/ / Rauf Əliyev: Ali Baş Komandanın rəhbərliyi ilə tezliklə düşmən tapdağında olan bütün torpaqlar işğaldan azad ediləcək
Rauf Əliyev: Ali Baş Komandanın rəhbərliyi ilə tezliklə düşmən tapdağında olan bütün torpaqlar işğaldan azad ediləcək
24.10.2020 [08:47]
“Məlum olduğu kimi, Ermənistanın faşist rəhbərliyi Azərbaycan xalqına qarşı növbəti hərbi cinayət törədib. Oktyabrın 17-də Gəncə şəhərinin yaşayış massivi yenidən raket atəşinə məruz qalıb. Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncəyə qarşı sayca üçüncü raket hücumu nəticəsində dinc sakinlər, o cümlədən uşaqlar, qadınlar həlak olub və ya xəsarət alıblar: 14 nəfər, o cümlədən 2 uşaq həyatını itirib, 55-dən çox insan yaralanıb. Baş verənlər təkcə Azərbaycana deyil, ümumbəşəri dəyərlərə və insanlığa qarşı cinayətdir”.
Bunu Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Deputat bildirib ki, dünya bir daha Ermənistan rəhbərliyinin mənfur və faşist əməllərinin şahidi olub: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətləri və müsahibələri zamanı cinayətkar Ermənistan hakimiyyətinin faşist mahiyyəti və əməlləri barədə dünya ictimaiyyətini məlumatlandırır. Əslində işğalçı Ermənistan tərəfindən bizim kənd və şəhərlərimizin atəşə məruz qalması birinci dəfə deyil. Demək olar ki, hər gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və digər şəhərlər Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən atəşə tutulur. Ancaq bu təxribatçı hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz”.
R.Əliyevin sözlərinə görə, düşmənin bütün təxribatlarına baxmayaraq, xalq və rəşadətli ordumuz öz qələbə salnaməsini yazır: “Cəbrayıl, Füzuli, Zəngilan və digər rayonların onlarla yaşayış məntəqəsi işğaldan azad edilib. Füzuli şəhərinin azad olunması isə böyük qələbənin əsasını qoyub. Ona görə ki, strateji nöqteyi-nəzərdən Füzulidə yerləşən bir neçə müdafiə xəttinin yarılması ordumuza yeni strateji üstünlüklər qazandırıb. Dövlət başçısının da vurğuladığı kimi, Füzuli uğrunda gedən döyüşlər haqqında gələcəkdə kitablar və əsərlər yazılacaq. Çünki yüksək peşəkarlıq, məharət, şücaət, qəhrəmanlıq, fədakarlıq nümayiş etdirən Azərbaycan Ordusu haqqı, ədaləti bərpa edir. Ümumiyyətlə, aparılan bütün döyüşlər ordumuzun qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindəndir. Eyni zamanda, Azərbaycan Ordusu döyüş meydanında tam üstünlüyə malikdir. Çox sayda strateji məntəqə və yüksəklikləri ələ keçirən ordumuz Ermənistanın hərbi-texniki potensialının mühüm hissəsini sıradan çıxara bilib. Şübhə yoxdur ki, müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatacaq: Ali Baş Komandanın rəhbərliyi ilə tezliklə düşmən tapdağında olan bütün torpaqlar işğaldan azad ediləcək və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaq”.
QAŞQAY
Xəbər lenti
Hamısına baxAnalitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49

