Dünyada koronavirus pandemiyasının ikinci dalğası başlayır
06.08.2020 [09:22]
Ekspertlərin qənaətinə görə, indiki halda ölkəmizdə bu infeksiyaya qarşı mübarizədə vətəndaşların üzərinə düşən əsas vəzifə tətbiq olunan müvafiq qaydalara əməl etmək, o cümlədən sosial məsafəni gözləmək və qoruyucu vasitələrdən istifadə etməkdir
Məlum olduğu kimi, bəşəriyyət uzun müddətdir ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasından əziyyət çəkir. Bugünlərdə yayılan məlumat isə bu bəlanın hələ də dünyanı təhdid etdiyindən xəbər verir. Həmin məlumatda qeyd olunur ki, dünyada artıq koronavirus pandemiyasının ikinci dalğası başlayıb. Qeyd edək ki, istər birinci dalğa zamanı, istərsə də, gözlənilən ikinci dalğa dövründə Azərbaycan vətəndaşlarının bu xəstəlikdən daha az itkilərlə çıxması üçün dövlətimiz lazım olan bütün addımları atır. Lakin ekspertlərin qənaətinə görə, COVİD-19-la mübarizənin səmərəli olması üçün dövlətin gördüyü işlərlə yanaşı vətəndaşlardan da çox şey aslıdır. Belə ki,indiki halda ölkəmizdə bu infeksiyaya qarşı mübarizədə vətəndaşların üzərinə düşən əsas vəzifə tətbiq olunan müvafiq qaydalara əməl etmək, sosial məsafəni gözləmək və qoruyucu vasitələrdən istifadə etməkdir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Fatma Yıldırım bildirib ki, ölkəmizdə mövcud sanitar-epidemioloji vəziyyətə müvafiq olaraq xüsusi karantin rejimi avqustun 31-dək uzadılıb. Eyni zamanda, xüsusi karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların edilməsinə qərar verilib. Millət vəkilinin sözlərinə görə, bütün qəbul olunmuş qərarlar məhz vətəndaşların sağlamlığının qorunmasına xidmət edir: “Diqqət yetirsək, görəcəyik ki, sərt karantin rejiminin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyətdə stabilləşmə müşahidə edilir. Bu isə ölkə ərazisində COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdir. Bu, çox vacib məsələdir. Çünki dünyanın bir sıra ölkələrində pandemiyanın növbəti dalğası başlayıb. Məsələn, alimlər İngiltərədə daha güclü ikinci COVID-19 dalğası barədə xəbərdarlıq edirlər. Bildirilir ki, İngiltərə daha yaxşı sınaq və izləmə sistemi olmadan məktəbləri yenidən açarsa, bu qışda orijinal yayılma vəziyyətindən ikiqat daha ağır olan ikinci COVID dalğası ilə qarşılaşacaq. Estoniyanın Sağlamlıq Departamenti isə ölkədə koronavirusun ikinci dalğasının başladığını açıqlayıb. Gözləntilərə görə, avqustun 6-da bu ölkənin hökuməti koronavirusla mübarizə tədbirlərini sərtləşdirəcək. Eləcə də, Almaniyanın Həkimlər Birliyi ölkədə pandemiyanın ikinci dalğasının başladığını elan edib. Bundan başqa, Fransa hökumətinin nəzdində fəaliyyət göstərən Fransa Elmi Şurası hesab edir ki, yaxın aylarda ölkə COVID-19-un ikinci dalğası ilə qarşılaşacaq. Təşkilatın qənaətinə görə, epidemiyanın ikinci dalğasının payızda və ya qışda olma ehtimalı yüksəkdir”.
Millət vəkili söyləyib ki, bu kimi faktlar pandemiyanın dünya üçün hələ də böyük təhlükə olaraq qaldığını göstərir. Bu baxımdan, Azərbaycan hökumətinin qəbul etdiyi qərarlar anlayışla qarşılanmalıdır.
“Ölkəmizdə xüsusi karantin rejiminin uzadılması haqqında qərarın ciddi əsasları var. Azərbaycan hökuməti bu məsələni dərindən təhlil edərək qərar verib”. Bu fikirləri isə Milli Məclisin deputatı Anar Məmmədov deyib. A.Məmmədov bildirib ki, karantin rejiminin uzadılması ilə yanaşı bəzi yumşalmalar da var.
Millət vəkillərinin sözlərinə görə, çimərliklərdən istifadəyə icazə verilməsi yumşalmaların bir nümunəsidir: “İndiyə kimi, bir çox vətəndaşlar xarici ölkələrdən nümunə gətirir və nəyə görə orada çimərliklərin açıldığını, Azərbaycanda isə buna icazə verilmədiyini bildirirdilər. Buna görə də “ASAN xidmət” pandemiya dövründə çimərlik ərazilərindən istifadə ilə bağlı beynəlxalq təcrübəni öyrəndi, çimərlik üzrə tətbiq edilən qaydları və şərtləri araşdırdı. Nəticə etibarilə vətəndaşlar üçün ən təhlükəsiz şəraitdə çimərliklərdən istifadə təmin edildi”.
A.Məmmədov bildirib ki, vətəndaşların çimərliklərə buraxılması üçün qısa zamanda hazırlıqlar aparılıb, əslində bir növ böyük bir iş ortaya qoyulub. 120 çimərlikdə xüsusi çimərlik zonası yaradılıb, məlumatlandırıcı lövhələr və dezinfeksiya etmək üçün xüsusi qurğular quraşdırılıb. Prosesə 1000 ASAN könüllüsü cəlb edilib: “Dövlət bunu kimin üçün edir? Öz vətəndaşı, onun rahatlığı üçün. Əgər dövlətin bütün səyləri vətəndaşı qorumaq, təhlükənin qarşısını almağa yönəlibsə, bunu qiymətləndirmək lazımdır. Bu gün ilk olaraq çimərliklər açıldı, növbəti mərhələlərdə müxtəlif yumşalmalar da ola bilər. Əslində, biz nə qədər məsuliyyətli olsaq, gigiyena və sosial məsafə qaydalarına riayət etsək, normal həyata qayıdış daha sürətli olar”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32

