/ / Tahir Rzayev: İnanırıq ki, çox yaxın zamanda Ali Baş Komandanımızın rəhbərliyi ilə işğal altındakı bütün ərazilərimizə Azərbaycanın üçrəngli bayrağı sancılacaq
Tahir Rzayev: İnanırıq ki, çox yaxın zamanda Ali Baş Komandanımızın rəhbərliyi ilə işğal altındakı bütün ərazilərimizə Azərbaycanın üçrəngli bayrağı sancılacaq
20.10.2020 [09:29]
“Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar siyasət ortadadır. Bu gün beynəlxalq aləm, qonşu dövlətlər anlayırlar ki, işğalçı siyasət yürüdən Ermənistan bölgədə sülhün və inkişafın formalaşmasına ən böyük təhdiddir. 30 il ərzində sülh danışıqlarını, yalnız imitasiya edən təcavüzkar dövlət hələ iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədində hərbi təxribatlar törətdiyi dövrdə yeni torpaqlar işğal etmək arzusunda olduğunu gizlətməmişdi. Belə olan halda, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, işğal altındakı əraziləri azad etmək uğrunda apardığı mübarizəyə dəstək verilməli, Ermənistan dövlətinin apardığı və faşizmə söykənən dövlət siyasəti açıq kontekstdə tənqid olunmalı, təcavüzkar dövlətə qarşı sanksiyalar tətbiq edilməlidir”.
Bunu qəzetimizə açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib. Onun sözlərinə görə, mülki vətəndaşları, dinc əhalini hədəfə alan Ermənistan bir daha mənfur xislətini bütün dünyaya nümayiş etdirdi. Komitə sədri onu da qeyd edib ki, Moskva şəhərində humanitar atəşkəslə bağlı razılaşmanın ardından Gəncə şəhərinə edilən raket hücumu müharibə cinayəti, soyqırımı faktıdır. Orada həlak olan insanlar Ermənistan hakimiyyətinin apardığı siyasətin qurbanlarıdır: “Bu gün Azərbaycan cəmiyyəti vahid düşmənə qarşı birlik nümayiş etdirir. Ölkəmizdə bütün siyasi qüvvələr Azərbaycan dövlətinin, Ali Baş Komandanımızın apardığı siyasəti dəstəkləyir. Bu birlik cəbhədə düşmənə qarşı vuruşan ordumuzun ruh yüksəkliyinin daha da artmasında müstəsna rola malikdir. Əsgərimiz arxada sabitliyin hökm sürdüyünü, milli birliyin formalaşdığını görür və düşmənə qarşı daha mübariz formada döyüşür. Ermənistan anlamalıdır ki, artıq Azərbaycan 1990-cı illərin əvvəlindəki dövlət deyil. Bu gün Prezident İlham Əliyevin aparıdığı uğurlu xarici siyasət ölkəmizin dünya miqyasında tanınmasını, ölkəmizin haqq səsinin eşidilməsini təmin edib. Sentyabrın 27-dən başlayaraq ölkə Prezidenti dünyanın bir sıra aparıcı mətbuat orqanlarına, televiziyalarına müsahibələr verib və Ermənistanın apardığı təcavüzkar siyasətin iç üzünü açıb. Ermənistan müharibədə uduzduğu kimi artıq informasiya müharibəsində də Azərbaycana uduzur. Ordumuzun əldə etdiyi qələbə isə insanlarımızda böyük ruh yüksəkliyi yaradıb. Bu gün hər kəs bir amal uğrunda birləşib - Azəbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. İnanırıq ki, çox yaxın zamanda Ali Baş Komandanımızın rəhbərliyi ilə işğal altındakı bütün ərazilərimizə Azərbaycanın üçrəngli bayrağı sancılacaq və qələbə təmin ediləcək”.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00

