/ / Arzuxan Əlizadə: Biz həmrəylik nümayiş etdirməklə bütün dünyaya öz mövqeyimizi birmənalı şəkildə çatdırırıq
Arzuxan Əlizadə: Biz həmrəylik nümayiş etdirməklə bütün dünyaya öz mövqeyimizi birmənalı şəkildə çatdırırıq
14.10.2020 [08:44]
“Ermənistan terrorçu dövlət olduğunu dünyaya nümayiş etdirir. Moskvada humanitar atəşkəs barədə razılığın əldə olunmasına baxmayaraq, erməni tərəfi bu atəşkəsi dərhal pozdu. Xüsusilə Gəncə şəhərinin güclü raket atəşinə tutulması nəticəsində 10 mülki şəxs həlak olub, xeyli insan yaralanıb. Bütövlükdə isə, sentyabrın 27-dən bugünədək 40-dan çox mülki şəxs həlak olub, xeyli sayda yaralı və dağıntılar var. Bütün bunlar onu göstərir ki, danışıqları pozan işğalçı Ermənistanla yalnız güc dilində danışmaq lazımdır”.
Bu fikirləri Azərbayan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə deyib.
A.Əlizadə bildirib ki, işğalçı ölkə humanitar atəşkəs dövründə bu addımları atırsa, demək ki, Ermənistan təcavüzkar siyasətindən əl çəkməyib və danışıqlara getmək fikrində deyil. “Gəncənin raket hücumuna məruz qalması erməni barbarlığının, Ermənistanın xalqımıza qarşı soyqırımı siyasətini davam etdirdiyinin daha bir sübutudur. Dünya gördü ki, bu ölkənin mahiyyəti nədir. Ermənistanla, yalnız onun başa düşəcəyi dildə danışmaq lazımdır. Ermənistan humanitar atəşkəslə bağlı razılaşmanı pozmaqla vasitəçilik edən Rusiyaya da hörmətsizlik göstərdi. Yəni bütün bunlar onu deməyə əsas verir ki, bir masa arxasında oturulsa belə, Ermənistan güvəniləsi ölkə deyil”, - deyə o qeyd edib.
AMİP sədri söyləyib ki, belə bir şəraitdə bütün cəmiyyətimiz, o cümlədən siyasi partiyalar vahid mövqedən çıxış edir: “Vətən müharibəsinin aparıldığı bu günlərdə ölkənin əksər siyasi partiyaları yekdillik nümayiş etdirir. 50 siyasi partiya rəhbəri əks-hücum əməliyyatlarının başladığı ilk gündən Ali Baş Komandanın qəbul etdiyi qərara birmənalı olaraq dəstək göstərib. Sentyabrın 27-də imzalanan birgə bəyanatda olduğu kimi, oktyabrın 3-də ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərlərinin dəvət edildiyi videoformatda keçirilən görüşdə də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatından sonra Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlaması barədə qəbul etdiyi qərara qətiyyətli dəstək ifadə olunub”.
Onun fikrincə, Vətənin gələcəyi naminə tərəddüd etmək yolverilməzdir: “Ona görə də, biz Azərbaycan Milli İstiqlal Partiyası olaraq milli və dövlət maraqları olan yerdə dövlətimizə dəstək verməyi müxalif mövqedən də, fikir ayrılığından da üstün tuturuq. Xüsusilə, Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi, ərazi bütövlüyünün təmin edilməsi məsələlərində bütün maraqları arxa palana keçirir və Vətənin gələcəyi naminə fəaliyyət göstəririk. 27 sentyabrda da Azərbaycan Milli İstiqlal Partiyası millətimiziin, dövlətimizin və Ali Baş Komandanın yanında olduğunu vurğulayan bəyanat qəbul edib. Həmin bəyanatın və 50 partiyanın birgə bəyanatının davamı olaraq işğal altında olan bütün torpaqlarımızın azad edilməsinə qədər müharibənin davam etdirilməsinin vacibliyini qeyd edirik. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məsələsində sona qədər dövlətimizin, Ali Baş Komandanımızın və ordumuzun yanındayıq”.
Partiya rəhbərlərinin geniş fikir mübadiləsi apardığı son görüşün əhəmiyyətinə toxunan A.Əlizadə deyib ki, siyasi partiyaların bu məsələdə həmrəylik nümayiş etdirməsi həm cəmiyyətə, həm də beynəlxalq ictimaiyyətə mühüm mesaj olub: “Siyasi partiya rəhbərlərinin həmrəyliyi ilk növbədə ölkə daxilinə ünvanlanan bir mesaj idi ki, ümummilli məsələlərdə, o cümlədən ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində fikir ayrılığı ola bilməz. Digər tərəfdən, siyasi qüvvələr bütün dünyaya dövlətin, xalqın yanında olduğunu nümayiş etdirib. Çünki əksər siyasi partiyaların torpaqlarımızın işğaldan azad edilməsi naminə dövlətin, Ali Baş Komandanın yanında olmasını bəyan etməsi çox ciddi faktdır. Biz bununla, bütün dünyaya da öz mövqeyimizi birmənalı şəkildə çatdırırıq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 May 14:26
Gündəm
22 May 13:17
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56

