/ / Ermənistan hakimiyyətində təmsil olunan yüksək vəzifəli şəxslər faşizm ideologiyasının daşıyıcılarıdır
Ermənistan hakimiyyətində təmsil olunan yüksək vəzifəli şəxslər faşizm ideologiyasının daşıyıcılarıdır
02.09.2020 [09:09]
Paşinyanın Dağlıq Qarabağa səfəri göstərir ki, Ermənistan hakimiyyəti Azərbaycana qarşı yeni hücum planları qurur, hərbi əməliyyatların yenidən bərpasına, növbəti təxribat fəaliyyətinə başlamaq niyyətindədir. Hətta Paşinyanın cəbhənin Tovuz istiqamətində təxribat törətməkdə fərqlənmiş erməni hərbçilərini mükafatlandırması, onlardan birinə “milli qəhrəman” adını təqdim etməsi sözsüz ki, Azərbaycan ictimaiyyətində qıcıq yaratmağa, İyul döyüşlərindən sonra Ermənistan ordusunda yaranmış ruh düşkünlüyünü aradan qaldırmağa hesablanmışdı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.
Paşinyanın Dağlıq Qarabağa səfəri zamanı Ağdərə rayonundakı “Beys Metls” şirkətinin dağ-mədən kompleksində olmasının onun bu günə qədər gizli saxlamağa çalışdığı mətləblərə yenidən işıq saldığını qeyd edən Vüqar Rəhimzadə bildirib: “Çünki Paşinyanın və ailə üzvlərinin adları mafiyalar qurmaqda, dağ-mədən sənayesi məhsulları, silah satışı və siqaret alverində hallandırılır. Onun Qarabağa səfəri də ailə biznesini genişləndirmək, Azərbaycanın işğal olunmuş ərazilərindən qızıl və digər metalların qeyri-qanuni istismarındakı payını götürmək niyyəti daşıyır”.
Ermənistanın təxribat xarakterli son addımlarının bir daha bu ölkənin faşizm ideologiyasına xidmət etdiyini isbatladığını vurğulayan baş redaktor deyib: “Sirr deyil ki, Ermənistanda faşizm ideologiyası dövlət siyasətinə çevrilib. Njde, Dro kimi faşistlər Ermənistanda qəhrəmanlaşdırılır, bu antibəşəri fəaliyyət dövlət siyasəti səviyyəsində icra edilir. Elə Paşinyan da öz sələflərinin siyasətini davam etdirərək, faşistlərin qəhrəmanlaşdırılmasına bəraət qazandırır. Artıq bu gün hər kəsə aydındır ki, Ermənistan hakimiyyətində təmsil olunan bir çox yüksək vəzifəli şəxslər faşistlərin nəsillərinin davamçılarıdır, onlar ailə bağları ilə faşizm ideyalarına sadiqdirlər, bu xislətləri ilə fəxr edirlər. Təsadüfi deyil ki, Paşinyanın babası da faşist olub, onun irqi amilə görə yəhudilərin kütləvi şəkildə məhv edilməsində iştirakına dair tutarlı faktlar var”.
Vüqar Rəhimzadə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində təcavüzkar ölkənin qeyri-qanuni fəaliyyətinə, o cümlədən məskunlaşdırma siyasətinə də toxunub. Diqqətə çatdırıb ki, zaman-zaman işğal altında olan ərazilərimizin qeyri-qanuni məskunlaşdırılmasına dair faktlar açıqlanıb. “Söz yox ki, Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma halları ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında qeydə alınsa da, işğalçı ölkənin bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə protokollarının kobud şəkildə pozulması olsa da, bu günə qədər təcavüzkar ölkənin bu əməllərinə göz yumulub. Beynəlxalq təşkilatlar, xüsusilə münaqişənin sülh yolu ilə həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu işğal edilmiş torpaqlarda aparılan süni məskunlaşdırma faktları ilə bağlı niyə susurlar? Nə üçün bu vaxta qədər yeri gəldi-gəlmədi insan hüquqlarından, demokratiyadan dəm vuran beynəlxalq təşkilatlar bu cür saxtakarlıq faktlarının üzərindən sükutla keçiblər? Axı, işğal olunmuş ərazilərə Livan ermənilərinin süni şəkildə köçürülməsi erməni əhalisinin heç vaxt yaşamadığı işğal olunan ətraf rayonların etnik quruluşunu dəyişdirmək niyyəti güdür. Ermənistanın əsas məqsədi Livandan işğal olunan bölgələrə süni köçlər vasitəsilə boş əraziləri iqtisadi cəhətdən canlandırmaq və yeni demoqrafik vəziyyətin yaradılması ilə gələcəkdə azərbaycanlıların doğma torpaqlarına geri dönməsinə əngəl törətməkdir. Hətta ASALA erməni terror təşkilatının tarixən Livan ərazisində formalaşdığı nəzərə alınarsa, xüsusi düşərgələrdə təlim keçmiş terrorçuların Azərbaycan ərazilərinə gəlməsi istisna edilmir. Məgər bu qədər fakt və işğal olunmuş ətraf rayonlarımızda reallaşdırılan qeyri-qanuni məskunlaşdırma siyasəti beynəlxalq təşkilatların hərəkətə keçmələri üçün kifayət deyilmi? Bu gün Dağlıq Qarabağda və işğal altındakı ətraf rayonlarda qeyri-qanuni məskunlaşdırma siyasəti beynəlxalq hüququn norma və prinsiplərin kobud şəkildə pozulması və tarixin saxtalaşdırılması kontekstində aparılır. Dünya bunu görməyəcək qədər kordurmu? Hesab edirəm ki, Ermənistan hakimiyyətinin bu özbaşınalığına göz yummağın ikili standartlardan başqa adı yoxdur”, - deyə o qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02

