/ / Sabir Hacıyev: Bu zəfər yürüşündə Azərbaycan xalqı Ali Baş Komandana və ordumuza birmənalı dəstək göstərir
Sabir Hacıyev: Bu zəfər yürüşündə Azərbaycan xalqı Ali Baş Komandana və ordumuza birmənalı dəstək göstərir
22.10.2020 [09:06]
“Azərbaycan müstəqillik tarixinin ən uğurlu dönəmini yaşayır. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatları uğurla davam edir. Demək olar ki, hər gün xalqımız yeni müjdələr verir. Bu zəfər yürüşündə Azərbaycan xalqı Ali Baş Komandana və Azərbaycan Ordusuna birmənalı dəstək göstərir”.
Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Vətəndaş Birliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Hacıyev deyib.
Partiya sədri bildirib ki, Azərbaycan xalqının birlik və yüksək əzm göstərməsi düşməni ciddi narahat edir: “Döyüş meydanında ciddi məğlubiyyətlərlə üzləşən Ermənistan Azərbaycanın dinc sakinlərinə qarşı terror cəhdlərinə əl atır. Cəbhəyanı ərazilərdəki yaşayış məntəqələri ilə yanaşı, döyüş bölgəsindən aralıda yerləşən Gəncə şəhərinə raket hücumları terrorçuluğun və vandallığın bariz nümunəsidir. Gəncəyə sonuncu raket hücumundan sonra Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiyanın əksər beynəlxalq təşkilatlara ünvanlanan müraciətində qeyd edilir ki, Ermənistan islaholunmaz, terrorçu ölkə olduğunu növbəti dəfə nümayiş etdirib. Belə ki, düşmən Gəncənin dinc sakinlərini, o cümlədən uşaqları hədəfə alıb. Siyasi partiyalar Ermənistanın mülki əhaliyə qarşı həyata keçirdiyi terror aktını qətiyyətlə qınayıb, terrorçu dövlətin cəzalandırılmasını tələb edib. Eyni zamanda, həmin müraciətdə Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəklədiyimizi, Azərbaycan xalqı ilə birlikdə Onun ətrafında polad yumruq kimi birləşdiyimizi Ermənistanın və dünya ictimaiyyətinin diqqətinə çatdırdıq”.
Millət vəkili onu da deyib ki, təcavüzkar Ermənistanın bütün cəhdlərinə baxmayaraq, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında yeni-yeni qələbələrə imza atır: “1 həftə ərzində iki dəfə elan olunan humanitar atəşkəsi kobud şəkildə pozan düşmənə Azərbaycan Ordusu nəinki layiqli cavab verib, Cəbrayıldan sonra işğal altında olan Füzuli, Zəngilan şəhərlərini və digər yaşayış məntəqələrimizi azad etməyə nail olub. Ali Baş Komandan hər bir şəhərin, rayonun, kəndin, strateji yüksəkliyin azad edilməsini Azərbaycan xalqına müraciətlərində elan edir, onu təbrik edir. Müzəffər ordumuzun yeni-yeni uğurlarına hazırda bütün Azərbaycan xalqı sevinir”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 May 14:26
Gündəm
22 May 13:17
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56

