Sosial şəbəkələrin fəaliyyəti hüquq müstəvisində və konkret qanunlarla tənzimlənməlidir
04.06.2020 [09:00]
Ekspertlərin fikrincə, ölkəmiz də sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların qəbulu prosesindən kənarda qalmamalıdır
Son dövrlərdə qlobal miqyasda müzakirə predmetinə çevrilən mühüm məsələlərdən biri də sosial şəbəkələrdə hüquqi tənzimləmənin həyata keçirilməsidir. Bu istiqamətdə bir sıra ölkələrdə müvafiq addımların atıldığı müşahidə edilməkdədir. Elə mayın 28-də ABŞ Prezidenti Donald Trampın imzaladığı “Onlayn senzuradan müdafiə barədə” sərəncam da bu konteksdə atılmış mühüm addımlardan biri kimi dəyərləndirilə bilər. Ekspertlərin fikrincə, bu addım sosial şəbəkələrdə informasiya xaosunun qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.
Məsələyə münasibət bildirən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib ki, ABŞ Prezidenti Donald Trampın bu addımı onun 2019-cu ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışının davamıdır: “Həmin çıxışında ABŞ Prezidenti milli suverenliyin və vətənpərvərliyin əhəmiyyətindən söz açıb və qeyd edib ki, azad dünya öz milli köklərinə dəyər verməli, onları silməyə, əvəzləməyə çalışmamalıdır. Fikrimcə, Donald Trampın sözügedən çıxışında gələcəyin qlobalçılara deyil, vətənpərvərlərə mənsub olduğunu bəyan etməsi isə onun son addımını əsaslandıran ən önəmli məqamlardan biridir”.
Ekspertin sözlərinə görə, sosial şəbəkələrin hüquqdan və qanundan kənar, heç bir sosial məsuliyyətin olmadığı bir məkana çevrilməsi informasiya sahəsində milli və qlobal təhlükəsizliyə ciddi təhdid formalaşdırır: “Bununla yanaşı, bu sahədə rəqabət mühitinin kobud şəkildə pozulmasına, peşəkar və qanun qarşısında məsuliyyətli olan kütləvi informasiya vasitələrinin də sıradan çıxmasına zəmin yaradır. ABŞ Prezidentinin imzaladığı sənəd isə məhz qanun qarşısında hər kəsin bərabərliyinin təmin edilməsi baxımından önəmlidir. Çünki mümkün deyil ki, real həyatda sən bir ölkənin vətəndaşı kimi bu və ya digər hərəkətlərinə görə hüquqi məsuliyyət daşıyasan, amma virtual platformalarda sənin eyni davranışları nümayiş etdirməyin heç bir hüquqi məsuliyyət yaratmasın. Bu hüquqi nihilizmdir və buna son qoyulması bütün bəşəriyyətin təhlükəsizliyinə xidmət edir”.
“ABŞ Prezidentinin imzaladığı sənəd beynəlxalq müstəvidə də sosial şəbəkələrin fəaliyyəti ilə bağlı hüquqi mexanizmlərin yaradılmasına əsas verir. Artıq qlobal müstəvidə virtual hüquq məcəlləsinin yaradılmasına və sosial şəbəkələrin, internet resurslarının yayımlandıqları məkanların milli qanunvericiliklərinə uyğun olaraq fəaliyyətlərinin tənzimlənməsinə ehtiyac var. Sosial şəbəkələr üzərindən milli-mənəvi dəyərlərinə, sözün əsl mənasında, müharibə elan edilən, bu şəbəkələr üzərindən terrorla, insanlıq əleyhinə cinayətlərlə təhdid olunan bir ölkənin vətəndaşı kimi, Azərbaycan xalqının mütləq əksəriyyətinin sosial şəbəkə xaosuna son qoyulmasının tərəfdarı olduğuna qətiyyən şübhə etmirəm”, - deyə E.Mirzəbəyli vurğulayıb.
Öz növbəsində, Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, hazırda sosial şəbəkələrin fəaliyyətinin hüquqi müstəvidə tənzimlənməsi məsələsi ciddi xarakter alıb: “Ən azı ona görə ki, sosial şəbəkələrin məsuliyyətsizliyi artıq real təhlükəyə çevrilib. Belə ki, sosial şəbəkələr barədə universal normativ standartların mövcud olmaması burada feyk məlumatların, mənəvi-əxlaqi normalara zidd materialların, terrora, zorakılığa çağırışların, qeyri-qanuni ticarətin və digər zərərli əməllərin geniş yayılmasına, ayrı-ayrı fərdlərə, şirkətlərə və ölkələrə qarşı kampaniyaların təşkil olunmasına şərait yaradır. Buna görə də bu özbaşınalığa son qoyulmalıdır. Artıq istər ümumilikdə beynəlxalq müstəvidə, istərsə də ayrı-ayrı ölkələr tərəfindən sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanunların qəbul edilməsinin vaxtı çatıb”.
V.İskəndərov əlavə edib ki, dəfələrlə xarici anti-Azərbaycan qüvvələrinin sosial şəbəkələr, onlayn platformalar vasitəsilə qərəzli hücumlarına məruz qalan ölkəmiz də bu xaosdan çox əziyyət çəkir: “Çünki müstəqil siyasət yürüdən güclü dövlət kimi Azərbaycanın beynəlxalq arenada nüfuzunun artması anti-Azərbaycan və ermənipərəst dairələri narahat edir. Bununla yanaşı, bəzi qüvvələr məhz sosial şəbəkələrin yaratdığı imkanlardan istifadə edərək Azərbaycana qarşı müxtəlif qərəzli kampaniyalar təşkil edir, dövlətimizə qarşı yalan, böhtan, təhqir dolu fikirlər səsləndirirlər. Buna görə də hesab edirəm ki, söyüş, qeyri-etik davranış, bəzi hallarda isə terrora, qarşıdurmaya çağırış platformasına çevrilən sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı dünyada gedən qlobal prosesdən ölkəmiz də kənarda qalmamalı və ümumi işə öz töhfəsini verməlidir”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25

