/ / İmamverdi İsmayılov: Xalq-dövlət birliyi Azərbaycanın haqlı mübarizəsində tam qələbəni təmin edəcək
İmamverdi İsmayılov: Xalq-dövlət birliyi Azərbaycanın haqlı mübarizəsində tam qələbəni təmin edəcək
22.10.2020 [09:05]
“Bu gün Azərbaycan xalqı öz tarixinin ən şərəfli günlərini yaşamaqdadır. Artıq 30 ilə yaxındır ki, düşmən işğalında olan torpaqlarımız ard-arda azad edilir. Milli Məclisdə təmsil etdiyim Zəngilan rayonunun işğaldan azad olunması münasibətilə Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevi və bütün xalqımızı bir daha təbrik edirəm. Ali Baş Komandanımızın qətiyyəti, Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın azad edilməsi uğrunda apardığı mübarizədə göstərdiyi rəşadət qələbələrimizin əsas təkanverici qüvvəsidir. Mən inanıram ki, ölkəmizdəki xalq-dövlət birliyi Azərbaycanın haqlı mübarizəsində tam qələbəni təmin edəcək”.
Bunu qəzetimizə açıqlamasında Milli Məclisin deputatı İmamverdi İsmayılov deyib.
Onun sözlərinə görə, illərdir, öz doğma yurd-yuvalarından didərgin düşmüş, Ermənistanın təcavüzkar siyasəti ucbatından məcburi qaçqın həyatı yaşayan vətəndaşlarımızın sevincinin həddi-hüdudu yoxdur. “Mən bir millət vəkili olaraq seçicilərimlə hər görüşdə vətəndaşlarımızın doğma yurdlarının azad ediləcəyinə, oraya qaydacaqlarına inamını görürdüm. Zəngilan, Qubadlı camaatı bir gün də olsun, bu inamını, yəni cənab Prezidentimizin o torpaqları azad edəcəyinə inamını itirməmişdi. Bu gün həmin tarixi an yetişib. Azərbaycan xalqı bir daha Ali Baş Komandanın bütün cəbhələrdə - həm döyüş, həm də siyasət meydanında nümayiş etdirdiyi peşəkarlığı gördü. Bu gün bütün dünya ictimaiyyəti cənab Prezidentimizin müdrikliyini, siyasi dühasını, peşəkarlığını həsədlə izləyir. Qısa zaman kəsiyində Azərbaycanı yerləşdiyi regionun lider dövlətinə, ölkəmizi beynəlxalq platformaların siyasi aktoruna, qlobal iqtisadi layihələrin təşəbbüskarına çevirən cənab İlham Əliyevin apardığı genişmiqyaslı fəaliyyəti Azərbaycanın bütün uğurlarının əsasını təşkil edir. Mən inanıram ki, Azərbaycan dövləti Dağlıq Qarabağda gedən müharibəni zəfərlə sonlandıracaq və qısa müddətdə həmin ərazilərdə yenidən həyat canlanacaq”, - deyə o bildirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14

