/ / Soltan Məmmədov: Pyer-Alən Rafanın Dağlıq Qarabağla bağlı məqaləsində münaqişənin real səbəbləri öz əksini tapıb
Soltan Məmmədov: Pyer-Alən Rafanın Dağlıq Qarabağla bağlı məqaləsində münaqişənin real səbəbləri öz əksini tapıb
07.08.2020 [09:01]
Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Pyer-Alən Rafanın “Ermənistan və Azərbaycan arasında gərginlik. Dağlıq Qarabağ: Fransa deputatının sülh və gələcəyə dair müraciəti” sərlövhəli məqaləsində münaqişənin real səbəbləri öz əksini tapıb”.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib. Deputat bildirib ki, ötən ayın 21-də Pyer-Alən Rafanla keçirilən videogörüş zamanı da bu məsələ ətrafında geniş fikir mübadiləsi aparılıb, fransalı deputata münaqişə barədə ətraflı məlumat verilib. “Cənab P.A.Rafan erməni icmasının Azərbaycan səfirliyi qarşısında keçirdiyi aksiya zamanı baş verən hadisələrin Vyana Konvensiyasının tələblərinə zidd olduğu fikrini bölüşdüyünü vurğulamışdı. Eyni zamanda, münaqişə ilə bağlı fəaliyyəti koordinasiya etmək məqsədilə gələcəkdə dostluq qrupunun üzvlərindən ibarət əlaqələndirici qrupun yaradılması təklifini irəli sürmüşdü”, - deyə deputat qeyd edib.
Soltan Məmmədov Fransa parlamentinin üzvünün BMT Təhlükəsizlik Şurası qətnamələrində Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu təsdiqlədiyini xatırlatdığına diqqəti çəkib. Bildirib ki, bu, Fransanın ictimai-siyasi dairələrinin Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlı olduğunu təsdiq edir: “Bu, eyni zamanda, onu göstərir ki, Azərbaycanın düzgün, ədalətli siyasəti, aparılan təbliğat işləri nəticə verir. Mən cənab Rafanın bu məqaləsini çox yüksək qiymətləndirirəm. Bu, beynəlxalq hüquqa, münaqişənin ədalətli həllinə Fransanın yüksək önəm verməsinin daha bir ifadəsidir. Hesab edirəm ki, məqalədə əksini tapmış faktlar bir daha bizim haqlı mövqeyimizin dünyaya, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir”.
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri məqalədə Azərbaycanın Avropa və Fransa üçün əhəmiyyətinin xüsusi vurğulandığını qeyd edib: “Mən cənab Rafanın məqaləsindəki bir fikrə xüsusilə diqqəti çəkmək istəyirəm. Məqalədə qeyd olunur ki, Fransa Milli Assambleyasında bir çox deputatların ermənipərəst mövqe tutması həm beynəlxalq hüquqa, həm də Fransanın və Avropanın strateji maraqlarına və diplomatik fəaliyyətinə ziddir. Bu, kifayət qədər önəmli bir məqamdır, Fransada Ermənistanın maraqlarını müdafiə edən bir çox siyasətçilərə ciddi bir mesajdır. Çünki hər bir parlament üzvü, siyasətlə məşğul olan hər kəs, ilk növbədə, ölkəsinin maraqlarını və beynəlxalq hüququ öz fəaliyyətində əsas götürməlidir. Biz heç kimdən öz ölkəsinin maraqlarından imtina etməyi gözləmirik və istəmirik. Bu baxımdan, Fransa parlamentinin bəzi üzvləri də bu mesajı düzgün qiymətləndirməlidirlər. Biz hər kəsdən ədaləti müdafiə etməsini gözləyirik, çünki Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe tutmaq elə Azərbaycanı müdafiə etmək deməkdir”.
Soltan Məmmədov Fransa parlamentinin üzvləri ilə əlaqələrin genişləndirilməsi, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün işlərin davam etdiriləcəyini vurğulayıb. O qeyd edib ki, bunun üçün çox yaxşı təməl mövcuddur. “Hesab edirəm ki, imkanları düzgün qiymətləndirməli, mövcud təmələ əsaslanaraq əlaqələrimizi daha da gücləndirməliyik. Fransada bizi nə qədər çox tanısalar, bizim mövqeyimizi müdafiə edənlərin sayı da bir o qədər çox olacaq”, - deyə deputat əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45

