Sübut Əsədov: Azərbaycan qətiyyətli mövqe nümayiş etdirir
17.10.2020 [07:49]
“Oktyabrın 3-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə videoformatda keçirilən görüşdə 50 siyasi partiya rəhbəri Ermənistan silahlı qüvvələrinin növbəti təxribatından sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması haqqında qəbul etdiyi qərara bir daha dəstək verdiklərini bəyan ediblər. Partiya rəhbərlərinin geniş fikir mübadiləsi apardığı toplantıda Azərbaycanın öz ərazisində təcavüzkara qarşı apardığı əməliyyatların əhəmiyyəti xüsusi olaraq vurğulanıb. Siyasi partiya rəhbərləri xalqımız üçün taleyüklü məsələdə ölkə başçısı ilə siyasi məsuliyyəti bölüşdüklərini ifadə ediblər”.
Bu fikirləri Respublikaçılar Partiyasının sədri Sübut Əsədov söyləyib.
Onun sözlərinə görə, sevindirici haldır ki, bu il ərzində ümummilli məsələlərdə ölkənin əksər partiyalarının Azərbaycan Prezidentinə dəstək göstərməsi nümunəsinin dəfələrlə şahidi olmuşuq: “Bu ilin iyul ayında düşmənin Tovuz rayonunda əl atdığı təxribat zamanı olduğu kimi, sentyabrın 27-də baş verən hücumlar qarşısında Azərbaycan Ordusu tərəfindən işğalçılara layiqli cavab verilməsinə dəstəyin ifadə edilməsi 50 partiyanın imzaladığı bəyanatda öz əksini tapıb. Bu günlərdə keçirilən tədbirdə də düşmənin növbəti hücumu zamanı dinc əhalinin hədəf alınmasının, o cümlədən Tərtər, Bərdə, Goranboy, Ağdam, Ağcabədi, Beyləqan, Şəmkir rayonları ilə yanaşı, cəbhə bölgəsindən uzaqda yerləşən ərazilərə raket və artilleriya hücumlarının beynəlxalq hümanitar hüququn müddəa və prinsiplərinin pozulması olduğu xüsusi vurğulanıb”.
Partiya sədri deyib ki, görüşdə, siyasi partiyaların rəhbərləri vurğulayıblar ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə məhəl qoymayan işğalçı Ermənistana təzyiq göstərilməsinin əvəzinə beynəlxalq qurumlar ikili standartlardan çıxış ediblər: “Partiya sədrləri işğalçının bu illər ərzində törətdiyi cinayətlərlə, habelə düşmənin cəbhə bölgəsindən uzaqda yerləşən rayonların ərazisində dinc əhalini hədəf alması ilə bağlı beynəlxalq təşkilatlara, Azərbaycanda akkreditə olunmuş bütün səfirlik və nümayəndəliklərə müraciətlərin ünvanlanması təklifi ilə çıxş ediblər”.
“Hazırda Avropanın bəzi dairələr döyüşlərin dayandırılması barədə çağırışlar etsə də, Azərbaycan qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısı Azərbaycanın haqq səsini bütün dünyaya çatdırır və bəyan edir ki, ölkəmizin ərazi bütövlüyü 30 ildir, pozulub və Azərbaycan Ordusu öz torpaqlarında əməliyyatlar aparır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş katibi ilə görüşündə də bəyan etdi ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilməlidir, ondan sonra danışıqlara başlamaq mümkündür. Azərbaycanın bu haqlı mövqeyi Türkiyə, Pakistan və Əfqanıstan başda olmaqla, bir çox ölkələr tərəfindən də dəstəklənir”, - deyə S.Əsədov bildirib.
Onun sözlərinə görə, 50 siyasi partiyanın birmənalı olaraq Ali Baş Komandanın torpaqlarımızın azad edilməsi yönündə yürütdüyü siyasəti dəstəkləməsinə, Onun yanında olduqları barədə birgə bəyanat qəbul etməsinə baxmayaraq, bu təşəbbüsə qoşulmayanlar xalqın qınağına tuş gələcək: “Bizim partiyamızın qəbul etdiyi bəyanatda torpaqların işğaldan azad edilməsi kimi məsuliyyətli vəzifə yerinə yetirən mövcud hakimiyyətin, Azərbaycan Ordusunun fəaliyyətinə indiki dövrdə dəstək verməyən siyasi qüvvələr birmənalı olaraq qınanılıb. İndiki dövrdə bütün siyasi baxışları kənara qoyan, xalqa, hakimiyyətə dəstək nümayiş etdirən əsl siyasətçilərdən fərqlənərək bu işə mane olmağa çalışan, ictimai fikrə təsir imkanları olmayan qüvvələr antimilli mövqelərini bir daha ortaya qoyublar. Müharibə başa çatdıqdan sonra bu mövqeyə görə xalqımız onları bağışlamayacaq”.
Qaşqay
Xəbər lenti
Hamısına baxDünya
22 May 14:26
Gündəm
22 May 13:17
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56

