/ / Tural Gəncəliyev: Ermənistan təkcə hərb meydanında deyil, həm də diplomatik cəbhədə məğlubiyyətə uğrayıb
Tural Gəncəliyev: Ermənistan təkcə hərb meydanında deyil, həm də diplomatik cəbhədə məğlubiyyətə uğrayıb
20.10.2020 [09:31]
“Ermənistanın hərbi cinayətlərinin qarşısının alınması və torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində Azərbaycan Ordusunun şanlı qələbələri xalqımız tərəfindən qürurla və sevinclə qarşılanır. Qısa zaman ərzində soydaşlarımız həmrəylik nümayiş etdirərək düşmənə qarşı vahid cəbhədə birləşməyi bacardı. Xalq Ali Baş Komandan İlham Əliyevin ətrafında səfərbər olub. Bütün dünya hər bir azərbaycanlının bir əsgər olduğunu görüb”.
Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev səsləndirib.
T.Gəncəliyev deyib ki, Prezident İlham Əliyev vaxtında atılan diplomatik addımlar və düzgün xarici siyasət nəticəsində ölkəmizə qarşı təzyiqləri dəf edib: “Əminliklə deyə bilərəm ki, əməliyyatların davam etdiyi günlərdə Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı diplomatik cəbhə formalaşdırılmasının qarşısı alınıb”.
Deputatın sözlərinə görə, əgər Ermənistan yenə də əvvəlki siyasətini davam etdirəcəksə, işğal olunmuş ərazilərimizdən öz qoşunlarını çıxarmayacaqsa, hərbi əməliyyatlar davam edəcək. T.Gəncəliyev bildirib ki, Ermənistan təkcə hərb meydanında deyil, həm də diplomatik cəbhədə məğlubiyyətə uğrayıb: “Ermənistan uzun illər idi ki, danışıqların formatını dəyişdirməyə və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində üçüncü tərəf kimi iştirakına nail olmağa çalışırdı. Amma Azərbaycanın uğurlu hərbi əməliyyatları Ermənistanın bu iddiasının üzərindən birdəfəlik xətt çəkdi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz bu ölkənin özüdür. Ermənistan hakimiyyəti onlara diktə edilən şərtləri qəbul etmək məcburiyyətindədir. Bu gün danışıqlar prosesində diktə edən tərəf Azərbaycandır”.
Millət vəkili onu qeyd edib ki, Ermənistanın 30 il ərzində qurduğu ordu darmadağın edilib: “Aparılan hərbi əməliyyatlar zamanı yaşayış məntəqələrimiz, strateji yüksəkliklər işğaldan azad olunub. Ermənistanın xeyli sayda hərbi texnikası, silah-surastı məhv edilib və ələ keçirilib. Hesab edirəm ki, bundan sonra Ermənistan hələ uzun illər bu itkilərin yerini doldura bilməyəcək”, - deyə T.Gəncəliyev bildirib.
Qaşqay
Xəbər lenti
Hamısına baxGündəm
22 May 13:17
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34

