etibarilə, ABŞ Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir, müxtəlif sahələri əhatə edən çoxşaxəli, səmərəli əlaqələri və güclü tərəfdaşlığı yüksək qiymətləndirir.

Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 358 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31