Ermənilərin azərbaycanlılara qarşı yeni terror dalğası başlayıb
24.07.2020 [23:18]
Respublikamızın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə və dinc aksiya iştirakçılarına qarşı törədilən təxribatların, vandalizm aktlarının qarşısı alınmalı, belə hallar müvafiq ölkələrin aidiyyəti orqanları tərəfindən araşdırılmalı və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməlidir
Son bir həftə ərzində respublikamızın ayrı-ayrı ölkələrdəki diplomatik nümayəndəliklərinə və Ermənistanın hərbi birləşmələrinin dövlət sərhədinin Tovuz istiqamətində törətdikləri təxribatların qarşısını alan ordumuzla, dövlətimizlə həmrəylik aksiyaları keçirən dinc azərbaycanlılara qarşı radikal ermənilər tərəfinən təxribatlar törədilir ki, bu da Azərbaycan cəmiyyətində haqlı olaraq kəskin şəkildə qınanılır. Bu günlərdə cəmiyyətimizin müxtəlif təbəqələrinin nümayəndələri, o cümlədən də görkəmli ziyalılarımız, Milli Məclisin deputatları, müstəqil politoloqlar xaricdəki erməni diasporunun və erməni terror təşkilatlarının vasitəçiliyi ilə törədilən təxribat əməllərini qətiyyətlə pisləyərlər. Bildirilir ki, dövlət sərhədinin Tovuz istiqamətində törədilən son təxribatın bütün məsuliyyəti düşmən dövlətin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Eyni zamanda, respublikamızın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə və aksiya keçirən dinc azərbaycanlılara qarşı törədilən təxribat və terror hadisələri də Ermənistan rəhbərliyinin siyasi iradəsi ilə baş tutur. Ümumi qənaət belədir ki, rəsmi Yerevan xarici ölkələrdə azərbaycanlılara qarşı terroru sanksiyalaşdırıb və beynəlxalq miqyasda ermənilərin azərbaycanlılara qarşı yeni terror dalğası başlayıb. Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri tələb edirlər ki, dinc azərbaycanlılara qarşı erməni terrorunun qarşısı alınmalıdır.
“Erməni təxribatları ara vermir. Düşmən dövlətin baş naziri Nikol Paşinyan, əslində, azərbaycanlılara qarşı yeni etnik mühatibə elan edib. İşğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistanın silahlı qüvvələri heç vaxt Azərbaycanla açıq döyüşlərdə uğur qazana bilməyib. Buna görə də düşmən tərəf öz mənfur planlarını həyata keçirmək üçün daim təxribatlara və terror əməllərinə əl atır. Bunu son hadisələr də bir daha təsdiqləyir. Ermənilər əvvəlcə qoşunların təmas xəttində növbəti təxribata əl atdılar. Ermənistanın hərbi birləşmələrinin iyulun 12-də və sonrakı günlərdə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdikləri təxribat cəhdlərinin qarşısı ordumuzun cavab həmlələri ilə alındı. Döyüş meydanında burunu ovulan düşmən, necə deyərlər, bundan sonra cəbhəni dəyişib. Məlum olduğu kimi, ordumuzun düşmənə layiqli cavab verməsi Azərbaycan cəmiyyətində yüksək əhval-ruhiyyə yaradıb. O cümlədən xaricdə yaşayan soydaşlarımız bu günlərdə dövlətimizlə, ordumuzla dinc həmrəylik nümayişləri keçirərək düşmənin işğalçılıq siyasətini, Tovuz istiqamətində törətdiyi növbəti təxribatı pisləyirlər. Soydaşlarımızın yaşadıqları ölkələrin qanunları çərçivəsində belə dinc aksiyalar keçirmələri onların vətənpərvərliyini təcəssüm etdirməklə yanaşı, həm də müstəsna hüquqlarıdır. Ermənilərin isə xaricdə yaşayan soydaşlarımızın keçirdikləri belə dinc aksiyalara dözümsüz yanaşmaları onların əsl simasını, terrorçu mahiyyətlərini açıb göstərir”. Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov ifadə edib.
O vurğulayıb ki, son bir həftə ərzində Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland və Belçikada diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan və Ermənistanın iyulun 12-dən başlayaraq Tovuz istiqamətində törətdiyi növbəti təxribatlara etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllər törədilir: “Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar özündə vandalizm və terror elementlərini ehtiva edir. Ermənilərin Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə və etiraz aksiyaları keçirən dinc azərbaycanlılara qarşı təxribatlara əl atmaları açıq-aydın cinayət məsuliyyəti doğuran əməllərdir. Şoxsaylı aksiya iştirakçılarına ermənilər tərəfindən fiziki güc tətbiq olunur, onlara xəsarətlər yetirilir, sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüquqları pozulur”.
Milli Məclisin deputatı Vüqar İskəndərov isə qəzetimizə açıqlamasında bildirib ki, ermənilərin bu tipli təxribatları, eləcə də terrorçuluq fəaliyyətləri yeni deyil. Millət vəkili xatırladıb ki, 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetiriblər, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törədiblər, 24 türk diplomatını qətlə yetiriblər. “1991-ci ildə Ermənistan Respublikası müstəqilliyini bəyan etdikdən sonra terroru dövlət siyasəti səviyyəsinə qaldırmış bu ölkənin xüsusi xidmət orqanları Azərbaycanın müxtəlif yerlərində çoxsaylı terror aksiyaları təşkil ediblər. Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə və dinc aksiya iştirakçılarına qarşı törədilən təxribatların, vandalizm aktlarının qarşısı alınmalı, belə hallar müvafiq ölkələrin aidiyyəti orqanları tərəfindən araşdırılmalı və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməlidir. Xatırladaq ki, Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir”, - deyə V.İskəndərov bildirib.
V.İskəndərov adətən belə vandalizm, insan hüquq və azadlıqlarına qəsd kimi hallara qarşı barışmaz mövqe nümayiş etdirən beynəlxalq qurumların, hüquq-müdafiə təşkilatlarının susqunluğunun anlaşılan olmadığını da bildirib. Millət vəkilinin sözlərinə görə, bu, həmin təşkilatlarda ikili standartların və selektiv yanaşmanın hökm sürdüyünü aydın göstərir.
Deputat ermənilərin törətdikləri təxribat və terror əməlləri ilə bağlı dezinformasiya yaymağa və bu yolla beynəlxalq ictimaiyyəti aldatmağa cəhd göstərmələrinə də münasibət bildirib. Onun sözlərinə görə, ermənilər beynəlxalq ictimai rəyi çaşdırmaq üçün növbəti dəfə təxribata əl atdılar və indi də bunun üzərində müxtəlif ssenarilər qurub reallaşdırmağa, “azərbaycanlıların məzlum ermənilərə qarşı qəddarlığı” tipli dezinformasiya yaymağa çalışırlar: “Təbii ki, xaricdə yaşayan azərbaycanlılar ermənilərin onlara qarşı aqressiv davranmalarını cavabsız qoymurlar. Lakin bütün dünya bilməlidir ki, xaricdə yaşayan soydaşlarımızın erməniləri döymələri halları bir sıra ölkələrdə ermənilərin azərbaycanlılara qarşı qəddar davranışı, həmyerlilərimizə ciddi fiziki güc tətbiq olunması, səfirliklərimizə münasibətdə vandallıq aktlarının törədildilməsi ilə bağlıdır, bütün bu vəhşiliklərə cavab reaksiyasıdır”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

