Səfir: Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyir
16.10.2020 [09:16]
Oktyabrın 15-də Milli Məclisin Sədri Sahibə Qafarova Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrafxanovla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Spiker qonağı salamlayaraq onu ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirilib ki, Azərbaycan ilə Özbəkistan arasında hər zaman dostluq münasibətləri olub. Dövlət başçılarının qarşılıqlı səfərləri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsində mühüm rol oynayıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Milli Məclisin Sədri BMT Təhlükəsizlik Şurasının problemin həlli ilə bağlı 4 qətnaməsinin bu günədək yerinə yetirilmədiyini bildirib. Bildirib ki, Ermənistan bu gün də öz işğalçılıq siyasətini davam etdirir. Sentyabrın 27-də təmas xəttində düşmən növbəti dəfə təxribat törədərək, ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutub. Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb.
Sahibə Qafarova xüsusilə vurğulayıb ki, Moskvada aparılan üçtərəfli danışıqlar nəticəsində humanitar atəşkəs elan edildikdən sonra da Ermənistan silahlı qüvvələri öz məkrli niyyətindən əl çəkməyərək, beynəlxalq hüququn normalarını kobud şəkildə pozub, cəbhə bölgəsindən uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni, digər rayon və şəhərlərimizi intensiv raket atəşinə tutub.
Milli Məclisin Sədri vurğulayıb ki, Azərbaycan problemin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır.
Səmimi görüşə görə minnətdarlığını bildirən Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrafxanov Sahibə Qafarovanı Milli Məclisin Sədri seçilməsi münasibətilə təbrik edib.
Səfir bildirib ki, Azərbaycana gəldiyi ilk gündən ölkədə həyata keçirilən genişmiqyaslı islahatların şahidi olub. O, Azərbaycanda müşahidə edilən hərtərəfli inkişafın təqdirəlayiq olduğunu bildirib.
Bəhram Əşrafxanov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Özbəkistanın Azərbaycanın mövqeyini dəstəklədiyini söyləyib.
Səfir bu yaxınlarda Azərbaycan tərəfinin ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin üzvləri üçün Gəncə şəhərinə təşkil etdiyi səfərdən də danışıb. Deyib ki, səfər zamanı o, Ermənistanın mülki insanları və mülki obyektləri hədəfə alan raket hücumlarının faciəvi nəticələrinin şahidi olub. Günahsız insanların hədəfə alınaraq öldürülməsini şiddətlə qınadığını bildirib.
Səfir diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin inkişafı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, regional münaqişələrin həlli yolları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxGündəm
22 May 13:17
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34

