/ / İlk dəfə Milli Məclisdə beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə videokonfrans formatında görüş keçirilib
İlk dəfə Milli Məclisdə beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə videokonfrans formatında görüş keçirilib
11.06.2020 [21:24]
Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova ilk dəfə beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə videokonfrans formatında görüşüb.
Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə beynəlxalq fəaliyyətin daha səmərəli həyata keçirilməsi və heyətlər arasında əlaqələndirmənin daha yaxşı qurulması istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Videokonfransda çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova deyib ki, görüşün məqsədi nümayəndə heyətlərimiz qarşısında qoyulan hədəflər, gözləntilərimiz və beynəlxalq təşkilatlar üzrə heyətlərin iş prinsipləri haqda fikir mübadiləsi aparmaqdır. O bildirib ki, VI çağırış Milli Məclisdə beynəlxalq təşkilatlar üzrə 12 nümayəndə heyəti və bir ikitərəfli komissiya fəaliyyət göstərir. “Əminəm ki, işimizi doğru və əlaqələndirilmiş şəkildə quracağımız təqdirdə bütün bu platformalar bizə parlament diplomatiyamızı uğurla həyata keçirmək imkanı verəcəkdir”, - deyə Sahibə Qafarova qeyd edib.
Altıncı çağırış Milli Məclisin ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyevin nitqində əksini tapan konseptual məsələlərin parlamentin beynəlxalq fəaliyyətinin həyata keçirilməsində də “yol xəritəsi” kimi çıxış etdiyini deyən Milli Məclisin Sədri bildirib: “Parlamentin Sədri olaraq mənim məsuliyyətim dövlətimizin başçısının tövsiyələri əsasında beynəlxalq fəaliyyətimizin daha səmərəli qurulmasını təmin etməkdir”.
Sahibə Qafarova deyib ki, Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, beynəlxalq təşkilatlar üzrə nümayəndə heyətlərimizin fəaliyyəti Azərbaycanın milli maraqlarını qorumağa, fərqli gündəlikləri ilə ölkəmizə təzyiq etməyə çalışan qrupların bu cəhdlərinin qarşısının alınmasına yönəlməlidir. O deyib: “Çünki Azərbaycan Prezidentinin də hər zaman dediyi kimi, həqiqət bizim tərəfimizdədir, doğru olan bizik! Hər bir fürsətdən istifadə edib, Dağlıq Qarabağ mövzusunu diqqətdə saxlamalıyıq”.
Videokonfransda çıxış edən nümayəndə heyətlərinin rəhbərləri Milli Məclisdə ilk dəfə belə bir görüşün keçirilməsinə görə minnətdarlıqlarını bildirib, gələcək fəaliyyətləri ilə bağlı fikirlərini ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48

