/ / Misirli politoloq: Azərbaycanın işğal edilmiş torpaqlarında qanunsuz məskunlaşdırma siyasətinin aparılması yolverilməzdir
Misirli politoloq: Azərbaycanın işğal edilmiş torpaqlarında qanunsuz məskunlaşdırma siyasətinin aparılması yolverilməzdir
02.09.2020 [09:08]
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində mənfur məqsədlər üçün qanunsuz məskunlaşdırma siyasətinin aparılması yolverilməzdir.
Bunu AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Misirin Həlvan Universitetinin professoru, politoloq Adil Dərviş söyləyib.
Ermənistanın Livan və Suriyadan, habelə Yaxın Şərqin digər ölkələrindən erməni əhalisini işğal etdiyi Azərbaycan torpaqlarında yerləşdirməsi cəhdlərinin hamıya məlum olduğunu bildirən politoloq qeyd edib: “Dağlıq Qarabağ və ətraf ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq hüquq normalarına ziddir və bundan əvvəl də həyata keçirilib. İşğalçı ölkənin bu cür əməlləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının faktaraşdırıcı missiyalarının hesabatlarında da qeyd edilib. Eyni zamanda, Ermənistanın bu qanunsuz hərəkətləri 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası və onun əlavə protokollarının da kobud şəkildə pozulmasıdır”.
Həlvan Universitetinin professoru ümidvar olduğunu bildirib ki, beynəlxalq təşkilatlar, o cümlədən daim Azərbaycanın ərazi bütövlüyünü və suveren hüquqlarını dəstəkləyən İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın bu qanunsuz əməllərinə lazımi qiymət verəcək. “Bir dövlətin beynəlxalq səviyyədə tanınmış ərazisinin zəbt edilməsi və təcavüzkar ölkənin işğal olunmuş torpaqlarda möhkəmlənmək üçün qanunsuz məskunlaşdırma siyasəti həyata keçirməsi heç bir halda qəbul oluna bilməz. Beynəlxalq ictimaiyyət bunu qətiyyətlə pisləməli və onun qarşısını almalıdır”, - deyə politoloq vurğulayıb.
Xəbər lenti
Hamısına baxMədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06

