Prezident İlham Əliyev: İnkişafımız dayanıqlıdır və perspektivlərimiz də çox gözəldir
06.08.2020 [09:25]
Kompleks yanaşma Azərbaycanın sürətli inkişafına imkan verir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin regionlarına səfərləri və yerlərdə ictimaiyyət nümayəndələri ilə çoxsaylı görüşlər keçirməsi gözəl bir ənənəyə çevrilib. Belə səfərlər və görüşlər isə izsiz ötüşmür. Dövlət başçısı bölgələrə çoxsaylı səfərləri zamanı inkişaf prosesləri, həmçinin problemlərlə şəxsən tanış olur, əvvəllər verilən qərarların icrası ilə maraqlanır, ictimaiyyət nümayəndələrindən yeni təkliflər alır. Beləliklə, insanlarla ölkə Prezidenti arasında sıx ünsiyyət yaranır, onların sosial sifarişləri, qaldırdıqları məsələlər nəzarətə götürülür və icrası təmin edilir ki, bu da yüksək vətəndaş məmnunluğu yaradır, yerlərdə icra intizamının möhkəmlənməsinə, məmurların məsuliyyətinin daha da artmasına müsbət təsir göstərir.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev bu günlərdə ölkənin şimal-qərb regionlarında səfərdə olub. Dövlət başçımızın bölgələrə növbəti səfəri də olduqca məhsuldar keçib. Belə ki, səfər zamanı Prezident İlham Əliyev Qobustan, İsmayıllı, Qəbələ, Balakən və Şəki rayonlarında çoxsaylı infrastruktur obyektlərinin, o cümlədən modul tipli xəstəxanaların açılışına qatılıb, Balakən rayonunda “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub, burada regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib və Özünün dəyərli tövsiyələrini verib.
Pandemiya dövründə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına yönələn layihələr uğurla davam etdirilir
Bu məqamda qeyd etmək yerinə düşər ki, bu gün unikal və spesifik inkişaf modeli bütün dünyada böyük maraq doğuran Azərbaycanın müsbət reallıqlarını paytaxt Bakı ilə yanaşı, həm də ölkənin regionlarında izləmək mümkündür. Son 16 ildə ümumi inkişaf proseslərinin bütün ölkəni əhatə etməsini, bölgələrin də iqtisadi güc amilinə çevrilməsini şərtləndirən əsas amil qismində isə Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla yerinə yetirilməsi çıxış edir. İndiyədək respublikamızda regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət proqramının icrası yüksək səviyyədə təmin edilib və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Hazırda bəhs olunan bu proqramın da icrası yüksək səviyyədə təmin edilir və ayrı-ayrı bölgələrdə nəzərdə tutulan layihələrin icrasına böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir.
Respublikamızda 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının icrası çərçivəsində həyata keçirilən çoxsaylı layihələr sayəsində Azərbaycan infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Nəticədə, respublika üzrə həm iqtisadi fəallığın artmasına, həm də insanların həyat şəraitinin yaxşılaşmasına münbit şərait yaranıb.
Qeyd edək ki, hazırda yeni növ koronavirus (COVİD-19) infeksiyası səbəbindən dünya ölkələrinin əksəriyyətində sosial və iqtisadi layihələr dayandırıldığı halda, Azərbaycanda regionların inkişafına yönələn layihələrin icrası davam etdirilir. Verilən məlumatlara görə, pandemiya səbəbindən indiyədək 150-dən çox ölkə maliyyə yardımı almaq üçün Dünya Bankına, Beynəlxalq Valyuta Fonduna müraciət edib. Azərbaycanın adı bu siyahıda yoxdur. Ölkəmiz öz inkişafını öz hesabına təmin edir. Pandemiya səbəbindən respublika üzrə ümumi daxili məhsul istehsalında müəyyən azalma müşahidə edilsə də, ayrı-ayrı sahələrdə inkişaf templəri qorunub saxlanılıb. O cümlədən 2020-ci ilin ilk yarısında respublikamızda kənd təsərrüfatı çətinliklərə baxmayaraq, 2,2 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 11 faizdən çox artıb.
Bir sıra çətinliklərlə müşayiət olunan qlobal pandemiya şəraitində Azərbaycanın dünyanın ayrı-ayrı ölkələri ilə müqayisədə dayanıqlılıq nümayiş etdirməsi beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Bu baxımdan BMT-nin bir qədər bundan əvvəl yaydığı “Davamlı inkişaf hesabatı - 2020” sənədi də istisna deyil. Sənəddən aydın olur ki, Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə regionda liderdir və dünya ölkələri arasında mühüm nəticə nümayiş etdirir. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedə yer alıb. Qeyd edək ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda “davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstərici 70,9-dur.
Azərbaycanın uğurlarını şərtləndirən əsas amillərdən biri ondan ibarətdir ki, respublikamızda bütün məsələlərin həllinə kompleks yanaşma tətbiq olunur. O cümlədən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının icrası zamanı bölgələrin əmək ehtiyatları, ənənələri mütləq nəzərə alınır. Prezident İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışından sonra ASAN könüllüləri ilə görüşdəki çıxışında bir daha vurğulayıb ki, hər bir rayonun öz ixtisaslaşması olmalıdır. Bu kimi mühüm məqamlara diqqət çəkən dövlətimizin başçısı deyib: “Məhz bu kompleks yanaşma imkan verir ki, ölkəmiz bu gün sürətlə inkişaf edir. İnkişafımız dayanıqlıdır və perspektivlərimiz də çox gözəldir. Çünki biz öz addımlarımızı plan üzrə və yerlərdən gələn təkliflər əsasında atırıq”.
Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, müasirləşməni, innovativ inkişafı strateji hədəf kimi müəyyənləşdirən Azərbaycanın regionlarında da yeni yanaşmaların təzahürlərini aydın şəkildə müşahidə etmək mümkündür. Əlamətdar haldır ki, artıq ölkəmizin sənaye xəritəsi regionlara doğru genişlənir. Eyni zamanda, respublikanın bölgələrində aqrar sektor innovativ əsaslarla inkişaf etdirilir, müasir təsərrüfatların yaradılmasına geniş meydan verilir. İnsanlar artıq regionlarda ASAN, ABAD, DOST kimi konsepsiyaların tətbiqini böyük razılılıqla qarşılayırlar.
Yuxarıda qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin ölkənin şimal-qərb regionlarına səfəri çərçivəsində çoxsaylı infrastruktur obyektləri istifadəyə verilib. Eyni zamanda, dövlətimizin başçısı bəhs olunan regionlarda yeni infrastruktur layihələrinin icrası ilə bağlı müvafiq sərəncamlar imzalayıb. Həmin sənədlərə əsasən, şimal-qərb regionlarında yeni infrastruktur layihələrinin icrasına böyük həcmlərdə maliyyə vəsaiti ayrılıb.
Regionlarda stasionar və modul tipli xəstəxanaların açılması pandemiyaya qarşı mübarizədə yeni imkanlar yaradır
Sosial dövlət olan Azərbaycanda pandemiya şəraitində insanların sağlamlığının və həyatının qorunması əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Bunu təmin etmək üçün ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq genişmiqyaslı səhiyyə tədbirləri görülür. Hazırda respublikamızın 46 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Qeyd edək ki, koronavirus xəstələrinin müalicəsinə ölkəmizin ən yaxşı xəstəxanaları cəlb olunub. Onların sırasında bir qədər bundan əvvəl Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən “Yeni klinika” da var. Sirr deyil ki, koronavirus xəstəliyinin səmərəli müalicəsinin təşkilində erkən və düzgün müayinənin böyük rolu var. Müasir laboratoriyalar olmadan bunu etmək mümkün deyil. Pandemiyaya qədər ölkə ərazisində cəmi altı laboratoriya var idi. Bu, adi rejim üçün kifayət idi. Ancaq pandemiya şəraitində artan tələbatı qarşılamaq üçün qısa müddətdə ölkə ərazisindəki laboratoriyaların sayı 31-ə çatdırılıb. Bundan başqa, ölkə üzrə daha 10 laboratoriyanın qurulması da nəzərdə tutulub. Bütövlükdə indiyədək Azərbaycanda 700 min test keçirilib. Respublikamız adambaşına düşən testlərin sayına görə dünyada qabaqcıl yerlərdən birini tutur. Qısa müddət ərzində ölkəmizdə tibbi maskaların, dezinfeksiya vasitələrinin, həkimlər üçün kombinezonların istehsalına başlanılması da böyük uğurdur.
Azərbaycan dövləti pandemiya ilə mübarizədə genişmiqyaslı səhiyyə tədbirləri həyata keçirərkən ilk növbədə ölkədə son 16 ildə yaradılan güclü infrastruktura əsaslanır. Bəhs olunan dövrdə ölkə ərazisində müasir tibb müəssisələrinin yaradılması ilə bağlı statistika kifayət qədər zəngindir. Belə ki, son 16 ildə respublikamızda təxminən 750 tibb müəssisəsi tikilib və yaxud yenidən qurulub. Diqqətəlayiq haldır ki, yeni yaradılan səhiyyə müəssisələrinin bir çoxu respublikanın bölgələrinin payına düşür. Bəhs olunan dövrdə Azərbaycanın ancaq bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub. Beş xəstəxananın tikintisi isə davam edir. Prezident İlham Əliyev iyulun 29-da Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın istifadəyə verilməsindən sonra həkimlərlə görüşdəki çıxışında 2004-cü ildən bəri ölkəmizdə səhiyyə infrastrukturunun əhəmiyyətli dərəcədə möhkəmləndirilməsindən məmnunluğunu bildirərək “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsi olan yeni xəstəxanaların tikintisi və köhnə xəstəxanaların əsaslı təmiri proqramı, demək olar ki, tam təmin edilib”, - deyə vurğulayıb.
Əlamətdar haldır ki, respublikamızda yeni səhiyyə ocaqlarının istifadəyə verilməsi ənənəsi 2020-ci ildə də davam etdirilir. Cari ilin əvvəlindən bəri Prezident İlham Əliyev regionlara səfərləri çərçivəsində Qazax, Goranboy, Gəncə və digər bölgələrdə yeni xəstəxanaların açılışına qatılıb. Regionlarda stasionar və modul tipli xəstəxanaların açılması pandemiyaya qarşı mübarizədə yeni imkanlar yaradır. Ölkəmizdə Prezident İlham Əliyevin göstərişi ilə hər birinin çarpayı sayı 200 olan 10 modul tipli xəstəxananın inşası layihəsi uğurla davam etdirilir. Artıq belə xəstəxanaların 9-u tam hazırdır. Dövlətimizin başçısı şimal-qərb regionlarına səfəri çərçivəsində Şəki, Qobustan, İsmayıllı, Qəbələ şəhərlərində olmaqla dörd modul tipli xəstəxananın açılışını edib. “Beləliklə, bir gündə biz əlavə 800 çarpayı əldə edirik, koronavirusla bağlı mübarizədə əlavə imkanlar yaradılır”, - deyə Prezident İlham Əliyev bildirib.
Respublikamızda ehtiyat məqsədilə çarpayı sayının artırılması perspektivdə də davam etdiriləcək. Prezident İlham Əliyev hər biri 200 çarpayılıq modul tipli əlavə 6 xəstəxananın inşası ilə bağlı müvafiq tapşırıqlar verdiyini nəzərə çatdırıb. Hazırda həmin xəstəxanaların yaradılması istiqamətində işlər davam etdirilir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45

