"Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm"
03.03.2010 [10:42]
Dünən “Hyatt Regency” otelinin Quba zalında Avropa Xalq Partiyasının prezidenti, Belçikanın sabiq baş naziri Vilfred Martinsin “Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, kitabın müəllifi V.Martins Avropanın tanınmış və nüfuzlu siyasətçilərindən biridir və o, Belçikanın inkişafında müstəsna xidmət göstərib. “O, Belçikanın baş naziri kimi ölkəsinin Avropanın mərkəzlərindən birinə çevrilməsinə nail olub. V.Martins, həmçinin, Avropada ən güclü siyasi təşkilat olan Avropa Xalq Partiyasının yaradıcılarından biridir”, deyən komitə sədri V.Martinsin iştirakı ilə onun kitabının Azərbaycanda təqdimatının keçirilməsinin böyük hadisə olduğunu vurğulayıb. S.Seyidov kitabın ön sözünün müəllifinin Almaniyanın kansleri Angela Merkelin olmasının da bir çox məqamlardan xəbər verdiyini bildirib. Onun sözlərinə görə, kansler də kitabın müəllifini Avropanın ən nüfuzlu siyasətçilərindən biri kimi xarakterizə edib. S.Seyidov bildirib ki, V.Martinsin rəhbərlik etdiyi partiya Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurası kimi təşkilatlara ən güclü təsir edən partiyadır. 2007-2008-ci illərdə Belçikanın böhranla üzləşdiyini xatırladan komitə sədri belə bir zamanda V.Martinsin həmin dövlətin hökumət başçısı vəzifəsinə dəvət olduğunu deyib. Və Martins ölkəsini bu dəfə də böhrandan xilas edib. “Onun adı K.Adenaur, U.çörçill kimi siyasətçilərin adı ilə yanaşı çəkilir”, deyə komitə sədri vurğulayıb.
Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova isə bildirib ki, kitabda müəllifin 50 illik siyasi fəaliyyəti və zəngin həyat yolu ilə bağlı məqamlar öz əksini tapıb. Vitse-spikerin fikrincə, təqdimatın ölkəmizdə keçirilməsi Azərbaycan-Avropa əlaqələrinə öz töhfəsini verən hadisə olacaq. B.Muradovanın sözlərinə görə, təqdimatın Bakıda keçirilməsi Avropanın da Azərbaycana marağının daha da artmasının göstəricisidir. “Kitabdan göründüyü kimi sadə bir ailədə doğulan bir insan Avropanın siyasi liderlərindən birinə çevrilib. V.Martins indəyədək zəngin bir həyat yolu keçib. O, həmçinin, tələbə olarkən gənclər hərəkatına rəhbərlik edib. Avropa iqtisadi böhranla üzləşəndə də V.Martins bir siyasətçi kimi uğur qazanmağa qadir olduğunu sübut edib”, deyən B.Muradovanın fikrincə, Avropa Xalq Partiyası ilə əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında böyük rol oynaya bilər.
Təqdimat mərasimində çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıxov ölkəmizin xarici siyasətinin əsas xətlərinin birinin beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq olduğunu qeyd edib. Bu baxımdan, Avropada fəaliyyət göstərən qurumlarla münasibətlər də önəmlidir. Onun sözlərinə görə, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, NATO ilə əməkdaşlığa böyük önəm verilir. Nazir müavini Avropa İttifaqı ilə əməkdaşlığa toxunaraq “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində vacib layihələrin həyata keçirildiyini vurğulayıb. Onun fikrincə, ölkəmizin Avropanın aparıcı siyasi qüvvəsi olan Avropa Xalq Partiyası ilə əməkdaşlığı da əhəmiyyətlidir. “Avropa İttifaqının üzvü olan dövlətlərin nüfuzlu partiyaları Avropa Xalq Partiyasında birləşib. Belə bir siyasi qüvvə ilə Yeni Azərbaycan Partiyasının əməkdaşlığı sevindiricidir. Xarici İşlər Nazirliyi olaraq bu istiqamətdə YAP-a həmişə dəstək vermişik və bundan sonra da verəcəyik” deyə nazir müavini qeyd edib.
Milli Məclisin deputatı Asəf Hacıyev bildirib ki, kitabda müəllifin siyasi fəaliyəti dolğun təsvir edilib. “Belçika problemlərlə üzləşəndə V.Martins hər zaman öz siyasi təcrübəsinə güvənib və onun xalqı da həmişə bu siyasətçiyə dəstək verib. Beləliklə də, o, həmişə dövlətini böhrandan çıxarıb. 9 dəfə Belçikanın baş naziri olmuş bu şəxsin siyasi nüfuzu bütün Avropada qəbul olunur” deyə millət vəkili qeyd edib. A.Hacıyev Azərbaycanda da 1990-cı illərin əvvələrində baş vermiş hadisələrə toxunub və ölkəmizin böhrandan, təhlükələrdən Ulu öndər Heydər Əliyev tərəfindən xilas edildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Avropa Xalq Partiyası Avropa İttifaqının ən böyük qrup partiyasıdır və Avropanın aparıcı partiyalarını özündə birləşdirir. Avropa Xalq Partiyasına Avropa İttifaqına üzv olan dövlətlərin sağ-mərkəz yönümlü siyasi partiyaları üzvdür. “Yəni bu təşkilat özündə şəxsləri deyil, partiyaları birləşdirir. Bu qrupa Avropanın 39 ölkəsini təmsil edən 74 partiya daxildir. Onların arasında 18 hökumət başçısı təmsil olunur. Almaniyanın baş naziri Angela Merkelin təmsil olunduğu Xristian Demokrat Partiyası, eləcə də, Fransanın prezidenti N.Sarkozi, İtaliyanın baş naziri S.Berluskoni kimi şəxslərin rəhbərlik etdikləri partiyalar bu qrupun üzvləridir. Avropanın İspaniya, Portuqaliya, Niderland, İsveç kimi dövlətləri də bu qrupda təmsil olunurlar. Eyni zamanda, Avropa Xalq Partiyası Avropa Parlamentində 250-dən çox deputatla təmsil olunur ki, bu da həmin qurumda ən böyük fraksiyadır”, deyən A.Hacıyev Avropa dəyərlərinin bir düşüncə tərzi olduğunu bildirib. Onun sözlərinə görə, təqdimatı keçirilən kitabda bu dəyərlərin əhəmiyyəti vurğulanır.
Kitabın müəllifi Vilfred Martins belə bir təqdimatın Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə edib. O, çıxışında kitabda yer alan mövzular, Avropanın inkişaf tarixi, eləcə də, Avropa Xalq Partiyasının bu qitədəki önəmi haqqında öz fikirlərini bildirib. Azərbaycanda demokratiyanın inkişaf etdiyini deyən V.Martins ölkəmiz haqqında da kitab yazacağını bildirib.
“Azərbaycan həm Avropa Şurasının, həm də Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının üzvü kimi bizim üçün ciddi əhəmiyyət daşıyır. Biz regionda Azərbaycanın rolunu dəyərləndiririk”, deyə qonaq qeyd edib.
O, Avropa Xalq Partiyasının Azərbaycanın demokratik inkişafında hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib.
Yeni Azərbaycan Partiyasının Avropa Xalq Partiyasına müşahidəçi statusunda üzv olmasına gəlincə, V.Martins YAP-ın bu barədə təşkilata ərizə ilə müraciət etdiyini xatırladıb. “Avropa Xalq Partiyasına üzvlük məsələsində insan hüquqlarına və demokratik proseslərə hörmət bəsləmək əsas şərt kimi irəli sürülür. Bu ilin mart ayında bizim işçi qrupunda YAP-ın üzvlüklə bağlı müraciətinin müzakirəsi ilə bağlı görüşümüz nəzərdə tutulur. Hesab edirəm ki, bu il YAP-ın üzvlüklə bağlı müraciətinə müsbət cavab veriləcək. Zənnimcə bu, bizim Azərbaycanla münasibətlərimizin genişləndirilməsində vacib rol oynayacaq”, deyə o, vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45

