Pyer-Alən Rafan: Azərbaycan enerji təchizatı sahəsində Avropa İttifaqının vacib tərəfdaşıdır
06.08.2020 [09:08]
Təəssüf ki, bəzi fransız deputatlar, hətta Milli Assambleyada əksəriyyət qrupuna mənsub olanlar müntəzəm şəkildə ermənipərəst mövqe tutmaqla Xarici İşlər Nazirliyini bu məsələyə qarışdıraraq, vəziyyəti qızışdırmağa çalışırlar. Nə ailə mənşəyi, nə cəmiyyətdəki hər hansı lobbiyə aid olması, nə də bütövlükdə müsəlman dünyasına lüzumsuz nifrət etməsi milləti təmsil edən bir şəxsin iki xarici ölkə arasındakı qarşıdurma ilə bağlı birtərəfli mövqe tutmasına haqq qazandırmır. Çünki bu, həm beynəlxalq hüquqa, həm də Fransanın və Avropanın strateji maraqlarına və diplomatik fəaliyyətinə ziddir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Pyer-Alən Rafanın “atlantico.fr” portalında dərc edilmiş “Ermənistan və Azərbaycan arasında gərginlik. Dağlıq Qarabağ: Fransa deputatının sülh və gələcəyə dair müraciəti” sərlövhəli məqaləsində yer alıb.
Fransalı deputat müraciətində 1993-cü ildən bəri beynəlxalq hüquq, eləcə də BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası bir çox qətnamələr qəbul etməklə Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu təsdiqlədiyini xatırladıb.
Qeyd edib ki, 1991-ci ildə Azərbaycan ərazisinin 16 faizinin Ermənistan tərəfindən qanunsuz işğal olunması danılmaz faktdır. Bu işğalın nəticəsində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” heç bir ölkə, hətta Ermənistan tərəfindən də tanınmayıb. Bu, Azərbaycanın işğal edilmiş torpaqlarının ilhaqıdır.
Deputat 1990-cı illərin əvvəllərində münaqişənin humanitar nəticələrinin dəhşətli olduğunu bildirib, münaqişə nəticəsində 30 min insanın həyatını itirdiyi, işğal edilmiş ərazilərdə, eləcə də Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlının doğma yurdundan didərgin salındığını, onların qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulayıb. Azərbaycan dövlətinin bir milyondan çox qaçqın və məcburi köçkün ailəsinin iqtisadi və sosial problemlərini təkbaşına həll etdiyi, onların sosial təminatı üçün yorulmadan çalışdığı diqqətə çatdırılıb. Vurğulanıb ki, insanların doğma torpaqlarına qayıtması üçün münaqişənin sülh yolu ilə həlli çox vacibdir.
Qeyd olunub ki, 30 illik münaqişə vəziyyəti Ermənistanı iqtisadi cəhətdən çökdürüb. İşğalçı ölkə inkişafdan qalıb, orada demoqrafik vəziyyət pisləşib və gənclər ölkəni tərk ediblər.
Beləliklə, hər iki qonşu ölkə münaqişənin danışıqlar yolu ilə həllində maraqlıdır.
Deputat diqqətə çatdırıb ki, səsləndirilən bəzi saxta ittihamların əksinə olaraq, Azərbaycan dünyəvi ölkədir. Əlbəttə, onun əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edir. Ancaq ölkədə digər dinlərlə münasibətdə insanlar açıq ruhludurlar.
Vurğulanıb ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizəyə töhfə verir. Bir çox dövlətlər kimi, Azərbaycanda da demokratik idarəçiliyin bütün normaları tam təmin edilməsə də, rəsmi Bakı bu istiqamətdə tədricən konkret tərəqqiyə nail olub.
“Müəyyən dairələrin təsiri altında olan media orqanları Azərbaycanın nüfuzuna kölgə salan yazılar dərc edirlər. Lakin yazılarda qeyd etdiklərinin əksinə olaraq Azərbaycan diktaturadan uzaq, prezidentli ölkədir.
Avropa İttifaqı ilə yaxşı münasibətlər qurulub. Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan bu ittifaqın üzvü olan ölkələrin mühüm müttəfiqidir. Şərq Tərəfdaşlığının 6 ölkəsi arasında Azərbaycan ən maraqlı tərəfdaşdır, çünki nə iqtisadi, nə də siyasi baxımdan heç kimdən asılı deyil. Avropa İttifaqı ilə qarşılıqlı maraq kəsb edən sektorlarda bərabər imkanlar çərçivəsində əməkdaşlıqda maraqlıdır. Aİ ilə Azərbaycan arasında yeni əməkdaşlıq sazişi müzakirə olunur və ikitərəfli əməkdaşlıq şurası müntəzəm olaraq toplaşır”, - deyə Pyer-Alən Rafan vurğulayıb.
O qeyd edib ki, iqtisadi inkişafın şaxələndirilməsində, əhalisinin rifahının yüksəldilməsində Azərbaycan karbohidrogen ehtiyatlarından səmərəli istifadə etməyi bacarıb. Azərbaycan enerji təchizatının təminatı sahəsində Avropa İttifaqının vacib tərəfdaşıdır.
Fransa ilə Azərbaycan arasında mədəniyyət sahəsindəki əlaqələrə toxunan deputat bu münasibətlərin sıx olduğunu diqqətə çatdırıb. Azərbaycanın Luvr muzeyinin İslam bölməsinin yaranmasına töhfə verdiyini, eləcə də Fransada kilsələrin bərpasında mühüm rol oynadığını qeyd edib. Eyni zamanda, Bakıda Fransız Liseyinin, Strasburq Universiteti və Azərbaycan Neft və Sənaye Universitetinin birgə əməkdaşlığı ilə Fransa-Azərbaycan Universitetinin (UFAZ) yaradıldığını bildirib.
Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri bildirib ki, rəsmi Parisin Dağlıq Qarabağla bağlı tarazlı mövqeyi məhz bu faktların obyektiv təhlilindən irəli gəlir.
Pyer Alən Rafan münaqişə tərəflərindən birini qəhrəman kimi qələmə verən, digərini tamamilə mənfi obrazda təqdim edən bəzi fəalların qərəzli mövqeyinin Fransanın və Avropanın maraqlarına zidd olduğunu deyib. Bu cür yanaşmanın çox təhlükəli olduğunu xatırladan deputat iyulun 14-də bəzi fəalların Azərbaycanın Fransadakı səfirliyinə və onun Mədəniyyət Mərkəzinə hücumunu insanlara zərər verə biləcək qeyri-qanuni hərəkətlər kimi xarakterizə edib. Belə zorakılıq halların Fransa qanunları ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

