/ / Azərbaycan qlobal pandemiya şəraitində beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmlənməsində fəal rol oynayır
Azərbaycan qlobal pandemiya şəraitində beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmlənməsində fəal rol oynayır
19.05.2020 [12:21]
Azərbaycan Prezidentinin beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə yönəlik təşəbbüsləri və yüksək liderlik keyfiyyətləri dünya liderləri, ictimai-siyasi xadimlər, aparıcı biznes, maliyyə institutları tərəfindən olduqca yüksək dəyərləndirilir
Xəbər verildiyi kimi, mayın 15-də CISCO şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib. Videokonfransda Azərbaycanın qlobal pandemiya şəraitində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirməsi yüksək dəyərləndirilib. Tədbirdə respublikamızın öz gündəliyini qlobal trendlərə və yeni meydana çıxan çağırışlara uyğun müəyyənləşdirməsi xüsusi olaraq nəzərə çatdırılıb.
Azərbaycan ölkəmiz üçün prioritet olan sahələr üzrə dünyanın aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir
Müstəqil Azərbaycanın xarici dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla, eləcə də dünyada tanınan transmilli şirkətlərlə əməkdaşlığı çoxistiqamətlidir. İndiyədək respublikamız birgə əməkdaşlıq şəraitində regional və qlobal əhəmiyyət daşıyan bir sıra meqa layihələrin həyata keçirilməsinə nail olub. Bu sırada enerji və nəqliyyat layihələrinin önəmini xüsusi qeyd edə bilərik. Həyata keçirilən bu kimi layihələr sayəsində regionun enerji və nəqliyyat xəritəsi təzələnib. Qürurverici haldır ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Eyni zamanda, respublikamız Avropa ilə Asiya arasında çox mühüm tranzit dəhlizə çevrilib.
Bəhs olunan videokonfransda Azərbaycanın ölkəmiz üçün prioritet olan sahələr üzrə dünyanın aparıcı şirkətləri ilə sıx əməkdaşlıq etməsi xüsusi nəzərə çatdırılıb. Bildirildiyi kimi, ölkəmizin əməkdaşlıq əlaqələrini yeni istiqamətlərlə daha da möhkəmləndirdiyi transmilli qurumlardan biri də CISCO şirkətidir. Videokonfransda ölkəmizlə CISCO şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti, reallaşdırılması nəzərdə tutulan yeni layihələr, həmçinin müasir texnologiyaların tətbiqi məsələləri müzakirə edilib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə qurum rəsmilərinin Bakıda və Davosda keçirilən çoxsaylı görüşləri əməkdaşlıq üçün yeni imkanlar açıb.
Qeyd edək ki, ölkəmizin ayrı-ayrı qurumları ilə CISCO şirkəti arasında yaxın bir neçə ili əhatə edən əməkdaşlıq tarixi kifayət qədər uğurlu olub. Qurum respublikamızda “Ağıllı şəhər” layihəsini reallaşdırır. CISCO şirkəti bu layihəyə “Ağıllı avtovağzal” ilə start verib. Nəticə kifayət qədər uğurlu alınıb. Belə ki, layihə barədə çoxsaylı müsbət rəylər daxil olub. Hazırda qurum kibertəhlükəsizlik sahəsində “Azərenerji” ilə sıx əməkdaşlıq edir. Ölkəmizlə şirkət arasında əməkdaşlıq koronavirus pandemiyası dövründə yeni istiqamətləri əhatə edib. Belə ki, CISCO şirkətinin bulud platforması və şəbəkə texnologiyaları vasitəsilə videokonfrans şəklində mühüm tədbirlər təşkil edilib. Bir qədər bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşü, həmçinin Qoşulmama Hərəkatının Təmas Qrupu formatında təşkil olunan Zirvə görüşü buna misaldır. Bundan başqa, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən CISCO şirkətinin texnologiyaları vasitəsilə dövlət qurumları üçün virtual görüşlərin təşkili və onlayn xidmətlər təklif edilir. Hazırda nazirliklə qurum 8 rəqəmsal prioritet üzərində çalışır.
Əməkdaşlığın perspektivləri də kifayət qədər genişdir. Videokonfransda gələcək əməkdaşlığıın üç əsas istiqaməti barədə fikir mübadiəsi aparılıb. Bunlar ölkəmizin prioritetləri ilə bağlı olan “Smart ölkə”, təhsil və kibertəhlükəsizlik məsələləridir. “Smart ölkə” layihəsi uzunmüddətli perspektivdə respublikamız üçün faydalı olacaq. Əməkdaşlıq üçün daha bir mövzu “Ağıllı kənd təsərrüfatı”dır. Məlum olduğu kimi, Azərbaycan özünün kənd təsərrüfatını innovativ əsaslarla inkişaf etdirməyi hədəfləyib. CISCO şirkəti isə aqrar sahənin perspektiv inkişafı ilə bağlı bu kimi planları reallaşdırmağa imkan verən qabaqcıl texnologiyaya sahibdir. Videokonfransda bildirildiyi kimi, Azərbaycan həmçinin qurumun güclü avadanlığından bəhrələnməklə özünün su ehtiyatlarından daha səmərəli istifadə etmək niyyətindədir.
Azərbaycanla CISCO şirkəti arasında müzakirə edilən bir-biri ilə bağlantısı olan “Ağıllı məktəblər” və təhsil proqramlarının yaradılması layihəsi qlobal pandemiya şəraitində xüsusi aktuallıq daşıyır. Qurumun müasir texnologiyası bu proqramı reallaşdırmağa qadirdir. Prezident İlham Əliyev bəhs olunan proqramın aktuallığını nəzərə çatdıraraq vurğulayıb: “Məsafədən təhsil imkanları həqiqətən çox vacibdir. Əgər bizdə bütün məktəblərimizin tam bağlantısı olan sistem olarsa, onda bu, çox böyük imkana çevriləcək. Siz dediyiniz kimi, bu halda Azərbaycan aparıcı ölkələrdən biri olacaq”.
Azərbaycanın dövlət başçısının irəli sürdüyü təşəbbüslər qlobal səviyyədə pandemiyaya qarşı mübarizənin səmərəliliyinin artmasına müsbət təsir göstərir
Məlum olduğu kimi, Azərbaycan yeni növ koronavirus pandemiyasına qarşı milli səviyyədə ən səmərəli mübarizə aparan ölkələr sırasında yer alır. Respublikamız, eyni zamanda, öz imkanlarını təqdim edərək pandemiyaya qarşı mübarizədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmlənməsində fəal rol oynayır. Azərbaycanın dövlət başçısının irəli sürdüyü təşəbbüslər qlobal səviyyədə pandemiyaya qarşı mübarizənin səmərəliliyinin artmasına müsbət təsir göstərir.
İlk növbədə onu vurğulamaq yerinə düşər ki, pandemiya dövründə respublikamızın Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığı ən yüksək səviyyədə qurulub. Ölkəmiz pandemiyaya qarşı mübarizədə ilk günlərdən ÜST-lə səmərəli əməkdaşlıq edir. Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırıb.
Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq həmrəyliyin möhkəmləndirilməsi məqsədilə daim yeni təşəbbüslər irəli sürür. Yuxarıda vurğuladığımız kimi, indiyədək Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə pandemiyaya qarşı mübarizə mövzusuna həsr olunan iki beynəlxalq tədbir - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşü və Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü keçirilib. Belə görüşlərin keçirilməsi yaxşı təcrübənin öyrənilməsi və pandemiyaya qarşı mübarizə tədbirlərinin beynəlxalq səviyyədə koordinasiyasının təmin edilməsi baxımından çox vacibdir.
Öz növbəsində dünya liderləri, aparıcı biznes, maliyyə institutları, ictimai-siyasi xadimlər tərəfindən Azərbaycan Prezidentinin beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, o cümlədən də qlobal pandemiyaya qarşı mübarizədə beynəlxalq həmrəyliyin təmin olunmasına göstərdiyi təşəbbüsləri təqdir olunur. Biz beynəlxalq səviyyədə dövlət başçımızın liderlik səylərinin yüksək qiymətləndirilməsinin şahidi oluruq. Məsələn, ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda beynəlxalq təhlükəsizlik, enerji təchizatının şaxələndirilməsi, siyasi islahatlar sahəsində 30 illik birgə işin, habelə iki böyük dövlət arasında gələcəkdə daha çox işlər görüləcəyi barədə fikirlər ifadə olunub. Bu, ABŞ-la Azərbaycanın dostluq münasibətlərinin çox mühüm təzahürüdür.
Bəhs olunan videokonfransda CISCO şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer Azərbaycan Prezidentinin yeni texnologiyaları dəstəkləməsindən və bu texnologiyaların ölkə üzrə tətbiqinə hazır olmasından məmnunluğunu bildirib. O vurğulayıb ki, Prezident İlham Əliyev təkcə regionda deyil, dünya çapında texnologiyaya dəstək verən liderlərdəndir. Azərbaycanın dövlət başçısının qlobal pandemiyaya qarşı mübarizədə beynəlxalq həmrəyliyin möhkəmlənməsinə yönələn təşəbbüslərini yüksək dəyərləndirən şirkətin rəsmisi bildirib: “Əslində, yaxşı və xoş təəssürat bağışlayan haldır ki, COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində liderlik səylərinizi nümayiş etdirdiniz. Çox böyük təəssürat bağışladı. Bir daha bu işlərə rəhbərlik etdiyinizə görə Sizə minnətdarıq”.
“Cənab Prezident, həmkarlarımın burada dediklərinə mən də qoşuluram. CISCO şirkətinin Azərbaycan Respublikası ilə əməkdaşlığı fantastik olmuşdur və biz bu əməkdaşlığın davamlı olmasını arzulayırıq”. Bu fikirləri isə videkonfransdakı çıxışında CISCO şirkətinin Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Conatan Spərrou ifadə edib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

