Novruz Məmmədov: Biz bunu ədalətli qərar, ədalətli mövqe hesab etmirik, bu qərarı pisləyirik
09.03.2010 [10:11]
Bəzi xarici təhlilçilərin Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünü geriyə addım kimi qiymətləndirməsinə toxunan N.Məmmədovun sözlərinə görə, Soçi görüşünə qədər Madrid təklifləri ətrafında razılaşmadan söhbət gedirdi: “Maraqlı burasıdır ki, Madriddə təklif olunan çərçivə sazişindən sonrakı ilyarım ərzində Azərbaycan tərəfi bunu qəbul etmirdi, oradakı müəyyən məqamlarla razılaşmırdı. Lakin Azərbaycan münaqişənin sülh yolu ilə həlli naminə konstruktivlik nümayiş etdirib öz təkliflərini də ortaya qoyaraq müəyyən mənada təkliflərlə razılaşdı. Bu çərçivəni Azərbaycan hazırlamamışdı, təkliflər Minsk Qrupunun həmsədrləri tərəfindən hazırlanaraq ortaya qoyulmuşdu. İlyarım ərzində Ermənistan təkliflərə razılaşdığını bildirərək qeyd edirdi ki, Azərbaycan razı olmur. Biz razılıq verdikdən sonra onlar mövqelərini dəyişməyə başladılar. Buna baxmayaraq, danışıqlar prosesi davam etdi, ümidlər yarandı ki, bu çərçivədə müəyyən razılığa gəlmək olar. Bütün bunlardan sonra Soçi görüşündə ermənilər mövqelərini tamam dəyişdilər. Həmsədrlər də bunu gördülər, Rusiya Federasiyasının prezidenti də bunu müşahidə etdi. İndi Azərbaycanın gözləntisi odur ki, dünya birliyi bu mövqe dəyişikliyinə konkret mövqeyini bildirməlidir, Ermənistanın qarşısında konkret tələb qoymalıdır. Lakin təəssüf ki, müəyyən dairələr Ermənistanı dəstəkləyir, o da istədiyi addımı atır, buna heç kim heç nə demir, əvəzində isə Ermənistanın rifahı üçün çalışırlar. çox çətin vəziyyətdə olan Ermənistan da bundan ruhlanaraq bu cür qeyri-konstruktiv mövqe tutur”.
“Prezidentlərin yeni görüşü gözlənilirmi” sualını cavablandıran N.Məmmədov hazırda xarici işlər naziri Elmar Məmmədyarovun Parisdə həmsədrlərlə görüşdüyünü söyləyib: “Bu görüşdən sonra yeni ideya, fikir olarsa, bizə bildirəcəklər”.
Novruz Məmmədov ABŞ Konqresinin komitəsində qondarma “erməni soyqırımı” ilə bağlı qətnamənin qəbuluna münasibət bildirərkən deyib ki, ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi çox geniş, ətraflı, sanki tamaşa kimi müzakirələr apararaq, müxtəlif formalarda səsvermə təşkil edərək, qondarma erməni soyqırımını komitə səviyyəsində tanıdı. “Biz bunu ədalətli qərar, ədalətli mövqe hesab etmirik, bu qərarı pisləyirik” söyləyən şöbə müdiri belə bir addımın təəssüf doğurduğunu vurğulayıb: “Bu, düzgün, ədalətli addım deyil. Məsələ burasındadır ki, həmin qətnamənin qəbulundan əvvəl - Ermənistan-Türkiyə sərhədlərinin açılması istiqamətində protokollar imzalanan zaman Türkiyə tərəfi qeyd etmişdi ki, bu məsələni birlikdə həll etməliyik. Yəni, həm Türkiyədə arxivlər, sənədlər açılsın, həm də Ermənistandan, Rusiyadan, ABŞ-dan, Fransadan mütəxəssislər toplaşsın, böyük komissiya yaradılsın, bu məsələlər öyrənilsin, müəyyən olunsun ki, həqiqət, düzlük haradadır. İndi isə ABŞ-da konqresmenlər bu “soyqırımı” haqqında heç bir həqiqi tarixi məlumatları olmadan bu məsələni gündəmə gətirib, təbliğat xarakterli çıxışlar edərək bunu qəbul etdilər. 21-ci əsrin əvvəllərində çox həssas və mürəkkəb bir şəraitdə yaşayırıq. Bu, dövlətlərə də aiddir. Sanki dünyada bir ədalət böhranı hökm sürür. Bu ədalət böhranı isə beynəlxalq münasibətlərdə müəyyən proseslərə düzgün, ədalətli, haqlı münasibətin olmamasından yaranır. Məsələ burasındadır ki, Türkiyə bu gün sıradan bir ölkə deyil, regionun mühüm dövlətlərindən biridir. Türkiyə 50 ildən artıqdır, ABŞ-ın yanındadır, onun ən mühüm tərəfdaşlarından biridir, NATO-nun ən mühüm üzvlərindəndir, güclü iqtisadiyyatı, güclü ordusu var, demokratik cəmiyyət quran bir dövlətdir, beynəlxalq aləmdə böyük nüfuza malikdir. Nə üçün ona belə münasibət göstərilir? Türkiyəni Ermənistanla tərəzinin gözünə qoyub, özü də onu yüngül təqdim etmək mənə elə gəlir ki, ağıllı, düzgün mövqe deyil. özü də guya ki, bu addım regionda sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunması üçün atılır. Mənə belə gəlir ki, bu, Türkiyəyə müəyyən təzyiq formasıdır. Nə qədər ki, “Varşava müqaviləsi”, iki qütblü dünya var idi, belə çıxır, o zaman Türkiyə həm Avropaya, həm də Qərbə çox lazım idi. “Varşava müqaviləsi” dağılandan sonra Türkiyəyə qarşı göstərilən bu mövqeni, bu münasibəti başa düşə bilmirəm. Bax, bu, təəssüf doğurur. Bu mövqeni başa düşmək olmur, bu mövqenin ədalətli olması ilə razılaşmaq heç cür mümkün deyil”.
“Hadisələrin belə inkişafı Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edə bilərmi” sualına N.Məmmədov “Əlbəttə. Məsələ burasındadır ki, bu gün dünyanın böyük dövlətləri, çox təəssüf ki, dünyada gedən prosesləri öz maraqlarına tabe etmək istəyir. Buna görə də ədalət həmişə pozulur” cavabını verib. Şöbə müdiri ədalət nöqteyi-nəzərindən beynəlxalq münasibətlərdə natarazlığın meydana gəldiyini də qeyd edib: “Axı niyə belə olmalıdır, niyə məsələ bu səviyyəyə gəlib çıxmalıdır? Bu soyqırımı məsələsi Aram Andonyan adlı birinin uydurma, saxta sənədlər əsasında yazdığı kitab üzərində qurulub. Ondan sonra ermənilər bunu dünyaya yayıb, həyata keçirmək istəyirlər. Maraqlıdır, 20-ci əsrin sonunda Cənubi Qafqazda baş verən hadisələr barədə məlumatları olmayan o konqresmenlər 1915-ci ildə baş verən hadisələrdən necə xəbərdar ola bilərlər? Bu da ədalətli mövqenin olmamasından irəli gəlir. Bütün prosesləri öz maraqlarına uyğun aparırlar. Analoji vəziyyəti Azərbaycanla bağlı da müşahidə edirik. Necə ola bilər ki, 20 ildir, qonşu dövlət Azərbaycan ərazilərini işğal edib, Dağlıq Qarabağ ətrafında 7 rayonun 750 min sakinini qaçqın və məcburi köçkünə çevirib, çətin vəziyyətdə yaşamağa məcbur edib, amma bununla bağlı gedən proseslərdə Ermənistana münasibətdə bir dəfə də ədalətli mövqe nümayiş etdirmirlər, göstərmirlər ki, sənin yerin budur. Əksinə, son proseslər göstərir ki, onlar Ermənistanı dəstəkləyirlər. Əlbəttə, bu münasibətdən sonra Ermənistan daha da qanadlanacaq, ilhamlanacaq, münaqişənin həllində əlbəttə ki, ədalətli mövqe nümayiş etdirməyəcək. Belə olarsa, Ermənistanla bağlı indiki vəziyyətdə obyektiv mövqe nümayiş etdirilməzsə, obyektiv münasibət olmazsa, onda münaqişənin həlli daha da uzanacaq”.
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

